Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-500/2020 14.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının ərazisində yaşaması faktının müəyyən olunmasına dair” ərizə üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının ərazisində yaşaması faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun 1992-ci ildən Azərbaycan Respublikası Şamaxı rayonu Kərkənc kəndi ərazisində daimi yaşamğı faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası Əsgərova (Təmirova) Şahnaz Əlyar qızı xx xxxxxxx 1960-cı ildə Ermənistan SSR-nin Kalinino Rayonunun İlməzli kəndində anadan olmuşdur. xx xxxx 1983-cü ildə atası x8 ilə ailə qurmuşdur. Atası ilə anası ailə qurduqdan sonra Ermənistan Kalinino rayonu Qızılşəfəq kəndində yaşayıblar. Məlum hadisələr nəticəsində öz evlərini tərk etmək məcburiyyətində qalıblar. Qaçqın düşərək Azərbaycan Respublikası Şamaxı rayonu Kərkənc kəndində məskunlaşıblar. Anası 1992-ci ildə hamilə olduğu dövürdə atasının yanına Rusiya Federasiyasına qısa müddətli getmişdir. Həmin dövürdə yəni xx xxxxxx 1992-ci ildə özü yəni Ərizəçi anadan olmuşdur. Bundan sonra yenidən Azərbaycan Respublikası Şamaxı rayonu Kərkənc kəndinə qayıtmışlar. 2007-ci ildə Şamaxı rayonu Kərkənc kənd orta məktəbini bitirmiş, sənədlərini vaxtında düzəltməməyinə səbəb anasının sənədlərinin qaydasında olmamasıdır. Hazırda faktiki olaraq, heç bir ölkənin vətəndaşı deyildir. Azərbaycan Respublikası "Vətəndaşsızlıq hallarının azaldılması haqqında" Konvensiyanın üzvü olaraq bu kimi halların aradan qaldırılması üçün addımlar atır. Vətəndaşlıq almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etdikdə, ona bildirmişlər ki, 1992-ci ildən hal-hazırkı dövrədək Azərbaycan Respublikası ərazisində yaşamağı faktının məhkəmə qaydasında müəyyən edilməsindən sonra köməklik göstərə bilərlər. Odur ki, 1992-ci ildən Azərbaycan Respublikası Şamaxı rayonu Kərkənc kəndi ərazisində daimi yaşamğı faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə teleqram göndərərək bildirmişdir ki, Şamaxı rayonu Kərkənc kəndində yaşamağına baxmayaraq Bakı şəhərinə qonaq gəlmişdir. Dövlət tərəfindən tətbiq edilən karantin rejimi səbəbindən evinə qayıda bilmir. Hal-hazırda Bakı şəhərindədir. Mövcud vəziyyətini nəzərə alaraq məhkəmə prosesini iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi x7 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara çıxışı qeydə alınmamışdır. Odur ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədlə şəxsin heç bir dövlətin (faktiki hala görə Ermənistan Respublikasının) vətəndaşlığına mənsub olmaması təsdiqləndiyi halda Ərizəçi ərizəsinin təmin olunmasına tərəfindən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını, məhkəmə iclasında DMX-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x9, x2 və x3 ifadə verib bildirdilər ki, ərizəçini qonşuluqdan tanıyırlar. O, qonşuları Rəşid və Şahnazın oğludur. 1992-ci ildən onlarla birlikdə Şamaxı rayonu Kərkənc kəndində qonşuluqda yaşayır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin № ******* saylı Ərizəçi ünvanlanmış sənədindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasi”nın 3.4.6-cı yarımbəndinə əsasən şəxsin valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətinin sorğuya əlavə olunması nəzərdə tutulur. Odur ki, atası x5 şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təqdim olunduqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar icraat davam etdirilə bilər. İş materiallarında olan Vİİ-ИВ № 306321 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1992-ci ildə Rusiya Federasiyası, Qornaya Kartalinski rayonu, Çelyabinsk vilayətində doğulmuşdur. Atası x8, anası x4r. İş materiallarında olan Şamaxı RİHB-nın Kərkənc kənd İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 33 saylı arayışından görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə x1 vilayətində anadan olmağına baxmayaraq həmin vaxtdan Şamaxı rayonunun Kərkənc kəndində yaşayır. İş materiallarında olan A № 525867 saylı orta təhsil haqqında Atesstatın surətindən görünür ki, Ərizəçi 2007-ci il tarixində Şamaxı rayonu Kərkənc kənd orta məktəbini bitirmişdir. İşin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, Ərizəçi xx xxxxxx 1992-ci ildə Rusiya Federasiyası, Qornaya Kartalinski rayonu, Çelyabinsk vilayətində doğulmuşdur. 1989-cu il tarixdə Ermənilərin Azərbaycanlıları kütələvi şəkildə deportasiya etməsi ilə əlaqədar ailəsi yaşayış yerlərini tərk etmiş və həmin tarixdən valideyinləri yaşamaq üçün Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycana gəldikdən sonra Şamaxı rayonu Kərkənc kəndində yaşamağa başlamışlar. İrizəçinin ata və anası Şamaxı rayonu Kərkənc kəndində məskunlaşdıqdan sonra ərizəçinin atası Rusiya Federasiyasına getmiş və 1992-ci il tarixdə anası hamilə olduğu zaman Rusiya Federasiyasına getmiş və Ərizəçi xx xxxxxx 1992-ci ildə Rusiya Federasiyası, Qornaya Kartalinski rayonu, Çelyabinsk vilayətində doğulmuşdur. Ərizəçinin hazırda şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Hazırda o, vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Bundan başqa, üçüncü bir ölkənin vətəndaşlığını da əldə etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311 -ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307,2,10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Mülki iş materialları ilə sübut olunur ki, Ərizəçi heç bir dövlətin vətəndaşı deyil və 1992-ci ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, xx xxxxxx 1992-ci ildə Rusiya Federasiyası, Qornaya Kartalinski rayonu, Çelyabinsk vilayətində anadan olmuş Ərizəçi 1992-ci il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxxxx 1992-ci ildə Rusiya Federasiyası, Qornaya Kartalinski rayonu, Çelyabinsk vilayətində anadan olmuş Ərizəçi 1992-ci il tarixdən bugünədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-500/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-500/2020
14.07.2020 · Şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver