Məhkəmə qərarları › İş №2(074)-412/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-412/2021

20.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-412/2021 20.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı “aktın etibarsız hesab olunması və hesablanmış borcun silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 oktyabr 2020-ci il tarixli № ******* saylı aktının etibarsız hesab olunması və qanunsuz hesablanmış 216 manat məbləğində borcun silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 23.07.2020-ci il tarixdə “Cavabdeh“ X1 Regional İdarəsinin X4 Sahəsinin işçiləri gələrək ona qaz sayğacı köhnəldiyini, yenisi ilə əvəz olunmalı olduğunu bildirmiş, həmin vaxt orada ruhi xəstə olan oğlu olmuş, gələn işçilər təzə sayğacı qoyub köhnəsini aparmış, üstündən xeyli müddət keçdikdən ona guya çıxarılan sayğacın altında əzik olduğu barədə məlumat verilmiş, buna görə də 30 oktyabr 2020-ci il tarixdə 216 manatlıq ziyan aktı tərtib olunmuşdur. Həmin aktla razı deyil. Həmin sayğacda heç vaxt əzilmiş yer olmamış, dəyişmə aktını 1-ci qrup ruhi xəstə olan oğlu Asifə imza etdirmişlər. Hər 10 gündən bir nəzarətçilər gəlib sayğacları yoxlayırlar belə bir qüsur olsaydı onlar dərhal bildirərdilər. Belə olan halda hansı əsasla dəymiş zərəri 90 gün üçün hesablayırlar. Küçədə olan qaz sayğacının toxunulmazlığına o, məsuliyyət daşımır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan İddiaçı qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanaraq abonent koduna vurulmuş 216 manat borc məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 20,40 manat dövlət rüsumunun, ümumlikdə isə 236,40 manat tutularaq "Cavabdeh” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan İddiaçı Cavabdeh” İstehsalat Birliyinə qarşı Şamaxı rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanaraq abonent koduna vurulmuş 216 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan İddiaçı iddia ərizəsi rədd edilməli və Cavabdeh” İB-nin qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, 23.07.2020-ci il tarixində Cavabdeh” X1 RQİİ-nin Şamaxı Xidmət Sahəsinin əməkdaşları Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı 23.07.2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 30.10.2020-ci il tarixli, MSK- 29/1710- 03963-1 nömrəli akta əsasən sayğacın qapaqının alt hissəsində kənar təsir nəticəsində əzilməsi aşkar edilmişdir. Həmin Akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 30.10.2020-ci il tarixli, ******* nömrəli “Təbii X2nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 30 oktyabr 2020-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Şamaxı XS-nin abonent bazasındakı **********00180 nömrəli abonent koduna 2160 m3- 216 (iki yüz on altı) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, onun iddiası tamamilə əsaslıdır. Odur ki, təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən nümayəndənin mülki işə tərəflərin olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 23 iyul 2020-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, İddiaçı evində olan “Elster” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacı “Elster” G-4 tipli **********1 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. “Elster” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh 30.10.2020-ci il tarixli № MSK-29/1710-03963-1 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, “Elster” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın plastmas qapağının alt hissəsinin kənar təsir nəticəsində əzildiyi və hesablama mexanizminin iş prinsipinə müdaxilə edildiyi, təbii qaz itkisinin yarandığı müəyyən edilmişdir. İş materiallarında olan təbii X2nın pozulması haqqında 30.10.2020-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, Cavabdeh 29/1710-03963-1 saylı aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. Bu zaman həmin mənzildə qaz piltəsi PQ-4 və radiator peçi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 30.10.2020-ci il tarixli Ağsu X3 İdarəsinin qərarından görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddət 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 30.10.2020-ci il tarixli № ******* nömrəli akt göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “X2”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi İddiaçı yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliliklə də məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, eləcə də 30.10.2020ci il tarixli № ******* akt X2nın tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən, ilkin iddia təmin edilməli, akt etibarsız sayılmalı, sərfiyyat üzrə hesablanmış 216 manat borc ilkin iddia üzrə İddiaçı abunə hesabından silinməli, qarşılıqlı iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin olunsun. Cavabdeh Ağsu X3 İdarəsinin tərtib etdiyi təbii X2nın pozulması haqqında 30.10.2020-ci il tarixli № ******* saylı akt və həmin akt əsasında verilmiş 30.10.2020-ci il tarixli borcun hesablanması barədə qərar etibarsız hesab olunsun, 30.10.2020-ci il tarixli № ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 216 manat məbləğində hesablanmış məbləğ İddiaçı abunə hesabından silinsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar