Məhkəmə qərarları › İş №2(074)-449/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-449/2021

07.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-449/2021 07.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” ASC və “xxxx” ASC-nin X4 Enerji Təchizatı və Satış İdarəsinin X2rşı “aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər cavabdehlər “xxxx” ASC və “xxxx” ASC-nin X4 Enerji Təchizatı və Satış İdarəsinin X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin NDM № 020334 saylı aktının etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 2748 manat və ETAİS-dən gələn borc üzrə hesablanmış 189,72 manat cərimə məbləğinin abunə hesabından silinməsi və həmin akt üzrə ödədiyi pullardan tutulmuş 1540 manat pulun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı şəhərində yaşayır. Atası SSRİ idman ustası Şamaxı şəhərində böyük nüfuza sahib Xankişi Hüseynov 28.10.2019-cu il tarixdə vəfat etmişdir. Hal-hazırda yaşadığı evdə elektrik sayğacı qoşulmuşdur. Elektrik sayğacına “xxxx” ASC-nin işçiləri baxarkən sayğacı yenisi ilə əvəz edib “xxxx” ASC-nin işçiləri yaşadığı fərdi yaşayış evinə verilən elektrik enerjisini kəsmiş, məcbur olub onlara şifahi müraciət etmiş, onlar ona heç bir aktın mövcudluğundan məlumat verməmişdirlər. Ona 500 manat elektrik enerjisinin haqqını köçürtməyini və bu zaman elektrik enerjisinin bərpa olunacağını bildirmişdirlər. Bundan sonra elektrik enerjisi kəsilməsin deyə xeyli ödənişlər etmişdir. Lakin bu yaxınlarda müraciət etdib poçt şöbəsindən abunə haqqında hesabı alanda əsassız yerə 19.10 2020-ci il tarixdə sayğac dəyişilən zaman ona əsassız olaraq mənbəyi bilinməyən ETAİS-dən gələn borc üzrə 189,72 manat, NDM 020334 saylı akt üzrə 391,79 manat və 2355,76 manat ümumilikdə isə 2937,27 manat əsassız borc hesablandığını görmüşdür. Həmçinin sayğac üçün ödədiyi 770 manat, karta yüklədiyim 200 manat və əlavə olaraq borcdan ödədiyi 570 manat nağd pulu da həmin akta silmişlər. Ümumilkdə ödədiyi 1540 manat pul ETAİS-dən gələn borc və əsassız tərtib olunan NDM 020334 saylı akta silinmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, ilk başlarda 500 manat, daha sonra isə az-az olmaqla ödənişlər etmişdir. Həmçinin onun sayğacı çöldə quraşdırılmışdır. Buna görə də iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi S.N.Ağayev məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şamaxı şəhəri, A.Məmmədağa küçəsində yaşadığı fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında Xankişi Hüseynovun adına **********03842 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Bu səbəbdən də iddia qaldırmaq hüququ Xankişi Hüseynova aiddir. İddiaçı iddia qaldırmaq hüququnun olmadığı nəzərə alınmalı və iddia təmin edilməməlidir. X1 ilə bağlı fiziki və hüquqi şəxslər arasında mövcud olan münasibətlər zamanı yaranan mübahisələrə məhkəmə qaydasında baxılması nəzərdə tutulmuş və bu münasibətlərin mövcud olub olmamasını yoxlamaqla, məhkəmə icraatının başlaması zamanı ilk olaraq iddia qaldırmış şəxsin bu münasibətlərdə hüquqa malik olması müəyyən edilməlidir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyi bir neçə qərarlarında ifadə olunmuşdur. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008 ci il tarixli Qərarında əsasə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. 14.10.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları R.Rəfıyev və A.Cəfərov tərəfindən Şamaxı şəhəri, A.Məmmədağa küçəsində yerləşən Xankişi Hüseynova məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına İddiaçı iştirakı ilə “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının göstəricisinin (göstərici tablosu) oxunmadığı və sayğacın displey göstəricisinin fiziki təsir nəticəsində sınaraq yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 14.10.2020-ci il tarixli, NDM 020334 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktın doğruluğunu İddiaçı öz imzasıyla təsdiq etmişdir. Tərtib olunmuş akta əsasən 16.10.2020-ci il tarixində Şamaxı EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni PAUD-MP106 tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. 03.11.2020-ci il tarixli laboratoriyada elektrik sayğacı yoxlanılmış 196907 saylı protokol ilə elektrik sayğacının displey göstəricisinin fiziki təsir nəticəsində sınaraq yararsız vəziyyətə düşdüyü məlum olmuşdur. Labaratoriyada elektrik sayğacının sərfiyyat göstəricisi xüsusi proqram vasitəsilə oxunmuş və göstəricinin ******* kvts olduğu məlum olmuşdur. 14.10.2020-ci il tarixli, NDM 020334 saylı akta əsasən “xxxx” ASC-nin Akt komissiyası tərəfindən 20.11.2020-ci il tarixdə ******* kvts sayğac göstəricisi abonentin hesabına işlənmiş və nəticədə sayğac göstəricisi əsasında istifadə olunmuş lakin dəyəri ödənilməmiş 2747.55 manat borc məbləğinin olduğu müəyyən olunmuşdur. Abonentə heç bir əlavə hesabat aparılmamış yalnız sayğac göstəricisi bazaya işlənmişdir. “EEİQ”-nm 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) “məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınmaqla hesabat aparılır”. Həmin qaydaların 7.11 -ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 10.06.2020-ci il tarixdən 11.10.2020-ci il tarixə qədər 151 gün üçün sərfıyyatın toplamda 513 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə 141 gün üçün artaraq 10.03.2021-ci il tarixə 2068 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfıyyatı ilə sayğac yenisi ilə əvəz edildikdən sonrakı dövrdəki sərfıyyatı arasında fərq (1555 kvt.s) olduqca böyükdür. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, əsas məsələ qüsurun sayğacda olub-olmaması deyil, qüsurun sayğacın işini pozulmasına səbəb olub-olmamasıdır. Hazırki işə baxacaq məhkəmə cavabdehin əməkdaşları tərəfindən keçirilmiş yoxlamadan əvvəlki və sonrakı dövrlərdə iddiaçının X1si nəticəsində sərfıyyatını müqayisə edərək, bu sərfiyyatın artıb-artmamasını müəyyən etməli, nəticədə isə aktın əsaslı olub-olmadığı sualına cavab verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 iyun 2016-cı il tarixli 2- 2(102)-117/16 saylı qərarında da bu məsləyə istinad olunmuş və Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı iddia ərizəsində ödədiyi 1540 manat pul məbləğinin ona geri qaytarılmasını xahiş etmişdir. Bildiririk ki, iddiaçı akt tərtib edildikdən sonraki dövr ərzində (14.10.2020) 171.28 manat dəyərində X1 etmiş və bu dövr üzrə 770 manat pul ödəmişdir. Göründüyü kimi 770 manat pulun 171.28 manatı sərfıyyat əsasında, digər 608.72 manatı isə akt əsasında ödənilmişdir (770-171.28= 608.72). İddiaçının 1540 manat vəsaiti necə hesabladığı məlum deyildir. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı Şamaxı şəhəri, A.Məmmədağa küçəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş akt “EEİQ”-nm tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Odur ki, cavabdehin nümayəndəsi İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “xxxx” ASC-nin NDM020334 saylı aktının etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 2748 manat və ETAİSdən gələn borc üzrə hesablanmış 189,72 manat cərimə məbləğinin abunə hesabından silinməsi və həmin akt üzrə ödədiyi pullardan tutulmuş 1540 manat pulun cavabdehlərdən alınaraq ona qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 14.10.2020-ci il tarixli NDM № 020434 saylı aktdan görünür ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən istehlakçı Xankişi Hüseynova məxsus abonent kodu **********03842 olan fərdi yaşayış evinin çöl divarına quraşdırılmış “iskra” markalı, 220 voltluq, 64283399 nömrəli elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacın göstərici tablosunun oxunmadığı, onun zədələndiyi aşkar edilmişdir. Axan yükün hesablanması zamanı P=3,75 kvt, naqilin n kəsik sahəsinin S=2x10 mm2 təşkil etdiyi məlum olmuşdur. Sayğac yenisi ilə əvəz edilərək çıxarılan sayğac laboratoriya şəraitində rəy verilməsi üçün göndərilmişdir. İş materiallarında olan 20.11.2020-ci il tarixli “xxxx” ASC-nin icra vərəqəsindən görünür ki, Xankişi Hüseynova məxsus abonent kodu **********03842 olan “iskra” markalı, 220 voltluq, 64283399 nömrəli elektrik hesablaşma sayğacında 14.10.2020-ci il tarixli NDM № 020434 saylı akt əsasında aparılmış yoxlama nəcticəsində elektrik sayğacının göstəricisi, göstərici tablosunun oxunmadığı, sayğacın displey göstəricisinin fiziki təsir nəticəsində sınaraq yarasız hala düşdüyü aşkar edilmişdir. Hesabata əsasən 5597 kvts x 0,07= 391,79 manat, 21416 kvts x 0,11=2355,76 manat, cəmi 2747,55 manat ziyan dəydiyi göstərilmişdir. İş materiallarında olan 16.10.2020-ci il tarixli ******* saylı protokolun surətindən görünür ki, 020334 saylı akt əsasında Xankişi Hüseynova məxsus abonent kodu **********03842 olan 64283399 nömrəli göstəricisi oxunmayan sayğac **********73 saylı sayğacla dəyişdirilmiş, protokol X.Hüseynov tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş 10.02.2021-ci il tarixli eyni qəbz üzrə 3 nüsxə çıxarılmış ödəniş qəbzinin surətlərindən görünür ki, **********03842 saylı abonent kodu üzrə 500 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 04 iyun 2021-ci il tarixli 1721 saylı arayışından görünür ki, İddiaçı 28.10.2019-cu il tarixindən Şamaxı şəhəri, Aş.Məmmədağa küçəsi 34 A saylı evdə yaşayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı şəhəri, A.Məmmədağa küçəsində yaşayan İddiaçı atası 28.10.2019-cu il tarixdə ölmüş Xankişi Hüseynova məxsus fərdi yaşayış evi “xxxx” ASC-nin enerji satış bazasında Xankişi Hüseynovun adına **********03842 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 14.10.2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları R.Rəfıyev və A.Cəfərov tərəfindən Şamaxı şəhəri, A.Məmmədağa küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının göstəricisinin (göstərici tablosu) oxunmadığı və sayğacın displey göstəricisinin fiziki təsir nəticəsində sınaraq yararsız vəziyyətə düşdüyü aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə 14.10.2020-ci il tarixli, NDM 020334 saylı akt tərtib olunmuş və tərtib olunmuş akta əsasən 16.10.2020-ci il tarixində Şamaxı EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni PAUD-MP106 tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Cavabdeh tərəfindən 03.11.2020-ci il tarixli rəy ilə laboratoriyada elektrik sayğacı yoxlanılmış 196907 saylı protokol ilə elektrik sayğacının displey göstəricisinin fiziki təsir nəticəsində sınaraq yararsız vəziyyətə düşdüyü məlum olmuşdur. Məhkəmə hesab edir ki, 196907 saylı protokol ilə elektrik sayğacının displey göstəricisinin fiziki təsir nəticəsində sınaraq yararsız vəziyyətə düşdüyü oxunmadığı bildirilsədə onun hansı xüsusi proqramla oxunduğu göstərilməmiş, həmin xüsusi proqramla yoxlanılan zaman istehlakçının iştirakı təmin olunmamış, eyni zamanda 16.10.2020-ci il tarixli ******* saylı protokolun Xankişi Hüseynov tərəfindən imzalandığı bildirilsə də həmin protokolun 28.10.2019-cu il tarixdə ölmüş Xankişi Hüseynov tərəfindən imzalanması qeyri mümkündür. Belə olan halda 03.11.2020-ci il tarixli rəy ilə laboratoriyada istehlakçıya 27013 kvts borc məbləğinin hesablanması tamamilə qanunsuz olmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının ona akt üzrə ödənilmiş 1540 manat pulun qaytarılmasını xahiş etsədə iş materiallarına əlavə etdiyi qəbzin surətindən görünür ki, 10.02.2021-ci il tarixli qəbzlə sayğac dəyişdirildikdən sonra istifadə etdiyi elektrik enerjisinə uyğun 500 manat pul ödəmişdir. Belə olan halda istehlak etdiyi elektrik enerjisinin dəyərini ödəməli olan istehlakçının həmin pul məbləğini geri qayatarılmasını tələb etməsi əsassızdır. Cavabdeh elektrik enerjisi sərfiyyatına görə ETAİS-dən gələn 189,72 manat borcun yaranma səbəbini əsaslandıra bilməmiş, qeyd edilən dəyərdə elektrik enerjisi sərfiyyatının hansı dövrlərdə əmələ gəldiyini göstərə bilməmiş, həmin borcun hesablanmasına əsas olmuş halların təsdiqi üçün hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. “X1 Qaydaları”nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktların bir nüsxəsini məişət abonentinə təqdim verir. Akt energi təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktların məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə edilmişdir. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçıya elektrik enerjisinin verilməsi dayandırıla bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də məhkəmə hesab edir ki, borcun NDM № 020334 saylı akt üzrə 2747,55 manat hissəsinin iddiaçıya necə hesablandığı və ya qanuni şəkildə hesabılandığı cavabdeh tərəfindən sübut olunmadığından, istehlakçıdan istifadə etmədiyi elektrik enerjisinə görə ödəniş alma xarakteri daşıdığıdan, borcun həmin hissəsi silinməli, iddia tələbi bu hissədə olmaqla qismən təmin edilməlidir. İddiaçı həmçinin onun abunə hesabından ETAİS-dən gələn 189.72 manat borcun da silinməsini xahiş edir. İş materillarından görünür ki, ünvan 1 ünvanına istifadə etdiyi enerji sərfiyyatına görə 2015-ci ilə qədər 189,72 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edir ki, 2016-cı ildən əvvəl yaranan borcu tələb etmək hüququ mülki qanunvericiliyin tələblərinə əsasən qüvvəsini itirdiyinə görə, həmin illərə görə hesablanmış borcun silinməsi hissəsində iddia təmin edilməlidir. Məhkəmə, bununla yanaşı hesab edir ki, iddiaçı ona ödədiyi 1540 manat pulun geri qaytarılmasını tələb etsədə iş materiallarına əlavə etdiyi qəbzdən görünür ki, akt tərtib edildikdən sonraki dövr ərzində (14.10.2020) 171.28 manat dəyərində X1 etmiş və bu dövr üzrə 770 manat pul ödəmişdir. Göründüyü kimi 770 manat pulun 171.28 manatı sərfıyyat əsasında, digər 608.72 manatı isə akt əsasında ödənilmişdir (770-171.28= 608.72) Onun akt üzrə 1540 manat ödəniş etməsi sübut olunmur. Belə olan halda iddia qismən təmin edilməli, xxxx” Açıq Səhmdar Cəmiyyətinin NDM № 020334 saylı aktının etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 2748 manat və ETAİS-dən gələn borc üzrə hesablanmış 189,72 manat cərimə məbləği iddiaçının abunə hesabından silinməli, NDM № 020334 saylı akt üzrə ödənilmiş 608.72 manat pul iddiaçıya geri qaytarılmalı, iddia qalan hissədə rədd edilməlidir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin NDM № 020334 saylı aktının etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 2748 manat və ETAİS-dən gələn borc üzrə hesablanmış 189,72 manat cərimə məbləği iddiaçının yəni **********03842 saylı abunə hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdehlər xxxx ASC və xxxx ASC-nin X3 Enerji təchizatı və satış idarəsinin Şamaxı elektrik şəbəkəsindən birgə qaydada 30 manat dövlət rüsumu tutularaq, dövlət gəlirlərinə alınsın. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar