Məhkəmə qərarları › İş №2(074)-496/2025

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-496/2025

04.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-496/2025 04.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X5 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağsu X4 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 354,72 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 məhkəməyə ölüm haqqında şəhadətnamənin surətini təqdim edərək bildirdi ki, iş üzrə iddiaçı olan – anası İddiaçı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə iddiaçı öldüyündən, mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar