Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-494/2020 28.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, iddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə imei kodu **********26763 olan Xiaomi Redmi 6A markalı telefon üçün 240 manat ödənilməmiş hissə, 24 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə imei kodu **********24503 olan Nokia 105 dual markalı telefon üçün 36 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə imei kodu **********34899 olan Samsung Galaxy A7 markalı telefon üçün 810 manat ödənilməmiş hissə, 81 manat cərimə, ümumilikdə isə 1194 manat borcun və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 1224 manat borcun Cavabdeh alınaraq ABC Telecom MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ABC Telecom MMC-dən xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə imei kodu **********26763 olan Xiaomi Redmi 6A markalı, imei kodu **********24503 olan Nokia 105 dual markalı və imei kodu **********34899 olan Samsung Galaxy A7 markalı telefonlar almış və nəticədə 1194 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 240 manat əsas, 24 manat cərimə borcu qalmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 36 manat əsas, 3 manat cərimə borcu qalmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 810 manat əsas, 81 manat cərimə borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 138 manat təşkil edir. Odur ki, iddiaçı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə imei kodu **********26763 olan Xiaomi Redmi 6A markalı telefon üçün 240 manat ödənilməmiş hissə, 24 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə imei kodu **********24503 olan Nokia 105 dual markalı telefon üçün 36 manat ödənilməmiş hissə, 3 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə imei kodu **********34899 olan Samsung Galaxy A7 markalı telefon üçün 810 manat ödənilməmiş hissə, 81 manat cərimə, ümumilikdə isə 1194 manat borcun və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 1224 manat borcun Cavabdeh alınaraq ABC Telecom MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişi xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə bildirişinin rəsmi qaydada aldığı gündən 10 (on) iş günü keçməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz verilməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddia qarşı etirazının olmamasını, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 00526204 saylı müqavilədən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Xiaomi Redmi 6A markalı telefon və telefon quraşdırma xidməti almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 00698005 saylı müqavilədən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Nokia 105 dual markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 00786946 saylı müqavilədən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Samsung Galaxy A7 markalı telefon, X2 və telefon quraşdırma xidməti almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 240 manat əsas, 24 manat cərimə olmaqla, cəmi 264 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 36 manat əsas, 3 manat cərimə olmaqla, cəmi 39 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 810 manat əsas, 81 manat cərimə olmaqla, cəmi 891 manat, ümumilikdə isə 1194 manat borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, ABC Telecom MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilə üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh iddiaçı ABC Telecom MMC-dən kredit müqavilələri əsasında Xiaomi Redmi 6A markalı, Nokia 105 dual markalı və Samsung Galaxy A7 markalı telefonlar almış, lakin müqavilələrin şərtlərini pozaraq xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nəticədə iddiaçı ABC Telecom MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 240 manat əsas, 24 manat cərimə olmaqla, cəmi 264 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 36 manat əsas, 3 manat cərimə olmaqla, cəmi 39 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 810 manat əsas, 81 manat cərimə olmaqla, cəmi 891 manat, ümumilikdə isə 1194 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ABC X1 Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 240 manat əsas, 24 manat cərimə olmaqla, cəmi 264 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 36 manat əsas, 3 manat cərimə olmaqla, cəmi 39 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 810 manat əsas, 81 manat cərimə olmaqla, cəmi 891 manat, ümumilikdə isə 1194 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh ABC X1 Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 240 manat əsas, 24 manat cərimə olmaqla, cəmi 264 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 36 manat əsas, 3 manat cərimə olmaqla, cəmi 39 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 810 manat əsas, 81 manat cərimə olmaqla, cəmi 891 manat, ümumilikdə isə 1194 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-494/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-494/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver