Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-303/2022 04.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 adına verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-619 A saylı 41017018 kodlu Şəhadətnamənin ona Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onun Şamaxı rayonu Çuxuryurd kəndində 0,12 ha həyətyanı torpaq sahəsi var. Torpaq sahəsinə dair JN-619 A saylı 41017018 kodlu Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib olunaraq ona verilmişdir. Hazırda həmin torpaq sahəsinə Çıxarış almaq istəyir sənədləri DƏDRX-nə təqdim edərkən məlum olmuşdur ki, Şəhadətnamədə adı “ Rəviyyə” əvəzinə “Raziya” kimi, soyadı isə “Hümmətova” əvəzinə “Gülmətova” kimi yazılmışdır. Bu səbəbdən də DƏDRX 10 dekabr 2021-ci il tarixə onun müraciətinə cavab olaraq səhvləri düzəltməkdən və ona çıxarış verilməsindən imtina etmiş və ona bildirilmişdir ki, həmin şəhadətnamənin ona məxsus olmasını təsdiq edən məhkəmə qərarı tələb olunur. Həmin torpaq sahəsini o islahatdan əvvəl almış, 1998-ci il tarixdə Aqrar İslahat komissiyasının qərarı ilə onun mülkiyyətinə verilib. Şəhadətnaməni çoxdan almış və adının, soyadının düzgün olmadığını həmin vaxt icra nümayəndəsinə bildirmiş. İcra nümayəndəsi də səhvə düzəliş edərək öz möhürü ilə düzəlişi təsdiq etmişdir. Lakin DƏDRX bu düzəlişi qəbul etmir, sənədin ona məxsus olduğunu təsdiq edən məhkəmə qərarı tələb edir. Sənəddə icra nümayəndəsinin apardığı düzəliş, torpağın bu gün də onun istifadəsində olması faktı bir daha təsdiq edir ki, həmin Şəhadətnamə ona Ərizəçi məsusdur. Çuxuryurd kəndində isə bu adda və soyadda başqa şəxs olmayıb hazırda da yaşamır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X6 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi 11 mart 2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin 10.12.2021-ci il tarixli **********69 saylı məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-619A, kod 41017018 nömrəli dövlət aktında adı düzgün göstərilməmişdir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri-mümkündür. İş materiallarında olan 16.11.2021-ci il tarixli 275 saylı Şamaxı rayon İHB-nin Çuxurdyurd kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Torpaq İslahatı zamanı onun adı Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisindən torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısında texniki səhv olaraq X1 qeyd olunmuşdur. X5 adında şəxs Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində heç vaxt yaşamamışdır. İş materiallarında olan JN-619A, kod 41017018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X3 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il № 17 saylı qərarı ilə 0.12 ha torpaq sahəsi verilmişdir İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1942-ci il tarixdə Rusiya Federerasiyası, Stavrapol vilayətində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adı, onlara məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, JN-619A, kod 41017018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında onların adı “X5” kimi göstərilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X5” ilə digər sənədlərdə göstərilən “Ərizəçi”nın eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçi tərəfindən, ona aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-619A, kod 41017018 nömrəli dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-619A, kod 41017018 nömrəli şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-303/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-303/2022
04.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver