Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-510/2021 28.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə pulunun və mənzilə dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kirayə pulunun və mənzilə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 ilə kirayə müqaviləsi ilə təsdiq olunmuş sonuncu 25 günlük 192.50 manat kirayə haqqını, cəmi 107,50 manat məbləğində olan bütün 3 aylıq kommunal xidmət haqqlarını və əlavə olaraq onlar mənzilindən çıxarılarkən qəsdən mənzilinə vurduqları 400 manat maddi ziyanın ümümilikdə cəmi 700 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 oktyabr 2020-ci il tarixdə Cavabdeh1 və onun qızı Cavabdeh2 ilə 1 illik müddətinə kirayə müqaviləsi imzalayaraq (qaz pulu, su pulu və enerji pulu daxil olmamaqla) ona məxsus Yeni Günəşli qəsəbəsindəki AB massivi 76, bir-otaqlı mənzil 32 mənzilini aylıq kirayə haqqı 230 manat olmaqla yaşamaq üçün cavabdehlərə vermişdir. Kirayə müqaviləsindən göründüyü kimi mənzilini kirayəyə verərkən orada yataq mebeli, televizor, çarpayı, bir ədəd stol, altı ədəd stul olmuşdur. Bu müqavilə cavabdehlərin hər ikisi tərəfindən imzalanmış və onlara məxsus mobil telefon nömrələri də müqaviləyə yazılmışdır. 2021-ci ilin yanvar ayının kirayə pulunu istəyərkən cavabdehlər bundan imtina etmişlər. Ona görə də cavabdehləri mənzilindən çıxartmış və onlar müqavilə şərtlərini pozduqlarına və həm də mənzildən çıxarkən evə qəsdən ziyan vurduqlarına görə 19.01.2021 -ci il tarixdə Bakı şəhər Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Oradan göndərilmiş 100-414M-1221 saylı, 11.02.2021-ci il tarixli cavabın təsdiq edilmiş surətində qeyd olunmuşdur ki, bu mülki mübahisə xarakterli məsələ olduğundan məhkəməyə müraciət etməlidir. Cavabdehlərin ona 25 günlük kirayə pulu - 192.50 manat, 3 aylıq (enerji pulu, su pulu, telefon pulu, istilik pulu, lift pulu və qaz pulu) kommunal xidmət borcları vardır. Bu borc məbləği 300 (üç yüz) manat edir. Bundan əlavə, onlar evi tərk edərkən qəsdən mənzildə hamamın qapısını, otağın qapı şüşəsini, qapı tutacağını, pəncərə setkasını sındırmış və ev telefonunu da xarab etmişlər. Digər tərəfdən evdə olan mebel əşyalarını da yararsız hala salmışlar. Cavabdehlərin evi tərk edərkən mənzilə vurduqları maddi ziyanı təsvir etmək üçün mənzilinin fotoşəkillərini də ərizəyə əlavə etmişdir. Bu maddi ziyanın ümumi məbləği 400 (dörd yüz) manat təşkil edir. Odur ki, cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 ilə kirayə müqaviləsi ilə təsdiq olunmuş sonuncu 25 günlük 192.50 manat kirayə haqqını, cəmi 107,50 manat məbləğində olan bütün 3 aylıq kommunal xidmət haqqlarını və əlavə olaraq onlar mənzilindən çıxarılarkən qəsdən mənzilinə vurduqları 400 manat maddi ziyanın ümümilikdə cəmi 700 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlər evdən çıxarkən evi onlardan təhvil almamışdır. Çünki evin açarlarını ona binanın blokunda vermişlər. Evə baxdıqdan sonra isə evinə maddi ziyan vurulduğunu görmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verib bildirdi ki, vasitəçidir. Evi o, cavabdehlər Cavabdeh1 və onun qızı Cavabdeh2 kirayə vermişdir. Kirayə veriləndə evin şəraiti yaxşı idi. Lakin evdən cavabdehlərin çıxarılmasında və təhvil-təslimində iştirak etməmişdir, buna görə də evə cavabdehlər tərəfin maddi ziyan vurulmasını dəqiq deyə bilmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı mənzil İddiaçı məxsusdur. İş materiallarında olan 25 oktyabr 2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ev sahibi İddiaçı, kiarəçi Cavabdeh1 ünvan 1 ünvanındakı mənzili aylıq kiarəyə haqqı 230 manat müəyyən edilməklə Cavabdeh2 kiayə vermişlər. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, 22.02.2021-ci il tarixdə 9 manat su pulu, 13 manat qaz pulu, 8 manat telefon pulu, 26.10.2020-ci il tarixdə 30 manat işıq pulu ödənilmişdir. Həmçinin 2018-ci il tarixdə iddiaçının özünün istilik üzrə 107,26 manat borcu olmuşdur. O istilik üzrə son ödənişi 08.05.2018-ci il tarixdə 20 manat ödəniş etmişdir. İşin araşdırılmış hallarından müəyyən olundu ki, İddiaçı məxsus olan ünvan 1 ünvanındakı mənzil 25 oktyabr 2020-ci il tarixli kirayə müqaviləsi əsasında cavabdehlərə kirayə verilmişdir. Cavabdehlər aylıq 230 manat kirayə haqqını ödəyəcəkləri barədə kirayə müqaviləsinə imza etmişlər. Lakin onların son 25 günlük müddət ərzində 25 günlük 192.50 manat kirayə haqqını ödəmələrinə dair hər hansı bir sübutu məhkəməy təqdim etməmişlər. Belə olan halda iddia tələbi həmin hissədə təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, 107,50 manat məbləğində olan bütün 3 aylıq kommunal xidmət haqqlarını tələb etsədə iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdehlər kiarəyədə olan müddət ərzində kommunal ödənişləri etmişlər. Həmçinin 2018-ci il tarixdə iddiaçının özünün istilik üzrə 107,26 manat borcu olmuşdur. O istilik üzrə son ödənişi 08.05.2018-ci il tarixdə 20 manat ödəniş etmişdir. Belə olan halda cavabdehlərdən 107,50 manat məbləğində kommunal xidmət haqqının tam tutulması ədalətli olmazdı Odur ki, bu hissədə tələb qsimən təmin edilməli və cavabdehlərdən 60 manat məbləğində kommunal xidmət haqqlarının əvəzi tutulmalıdır. Eyni zamanda iddiaçı mənzilindən çıxarılarkən qəsdən mənzilinə vurduqları 400 manat maddi ziyanın ödənilməsini tələb etsədə həmin maddi ziyanın cavabdehlər tərəfindən vurulmasına dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 680.1.1-ci maddəsinə əsasən binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri kirayəçinin zəruri məsrəfləri hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, 25 oktyabr 2020-ci il tarixli əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürdüyündən kiarəyə müqaviləsi üzrə ödənilməmiş 192,50 manat pul cavabdehlərdən tutularaq İddiaçı verilməli, həmçinin kiarəyə evin istismar, qulluq və təmizləmə xərcləri kirayəçinin zəruri məsrəfləri hesab edildiyindən evə çəkilən kommunal xərclər üzrə cavabdehlərdən iddiaçının xeyrinə 60 manat pul alınıb verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, ünvan 1 ünvanındakı mənzilə vuruulmuş ziyanın cavabdehlər tərəfindən yertilməsinə dair iddiaçmı tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən həmin hissədə tələb təmin edilməmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə də məhkəmə yuxarıda qeyd olunan normaların tələblərindən çıxış edərək, toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qsimən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 192,50 manat kirayə haqqı, evə çəkilən kommunal xərclər üzrə cavabdehlərdən iddiaçının xeyrinə 60 manat pul olmaqla ümumlikdə 252,50 manat pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-510/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-510/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver