Məhkəmə qərarları › İş №2(074)-405/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-405/2022

12.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-405/2022 12.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağsu X3 İdarəsinə qarşı “aktın etibarsız hesab olunması və hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağsu X3 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB Ağsu X3 tərəfindən yazılmış itirilmiş qazın bərpasına dair 30.04.2018ci il tarixli Aktı və 30 aprel 2018-ci il tarixdə Azəriqaz ******* nömrəli Qüsur aktının etibarsız sayılmasına, onun tərəfindən ödənilən 92 manatın qaytarılmasına və ona əsassız yazılmış 367,20 manatın silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Şamaxı rayonu Həmyəli kənd sakindir. Həmişə dövlətə və dövlətçiliyə sadiq bir vətəndaş olmuşdur. İstifadə etdiyi təbii qazın dəyərini, işıq pulunu və digər kommunal xərcləri vaxtlı vaxtında ödəmiş. Heç vaxt borcu olmamışdır. 4 nəfər ailə üzvü ilə birlikdə gözdən əlilliyə görə aldığı 130 manat pensiya ilə dolanır. Mənzilinə qaz xətti çəkilən zaman qaz xəttinin üzərində quraşdırılan (Abonent kodum **********00097) G 4 markalı ******* nömrəli qaz sayğacın evindən 60 metr aralı qonşunun həyətyanı sahəsinin yanına quraşdırıblar. 2017-ci ildə dəfələrlə Şamaxı rayonu Qaz idarəsinə dəfələrlə müraciət etmiş ki, sayğacı evinin yanındakı qaz xəttinin üzərin quraşdırılsın. Kəndin heyvanlarından və digər amillərdən sayğacı qoruya bilmir. Həmin boş yurdda çəkilən setka hasarın dirəyi (stolba) Sayğacın üzərinə aşandan sonra 29.01.2018ci ildə Sayğacını dəyişdirdilər. Ondan əlavə olaraq yeni sayğaca 92 manat pul ödətmişlər . O, də balaları qazsız qalmasın deyə həmin pulu ödəmişdir. 30 aprel 2018 ci il tarixdə Azəriqaz ******* nömrəli Qüsur aktı ilə ona qanunsuz 1836 kub metr qaz itkisi dəyəri 20 qəpiklə hesablanmaqla şəxsi hesabına 367,20 manat borc yazılmışdır. İTRİ-nin (İnformasiya texnologiyaları və rabitə İdarəsinin 29/1710-00169-1 saylı aktına əsasən. Həmin aktda sayğacın hesablama mexanizminin şüşəsi sınıqdır qeyd edilib. Hesablama mexanizminin iş prinsipinə heç bir müdaxilə olunmayıb. Olsaydı qeyd edilərdi. İddiaçı məhkəməy ərizə təqdim edərək Ağsu X3 İdarəsinin əsil Cavabdeh ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək, Şamaxı rayonu Həmyə kəndində yaşayan İddiaçı hesablanmış 367,20 (üç yüz altmış yeddi manat iyirmi qəpik) manat manat məbləğin silinməsi, tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə Məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. 29.01.2018-ci il tarixində "Azəriqaz” X1 RQİİ-nin Şamaxı XS-nin əməkdaşları Şamaxı rayonu Həmyə kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 29.01.2018-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29/1710-00169-1 saylı 27.04.2018-ci il tarixli akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilmiş sayğac istismara yararsız hesab edilmişdr. Həmin akta əsasən İddiaçı yaşadığı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 30.04.2018-ci il tarixli, ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİl-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİnin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 30 aprel 2018-ci il tarixdə İtirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı adına olan Şamaxı XS-nin abonent bazasındakı **********00097 nömrəli abonent koduna 1836 m3 - 367.20 (üç yüz altmış yeddi manat iyirmi qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 29.01.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı evində olan G-4 markalı ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh 07.04.2018-ci il tarixli № MSK-29/1710-00169-1 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, G-4 markalı ******* nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi müəyyən olunmuşdur. İş materiallarında olan təbii X2nın pozulması haqqında 30.04.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh 07.04.2018-ci il tarixli № MSK-29/1710- 00169-1 saylı aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. Bu zaman həmin mənzildə qaz piltəsi qaz plitəsi, qaz sobası aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 30.04.2018-ci il tarixli Ağsu X3 İdarəsinin qərarından görünür ki, 1 ədəd PQ-2 tipli qaz plitəsi maksimal saatlıq qaz sərfi 0.6 m3/saat orta günlük iş rejimi 6 saat olmaqla hesabat müddəti 90 gün, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün, 1 ədəd radiator sobası maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 1836 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 30.04.2018-ci il tarixli, ******* saylı akt göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X2”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş üzrə iddiaçının yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliliklə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, eləcə də 30.04.2018-ci il tarixli, ******* saylı akt X2nın tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən həmin akt üzrə hesablanmış 367,20 manat borc iddiaçının abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 405-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağsu X3 İdarəsinin tərtib etdiyi təbii X2nın pozulması haqqında 30.04.2018-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 367,20 manat İddiaçı abunə hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar