Məhkəmə qərarları › İş №2(074)-461/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-461/2024

03.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-461/2024 03.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının ona tətbiq etdiyi 13 noyabr 2023-cü il tarixli 034831 saylı aktında “Fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması” iddiasının rədd edilməsi və onların bu əsasda dəymiş ziyana dair ona yazdıqları 826,08 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 13 noyabr 2023-cü il tarixli 034831 saylı aktın ona verilmiş surətindən görünür ki, qanunla müəyyən edilmiş qaydada evlərində quraşdırılmaqla istifadələrində olan elektrik sayğacı (abonent kodu **********00291) üçün - “Fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması” bəhanəsi ilə "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona ümumilikdə 826,08 (səkkiz yüz iyirmi altı manat 08 qəpik) manat cərimə yazılmışdır. "xxxx" ASC tərəfindən onlara verilmiş xx.xx.2023-cü il tarixli bildirişdə də yazılmışdır ki, 2023-cü ilin noyabrından etibarən guya onun 826,08 (səkkiz yüz iyirmi altı manat 08 qəpik) manat borcu yaranmışdır. Bildirir ki, həmin vaxt "xxxx" ASC-nin əməkdaşlarının törətdiyi qanunsuz əməllər ondan xəbərsiz edilmişdir. Onlar cərimə yazmaq üçün heç bir bəhanə tapmamış və sonradan isə yazmışlar ki, guya o, sayğacdan-kənar xəttdən istifadə etmişdir. Halbuki o, sayğacdan kənar hər hansı xətti elektrik şəbəkəsinə qoşmamışdır. Onlar müvafiq ölçmələr və hesablamalar aparıb özləri də görmüşlər ki, o, heç bir qeyri-qanuni əməllər törətməmişdir. Sonradan xəbər göndərmişlər ki, ona yazılmış 826,08 manat cərimə borcunu gecikdirmədən ödəməlidir, əgər ödəməsə istifadə etdiyi elektrik enerjisi xəttini ümumi şəbəkədən ayıra bilərlər. Bununla əlaqədar onlar son günlərdə tez-tez onu narahat edirlər. Odur ki, sonradan ona verilmiş aktda yazılanlar və ona yazılmış 826,08 manat cərimə tam əsassızdır. Bir daha bildirir ki, aktda yazılanlar həqiqətə uyğun deyildir. Həmin aktın adi surəti onlara bir neçə gün əvvəl verilmişdir. Aşkar görünür ki, cavabdeh ona adi kserokopiya şəklində elə bir akt verib ki, orada yazılanlar adi vəziyyətdə belə oxunmur. “Azərişıq ASC-nin əməkdaşları aktı onun yanında yox, kənar yerdə tərtib ediblər. O, 1-ci qrup əlildir. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkir və həm də şəkər xəstəsidir. Orta təhsillidir, iki övladı var. Oğlunun biri ali təhsilli hüquqşünasdır, hərbi xidmətdən yenicə ehtiyyata tərxis olunub. Digər övladı isə Ukraynada Hüquqşünaslıq ixtisası üzrə ali təhsil alır, tələbədir. Həyat yoldaşı uşaq bağçasında müəllimə işləyir. O, özü 1-ci qrup əlillik pensiyası alır, həyat yoldaşı isə işlədiyi yerdən əmək haqqı alır. Ayrı heç yerdən gəliri yoxdur. Məhkəməyə bildirir ki, son illərdə Şamaxı rayonunda “Azərişıq ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisi istifadəçilərinə qarşı belə haqsız əməllər baş alıb getməkdədir. Abonentlərə əsassız cərimələr yazılması göz qabağındadır və bu kimi çoxsaylı qanunsuz əməllər “Azərişıq ASC-nin əməkdaşları tərəfindən qəsdən törədilir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarının ona yazdığı 826,08 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “13 noyabr 2023-cü ıl tarixli 034831 saylı akt əsasında hesablanmış 826.08 manat borcun hesabından silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçıya məxsus Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış "xxxx" ASCnin enerji satış bazasında İddiaçı adına olmaqla **********00291 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları F.Cavadov və V.Cəlilov tərəfindən Şamaxı şəhəri Şəhriyar qəsəbəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qayda arı na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacından kənar bır başa qoşulmaqla kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar Elektrı enerjisindən istifadə Qaydalarının 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, NDM034831 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, NDM034831 saylı akta əsasən "xxxx" ASC-nın Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 180 qün üçün 0.08 manatla 1200 kvt.s (dəyəri 96.00 manat), 0.09 manatla 600 kvt.s (dəyəri 54 00 manat) və 0.13 manatla 5318 kvt.s (dəyəri 691.34 manat) toplamda 841.34 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, İddiaçı aşkar olunmuş qüsura əsasən hesablanmış məbləğlə razılaşaraq 300.00 manat ödəniş etmişdir, iddiaçının xx.xx.2024-cü il tarixinə elektrik enerjisindən istifadəyə görə 487.08 manat borcu vardır. “EEİQ”-nın 8.17-1. istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nın 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-cı və 8.17-1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11 -ci bəndinin tələbinə görə “...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şamaxı şəhəri Şəhriyar qəsəbəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM034831 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “13 noyabr 2023-cü il tarixli 034831 saylı “akt əsasında hesablanmış 826.08 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 13 noyabr 2023-cü il tarixli NDM034831 saylı aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin elektrik təsərrüfatına tərtib edilmiş xx.xx.2023-cü il tarixli NDM034831 saylı akt üzrə videoçəkiliş aparılmışdır. Lakin həmin videoçəkiliş əldə edilmədiyindən məhkəməyə təqdim edilməsi hələlik mümkün deyildir. Videoçəkiliş əldə ediləcəyi təqdirdə qısa müddətdə məhkəməyə təqdim ediləcəkdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Şamaxı rayonu Şəhriyar qəsəbəsində X2 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********00291 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X1 əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və onun fərdi yaşayış evində olan sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi əsas götürülərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun ümumilkdə 841.34 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Lakin İddiaçı sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsinə dair cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliliklə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, iddia tələbi təmin edilməli 826,08 manat borc İddiaçı abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 13 noyabr 2023-cü il tarixli NDM034831 saylı Akta əsasən itirilmiş enerji sərfiyyətı kimi hesablanmış 826,08 manat pul İddiaçı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar