Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-419/2022 17.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-1211 saylı 41006018 kodlu Dövlət X1, X3 və X8 ilə birlikdə eyni zamanda Ərizəçi1 və Ərizəçi2 da məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, ona məxsus olan torpaq sahəsini yenidən dövlət qeydiyyatına aldırmaq istəyir. DƏDRX-nə müraciət edərkən məlum olub ki, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Ərizəçi1 Maxsud oğlunun adı “Seyidxan” kimi, Ərizəçi2 isə “X9 ” kimi qeyd olunmuşdur. Hazırda həmin sənədi verən orqan ləğv olunduğundan bu səhvin düzəldilməsi də mümkün deyil. Bunun üçün məhkəməyə müraciət olunmalıdır. Torpaq islahatı keçirilərkən onların ailələrində də Şamaxı rayonu Göylər kəndi ərazisindən 2.61 ha torpaq sahəsi verilmiş, qanuna müvafıq olaraq həmin torpaq sahəsi torpaq üzərində mülkiyyət hüququna dair JN-1211 saylı 41006018 kodlu Dövlət Aktı ilə adlarına qeydiyyata alınmışdır. Hazırda da həmin torpaq sahəsi onların faktiki istifadəsindədir. Dövlət aktında onlarında adlarında müəyyən səhvlər olmasına baxmayaraq həmin Dövlət Aktı orada göstərilən digər mülkiyyətçilər, X5, X3 və X8 ilə birlikdə eyni zamanda onlara, Ərizəçi1 və Ərizəçi2 da məxsusdur. Buna təsdiq edəcək sənədləri və şahidləri var. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş digər ərizəçi və maraqlı şəxs DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən digər ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçilər ilə eyni kənddə yaşayırlar. Onun adı həqiqətən Seidxandır. Seidxanın ailəsində Elmir adlı şəxs yoxdur, oğlunun adı isə Elamindir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçilər ilə eyni kənddə yaşayırlar. Uzun müddətdir qonşu olduqlarından onların adlarının Elamin və Seidxan olduğunu bilir. Lakin onların adları səhv yazılmışdır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin 10.02.2022-ci il tarixli **********12 saylı məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-1211, kod 41006018 nömrəli dövlət aktında özünüzün və ailə üzvlərinizin adları düzgün göstərilməmişdir. Sənədləri verən orqan- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri-mümkündür. İş materiallarında olan 21.02.2022-ci il tarixli 44 saylı Şamaxı rayon İHB-nin Göylər kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, torpaq islahatı zamanı onun özünün və ailə üzvləri X2 adı Şamaxı rayonun Göylər kəndi ərazisində torpaq Sahəsi almaq hüquqi olan subyektlərin siyahısında texniki səhv olaraq düzgün qeyd olunmamışdır. X7 və X9 adında şəxslər Şamaxı rayonun Göylər kəndi ərazisində heç vaxt yaşamamışdır. İş materiallarında olan JN-1211, kod 41006018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X7, X5, X3, X9, X6 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il № 03 saylı qərarı ilə 2.61 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1947-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatdadır. İş materiallarında olan AA******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1983-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adı, onlara məxsus bütün sənədlərdə “Ərizəçi1 və Ərizəçi2” kimi göstərilsə də, JN-1211, kod 41006018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında onların adı “X7 və X9” kimi göstərilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X7 və X9” ilə digər sənədlərdə göstərilən “Ərizəçi1 və Ərizəçi2”nın eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçilər tərəfindən, onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-1211, kod 41006018 nömrəli dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-1211, kod 41006018 nömrəli şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-419/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-419/2022
17.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver