Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-493/2023 10.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızına qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə” tələbinə dair mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızına qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızına DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X3 adına verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarət əmlaka 20 fevral 2023- cü il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızının qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahat verib bildirdi ki, cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızı ilə mərhum qardaşı X10 xx.xx.1992-ci il tarixdə nikahlarını Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar. Onların birgə nikahından övladları olmamışdır. Bir müddət birgə yaşadıqdan sonra qardaşı Hacıbaba Xəlilov xəstələndi və onun xəstəliyindən sonra cavabdeh heç kimə məlumat vermədən xəstə qardaşını ataraq özünə məxsus predmetləri də götürərək çıxıb getmişdir. Son vaxtlara qədər onun harada olmasından heç bir məlumatları olmamışdır. Hətta Xaçmaz rayon Qeydiyyat Şöbəsinə müraciət edərək onun ölüb-ölmədiyini öyrənmək istədikdə Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ümumrespublika elektron məlumatların yoxlaması aparılmış və Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızının ölüm akt qeydi aşkar olunmamışdır. Mərhum qardaşı X10 cavabdehin onun tərk edib getməsindən təxminən 5 il sonra xx.xx.2004-cü ildə vəfat etmişdir. Ondan miras olaraq ünvan 1 ünvanında 400 kv.m torpaq sahəsi qalmışdır. Qardaşının ölümündən sonra sığorta kassasına təqdim etmək üçün Qeydiyyat Şöbəsindən (VVADQ Şöbəsi) müvafıq arayış alaraq dəfn pulunu almışdır. Miras qalmış həmin torpaq sahəsini hasara alaraq orada tikinti işləri aparmağa başlamışdır. Orada daş hasar, sanitar qovşağı, hamam inşa etmiş və yaşayış evinin tikintisi üçün fundament atmışdır. Başqa sözlə qardaşından miras qalan torpaq sahəsi faktiki olaraq tərəfindən istifadə olunduğundan miras tərəfindən qəbul edilmiş hesab olunur. Mirası adına rəsmiləşdimək üçün müraciət edərkən məlum olmuşdur ki, cavabdehə artıq qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan sonra vəkil sorğusu ilə Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət edilmiş və 27 fevral 2023-cü il tarixli, X-244 saylı cavabla müvafiq sənədlər əldə edilmişdir. Məlum olmuşdur ki, cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızına DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X3 adına verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz şəhəri ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarət əmlaka 20 fevral 2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki cavabdeh mərhum qardaşını atıb getdiyinə və təxminən 5 il ərzində qardaşı xəstə vəziyyətdə tək yaşadığına görə, ona yalnız özü baxdığına görə cavabdeh vərəsəlik hüququndan məhrum edilməlidir. Qonşuların iştirakı ilə tərtib edilmiş və Xaçmaz şəhər İƏD-də təsdiqlənmiş rəsmi aktdan göründüyü kimi qardaşı X10 ilə cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızı 1992-ci ildən birgə yaşamış, qardaşı xəstələndikdən sonra 2000-ci ildə cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızı onu ataraq lazımı əşyaları götürərək naməlum istiqamətdə getmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, qardaşı ilə cavabdehin nikahları rəsmi olaraq pozulmamışdır. Sağlığında qardaşına o, baxsada qardaşı əmlakını ona bağışlamasının səbəbini bilmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavadehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin doğum haqqında şəhadətnaməsi barədə arayışından görünür ki, X8 xx.xx.1970-ci il tarixdə Xaçmaz şəhərində doğulmuşdur. X6, anası X12r. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin ölüm haqqında şəhadətnamə barədə arayışından görünür ki, X10 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 15 sentyabr 2022-ci il tarixli 05/Q-790/69 saylı arayışından görünür ki, X10 və X4 nikahı haqqında xx.xx.1992-ci il tarixdə 21 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlabdıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. X1 xx.xx.2004-cü ildə ölməsi ilə bağlı xitam verilmişdir. İş materiallarında olan X19, X15, X9 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X10 ilə X11 1992-ci ildə ailə qurmuşlar. 2000-ci ildə X10 ağır xəstələnmiş və bundan sui-istifadə edən X11 özünə lazım olan əşyaları götürüb və heç kimin tanımadığı naməlum istiqamətdə getmişdir. 2004-cü ildə X10 vəfat edən gündən bu günə kimi onun adına olan torpaq sahəsində heç bir iş görməmişdir. İş materiallarında olan 22 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X5 vərəsəsi arvadı Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X7 verilmiş **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyetrindən çıxarışa əsasən Xaçmaz şəhəri, ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasəan qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 1151.1-ci maddəsinə əsasaən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. İşdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 ilə X11 xx.xx.1992-ci il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. X10 xx.xx.2004-cü ildə ölmüşdür. Həmin vaxtadək onları nikaları pozulmamışdır. X5 ölümündən sonra ondan Xaçmaz şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsi miras qalmışdır. Onun ölümündən sonra həyat yoldaşı Cavabdeh əri X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Xəlilova (İsmayılova) Mətanət Ağabəy qızına qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququndan məhrum edilmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-493/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-493/2023
10.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver