Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-532/2021 24.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə verilmiş JN-324 A saylı 41017028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara, Ərizəçi2, Ərizəçi1, Əfəndiyeva (Quliyeva) Qərifə Əzəl qızına və X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçilər “tələbin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin xahiş etdi hissəsində X4 ata adının səhvən “Kamal” kimi qeyd edildiyini bildirmiş, odur ki, onun ata adının “Əzəl” olmasının nəzərə alınmasını xahiş etmişlər. Ərizəçilər tələbini onunla əsaslandırmışdır ki, onların Şamaxı rayonu Məlhəm kəndində torpaq sahələri vardır. Həmin torpaq sahəsini satmaq istəyirlər. Sənədlərini notariusa təqdim edən zaman onlara təqdim etdikləri torpağın mülkiyyətə verilməsinə dair JN-324 A saylı 41017028 kodlu şəhadətnamədə soyadları və adlarında müəyyən səhvlər olduğu, bu səbəbdən də əməliyyat aparılmasının mümkün olmadığı bildirilmişdir. Onlar şəhadətnamədəki bu səhvi düzəltmək üçün DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, hazırda bunun mümkün olmadığı məhkəməyə müraciət olunmalı olduğu bildirilmişdir. Onların soyadları Quliyevdir. Səhvən Kirliyeva kimi yazılmışdır. Gülyarın adı Gülyar əvəzinə Gülər kimi, Qərifənin adı Qərifə əvəzinə Hənifə kimi qeyd olunmuşdur. Məlhəm kəndində Kirliyev soyadlı şəxs ümumiyyətlə yoxdur. Ərizəçi1, X15, Ərizəçi2 adlı şəxslər var, hal-hazırda da yaşayırlar. X9 isə vəfat etmişdir. Adlarının, soyadlarının səhv yazılmasına baxmayaraq bütün kənd şahidlik edə bilər ki, həmin şəhadətnamə onlara məxsusdur. Həmin torpaq da onların istifadəsindədir. Bunu təsdiq edəcək sənədlər və şahidlər var. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 ərizəsini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, onun tələbi tamamilə əsaslıdır. Bunu şahidlər və təqdim etdiyi sənədlər də təsdiq edir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəsini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, onun tələbi tamamilə əsaslıdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Ərizəçi3 və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlməmiş, maraqlı şəxs isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə Ərizəçi3 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə ifadə verib bildirmişdir ki, o, ərizəçiləri tanıyır. Onların soyadları “Quliyev”dir. X9 isə vəfat etmişdir. Onlara aid torpaq sahəsi vardır. Həmçinin Şamaxı rayonu məlhəm kəndində “Kirliyev” soyadında heçkim yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi2 1972-ci ildə anadan olmuşdur. O, Ərizəçi2 ilə sinif yoldaşı olmuşdur. Onun soyadı “Quliyev”dir. Ümumilikdə isə ərizəçilərin soyadları “Quliyev”dir. Şamaxı rayonu məlhəm kəndində “Kirliyev” soyadında kimisə tanımır. Məhkəmə ərizəçilərin izahatını və şahidləri dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-324A KOD 41017028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X16 və onun ailə üzvləri X10, X11, X5 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 428181 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1972-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. İş materiallarında olan 421191 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1978-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. İş materiallarında olan 267209 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 ilə Ərizəçi1 arasındakı nikah 21.06.1995-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21.06.1995-ci il tarixdə 7 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Quliyev”, arvada “Quliyeva” soyadı verilmişdir. İş materiallarında olan 328162 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1995-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. Atası Ərizəçi2, anası Ərizəçi1dır. İş materiallarında olan AZ № 086040 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 04.11.2002-ci ildə Şamaxı rayonu Məlhəm kəndində ölmüşdür. İş materiallarında olan AZ-İ № 955603 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X15 arasındakı nikah 19.09.2014-cü il tarixdə Şamaxı rayon İHB-nin Qaleybuğurd kənd nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19.09.2014-cü il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əfəndiyev”, arvada “Əfəndiyeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 01.04.2021-ci il tarixli № **********69 saylı məktubundan görünür ki, Ərizəçi2 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarına əsasən tərtib edilmiş JN-324A KOD 41017028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun və ailə üzvlərinin adlarının düzgün göstərilmədiyi, adlarda səhvlərin düzəldilməsinin qeyri-mümkün olduğu bildirilmiş, bununla bağlı məhkəmə müraciət etməli olduğu qeyd edilmişdir. İş materiallarında olan Şamaxı rayon İHB-nin Məlhəm kənd nümayəndəliyinin 29.03.2021-ci il tarixli № 111 saylı arayışından görünür ki, JN-324A saylı 41017028 kodlu şəhadətnamədə göstərilən X16, X10, X14 və X7 adında şəxslər Məlhəm kəndində yoxdur, yaşamır. Məlhəm kəndində Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 və X9 adında şəxlər yaşamışlar və JN-324A saylı 41017028 kodlu şəhadətnamədə göstərilən torpaq sahəsi bu şəxslərə məxsusdur, onlar tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adları və soyadları, onlara məxsus bütün sənədlərdə Ərizəçi2, Ərizəçi1, Əfəndiyeva (Quliyeva) Qərifə Əzəl qızı və X1 göstərilsə də, JN - 324A KOD 41017028 saylı Torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamədə isə soyadları və adları “X16”, “X10”, “X14” və “X7” kimi göstərilmişdir. Şəhadətnamədə göstərilən “X16”, “X10”, “X14” və “X7” ilə şəxsiyyət vəsiqəsində və digər sənədlərdə göstərilən Ərizəçi2, Ərizəçi1, Əfəndiyeva (Quliyeva) Qərifə Əzəl qızı və X4 eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – JN-324A KOD 41017028 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin, evlənmək haqqında şəhadətnamənin, övladlarının doğum haqqında şəhadətnamələrinin surətləri, şəxsiyyət vəsiqəsinin surəti ərizəçi tərəfindən, onun özünə aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, JN - 324A KOD 41017028 saylı Torpağın Mülkiyyət verilməsi Şəhadətnaməsinin Ərizəçi2, Ərizəçi1, Əfəndiyeva (Quliyeva) Qərifə Əzəl qızına və X6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-324A KOD 41017028 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi2, Ərizəçi1, Əfəndiyeva (Quliyeva) Qərifə Əzəl qızına və X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-532/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-532/2021
24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver