Məhkəmə qərarları › İş №2(074)-369/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-369/2021

03.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-369/2021 03.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” ASC və “xxxx” ASC-nin X7 Enerji Təchizatı və Satış İdarəsinin X1rşı “aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” ASC və “xxxx” ASC-nin X7 Enerji Təchizatı və Satış İdarəsinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“xxxx” Açıq Səhmdar Cəmiyyətinin 14 oktyabr 2020-ci il tarixli NDQ № 008204 saylı aktın etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 1143 manat cərimə məbləğinin abunə hesabından silinməsi və həmin akt üzrə tutulmuş 422 manat pul məbləğinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Şamaxı rayon İHB-nın 12 oktyabr 2009-cu il tarixli sərəncamı ilə ünvan 1 ünvanda yaşadığı evin həyətyanı sahəsində tərtib edilmiş layihəyə uyğun 10x3,2 metr ölçüdə mağaza tikməyinə icazə verilmişdir. Həmin icazə əsasında mağaza tikmişdir. Fiziki şəxsdir, VÖEN-lə sahibkar kimi qeydiyyatı yoxdur. Həmin tikiliyə verilən elektrik enerjisi üzrə abonent kodu ona məxsusdur. xxxx ASC-nin Şimal Qərb RETSİ-nin X2 işçiləri 14 oktyabr 2020-ci il tarixdə küçədə quraşdırılmış işıq sayğacına baxış keçirmişlər. Baxış keçirilən zaman NDQ № 008204 saylı akt tərtib etmişlər. Həmin aktın mövcudluğundan ona bildiriş gələndə xəbər tutmuş,əsassız yerə pandemiya zamanı vətəndaşların maddi durumunun çətin olduğu müddətdə ona 1143 manat cərimə yazmışlar. Həmin sənədləri xxxx ASC-nin Şimal Qərb RETSİ-nin X4 müraciət etdikdən sonra əldə etmişdir. Belə ki, 14 oktyabr 2020-ci il tarixli, NDQ № 008204 saylı akta əsasən sayğacın işləmədiyi, 04 taxta dayaqdan qidalanan elektrik sayğacının implus lampasının döyünməsinə baxmayaraq sayğacın mexanziminin işləməsi, sayğacın zavod nömrəsinin baza ilə uyğun gəlməməsi, sayğacın alt qapaq möhürünün olmaması, axan yükün 2,90 kw olması guya müəyyən olunmuşdur. İlk növbədə əgər belə bir hal var idisə niyə xxxx ASC-nin Şimal Qərb RETSİ-nin X2 əməkdaşları həmin halı yerinə müəyyənləşdirib aradan qaldırmırdılar? Halbu ki, kənarda qoşulan sayğaca nəzarəti abonent deyil birbaşa xxxx ASC-nin işçiləri hər ay həyata keçirməli idilər. Daha sonra Sayğac labortoriyaya göndərilmiş və iştirakı olmadan həmin sayğaca baxış keçirlərək əsassız yerə ona 1143 manat cərimə borcu hesablanmışdır. Elektrik enerjisi kəsilməsin deyə 422 manat ödəniş etmişdir. Lakin ödənişi etməyinə baxmayaraq elektrik enerjisinin verilməsini dayandırmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi S.N.Ağayev məhkəməyə etiraz ərizəsi göndərəkbildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır.Belə ki, iddiaçıya məxsus Şamaxı şəhəri, Əzizbəyov küçəsində yerləşən qeyri yaşayış sahəsi (gözəllik salonu və geyim mağazası) “xxxx” ASC-nin enerji satış bazasında İddiaçı adına **********90491 (**********4) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İddiaçı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış cərimənin silinməsi tələbi ilə Şamaxı Rayon Məhkəməsində iddia qaldırması tamamilə əssasız olmuş və məhkəmə aidiyyatı ilə bağlı prosesual normalar pozulmuşdur. Belə ki, İddiaçı məxsus obyekt (gözəllik salonu və geyim mağazası) “xxxx” ASC-nin enerji satış bazasında **********90491 (**********4) saylı kod altında qeyri-yaşayış sahəsi kimi qeydiyyatdadır. Bu səbəbdən də iş iqtisadi iş olduğu üçün iddia rayon məhkəməsində deyil kommersiya məhkəməsində qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında kommersiya məhkəməsinə aiddir. Həmin məcəllənin 261.0.1 -ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 14.10.2020-ci il tarixdə “xxxx” ASCnin əməkdaşları R.Rəfıyev, A.Cəfərov və Z.Qaniyev tərəfindən Şamaxı şəhəri, M.Əzizbəyov küçəsində yerləşən iddiaçıya məxsus qeyri yaşayış sahəsinə (gözəllik salonu və geyim mağazası) quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsinin iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı iddiaçıya məxsus qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacının impuls lampasının döyünməsinə baxmayaraq sayğacın mexanizminin işləmədiyi, sayğacın zavod nömrəsinin baza ilə uyğun gəlmədiyi və sayğacın alt qapaq möhürünün olmadığı müəyyən olunmuşdur. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları’nın 8.17-ci bəndinin tələbinə uyğun olaraq adları qeyd olunan əməkdaşlar tərəfindən 14.10.2020-ci il tarixli, NDQ 008204 li akt tərtib olunmuşdur. Aktın doğruluğunu iddiaçının nümayəndəsi (atası Bağırov Valeh) imzalamaqla təsdiq etmişdir. Şimal-Qərb RETSİ-nin X2 əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənməklə, yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriyanın 03.11.2020-ci il tarixli, 99495 saylı protokolu ilə sayğacın daxili qüsur nəticəsində işləmədiyi, sayğacın istismara yararsız olduğu, həmçinin sayğacın seriya nömrəsinin kompyuter bazası ilə uyğun olmadığı Barədə rəy verilmişdir. 14.10.2020-ci il tarixli, NDQ 008204 saylı akta əsasən “xxxx” ASC-nin Akt komissiyası tərəfindən 09.12.2020-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 365 gün üçün 0.09 manatla 1143.18 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. “EEİQ”-nın 8.17 bəndinin tələbinə uyğun olaraq İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəchizatı müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxemnin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin qaydaların 7.7 bəndində göstərilir ki, 7.4-cü, 7.5-ci və 7.6 cı (məişət abonenti istisna olamaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür.” Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 28.11.2019-cu il tarixdən 23.10.2020-ci il tarixə qədər 499 gün üçün sərfiyyatın toplamda 309 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə 56 gün üçün artaraq 04.02.2020-ci il tarixə 556 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq nəzərə çarpacaq qədər böyükdür. İddiaçı öz iddiasında akt əsasında ödənilmiş 422 manat pul məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Qeyd etməyi zəruri hesab edirik ki iddiaçının abunə haqqında məlumat cədvəlinə nəzər saldıqda borcunun toplamda 871.15 manat olduğu görünür. Abunə haqqında məlumat cədvəlindən göründüyü kimi iddiaçıya akt əsasında 1143.18 manat hesabat aparılmış və o aktın hesabatından 272.03 manat ödəniş etmişdir. (1143.18- 871.15=272.03) Odur ki, iddiaçının, “xxxx” ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Şamaxı rayon İHB-nın 12 oktyabr 2009-cu il tarixli sərəncamından görünür ki, ünvan 1 ünvanda yaşadığı evin həyətyanı sahəsində tərtib edilmiş layihəyə uyğun 10x3,2 metr ölçüdə mağaza tikməsinə icazə verilmişdir. İş materiallarında olan 14.10.2020-ci il tarixli, NDQ№ 008204 saylı aktdan görünür ki,“xxxx” ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus Şamaxı şəhəri Əzizbəyov küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına və elektrik xətlərinə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı İddiaçı məxsus qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacının impuls lampasının döyünməsinə baxmayaraq sayğacın mexanizminin işləmədiyi, sayğacın zavod nömrəsinin baza ilə uyğun gəlmədiyi və sayğacın alt qapaq möhürünün olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan 09.12.2020-ci il tarixli, “xxxx” ASC-nin icra vəqərəqindən görünür ki, hesabata əsasən 2,90 kvt x 12 saat x 365 gün=12702 kvts Tarif (0,09 man)- 12702 kvts x 0,09=1143,18 man ziyan dəydiyi göstərilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin 23.04.2021-ci il tarixli № **********041900 saylı arayışından görünür ki, İddiaçı 25.12.2020-ci ildə ********** nömrəli VÖEN-lə uçota alınmışdır. Vergi orqanına təqdim etdiyi arayışa əsasən 15.02.2021-ci il tarixdən 15.02.2022-ci il tarixədək fəaliyyətini dayandırmışdır. İş materiallarında olan Şamaxı rayon icra başçısının 12.10.2009-cu il tarixli № 156 saylı sərəncamından çıxarışdan görünür ki, İddiaçı Şamaxı şəhəri Ə.Əzizbəyov küçəsi 58 saylı evdə evin həyətyanı sahəsində tərtib edilmiş layihəyə uyğun ölçüdə mağaza tikməsinə icazə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən Şamaxı şəhəri, M.Əzizbəyov küçəsində yerləşən iddiaçıya məxsus qeyri yaşayış sahəsinə (gözəllik salonu və geyim mağazası) quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş və iddiaçıya məxsus qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacının impuls lampasının döyünməsinə baxmayaraq sayğacın mexanizminin işləmədiyi, sayğacın zavod nömrəsinin baza ilə uyğun gəlmədiyi və sayğacın alt qapaq möhürünün olmadığı müəyyən olunmuşdur. Qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənməklə, yoxlanılması üçün laboratoriyaya göndərilmiş və sayğacın daxili qüsur nəticəsində işləmədiyi, sayğacın istismara yararsız olduğu, həmçinin sayğacın seriya nömrəsinin kompyuter bazası ilə uyğun olmadığı barədə rəy verilmişdir. Bundan sonra cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair akt tərtib edilmiş, itirilmiş elektrik enerjisinin həcmi müəyyənləşdirilmiş və hesablanmış 1143,18 manat borc abonentə hesablanmışdır. Həmin borc məbləğinin bir qismi iddiaçı tərəfindən hissə-hissə cavabdehə ödənilmiş və iddiaçı hazırda cərimə məbləğinin abunə hesabından silinməsini və ödəmiş olduğu borc məbləğinin cavabdehdən geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "Azərenerji" elektrik enerjisi üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, işin faktiki hallarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış sayğaca müdaxilə edildiyinə görə, iddiaçının abunə hesabına 1143,18 manat borc hesablamaqda haqlı olmuşdur. Belə ki, İddiaçı “abunə haqqında” məlumatına nəzər saldıqda 28.11.2019-cu il tarixdən 23.10.2020-ci il tarixə qədər 499 gün üçün sərfiyyatın toplamda 309 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə 56 gün üçün artaraq 04.02.2020-ci il tarixə 556 kvts olduğu müəyyən olunur. Göründüyü kimi, əvvəlki sayğacın quraşdırıldığı dövrdə daha az elektrik enerjisi sərfiyyatı olduğu halda, sayğac yenisi ilə əvəz edildikdən sonrakı ilin müvafiq aylarında elektrik enerjinin sərfiyyatı kəskin artmışdır. Bu hallar isə onu deməyə əsas verir ki, abonent (və ya onun ailə üzvləri) tərəfindən sayğaca müdaxilə edilmişdir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış cərimənin silinməsinə dair iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “xxxx” ASC və “xxxx” ASC-nin X7 Enerji Təchizatı və Satış İdarəsinin X1rşı “aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar