Məhkəmə qərarları › İş №2(074)-535/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-535/2022

28.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-535/2022 28.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC X1rşı “əsasız borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC X2 07 fevral 2022-ci il tarixli aktının etibarsız hesab edilməsi və hesablanmış 915,61 manat məbləğində borcun abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o Şamaxı rayonunda yaşayır, yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün "xxxx" ASC X4 tərəfindən (bundan sonra cavabdeh) elektrik sayğac quraşdırılmışdır (abonent kodu **********00168). 07 fevral 2022ci il tarixdə cavabdehin nümayəndələri tərəfindən yaşadığı evə baxış keçirilən zaman dediklərinə görə məlum olmuşdur ki, abonent olaraq o elektrik enerjisindən sayğacdan kənar xəttdən istifadə etmiş və sayğacdan kənar axan yük 11 Amper olmuşdur. Bu barədə əsassız akt tərtib edilərək cavabdeh tərəfindən 915.61 manat məbləğində vəsaitin ödənilməsi barədə ona müvafiq bildiriş verilmişdir. Elektrik enerjisinin sayğacdan kənar onun tərəfindən istifadə edilməsi sübüta yetirilməmişdir və ümumiyyətlə o sayğacdan kənar elektrik enerjisindən istifadə etməmişdir. Buna görə cavabdehin tərtib etdiyi 07 fevral 2022-ci il tarixli aktla razı deyil. Həmin akt ləğv edilməli və vəzifə olaraq 915,31 manat məbləğin ödənilməsi vəzifəsinin üzərinə qoyulması qeyri qanuni olduğundan hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yaşadığı evin qonşuluğunda hazırda yeni ev inşa edilir və həmin ev üçün cavabdeh tərəfindən elektrik enerjisinin istifadə edilməsi üçün sayğac quraşdırılmamışdır. Qonşu evdə inşaat işlərini aparan şəxslər onun evinə gələn elektrik naqillərinə qoşularaq elektrik enerjisindən istifadə etmişdirlər. Bu fakt cavabdehin adıçəkilən aktı tərtib edən nümayəndələrinə də məlumdur. Qonşuluqda yerləşən və inşa edilməkdə olan evə hazırda sayğac quraşdırılmadığından aktı əsassız olaraq onun barəsində tərtib edilmişdir və qanunsuz olaraq 11A elektrik enerjisinə görə 915,61 manat məbləğin ödənilməsi vəzifəsi üzərinə qoyulmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək Azərişıq” ASC-nin də mülki işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Azərişığın nümayəndəsindən ona aktın nə səbəbə yazılması ilə maraqlandıqda ona bildirilmişdir ki, qonşu ümumi xətdən istifadə edib, lakin onun sayğacı olmadığından akt onun adına tərtib edilmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır.İddiaçının Şamaxı rayonu Meysəri kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00168 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır.xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Şimal-Qərb RETSlnin əməkdaşları Z.Quliyev, T.Məmmədov, R.Şahməmmədov və A.Yusifov tərəfindən Şamaxı rayonu Meysəri kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına İddiaçı iştirakı ilə "Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin kənar xətdən bir başa qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R253328 saylı akt tərtib olunmuş və uçot dəsti bərpa olunmuşdur. xx.xx.2022-ci il tarixli, R253328 saylı akta əsasən "xxxx" ASC- nin Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 180 gün üçün 0.11 manatla 1800 kvt.s (dəyəri 198.00 manat) və 0.13 manatla 5518 kvt.s (dəyəri 717.34 manat) toplamda 915.34 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Nəzərinizə çatdırmaq istəyirik ki, İddiaçı aşkar olunmuş qüsurun olmasını öz iddia ərizəsində də etiraf etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Şamaxı şəhərində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan **********00168 saylı abunə haqqında məlumat sənədindən görünür ki, İddiaçı "xxxx" ASCyə sayğac oxunması üzrə 275,32 manat, aktlar üzrə 956 manat borcu vardır. İddiaçı 340 manat ödəniş etmiş, 897,61 manat borcu mövcuddur. İş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında saylı protokoldan görünür ki, sayğac yoxlanılması üçün Qəbələ REİSİ-nin laboratoriyasına göndərilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli R253328 saylı aktdan görünür ki, "xxxx" ASC-nin Şimal-Qərb RETSl-nin Şamaxı EŞ-nin əməkdaşları "xxxx" ASC-nin Şimal-Qərb RETSl-nin əməkdaşları Z.Quliyev, T.Məmmədov, R.Şahməmmədov və A.Yusifov tərəfindən Şamaxı rayonu Meysəri kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin kənar xətdən bir başa qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan Şamaxı RİHB-nin Meysəri kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 86 saylı arayaşından görünür ki, İddiaçı Meysəri kəndində yaşayış evi vardır, lakin həmin evdə yaşamır. İş materiallarında olan Şamaxı rayonu, Meysəri Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 07 saylı arayaşından görünür ki, İddiaçı Meysəri kəndində yaşayış evi vardır. Əmlak və torpaq vergisinin ödənilməsinə baxmayaraq Meysəri kəndində yaşamır. İşin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayonu, Meysəri kəndində və X4 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********00168 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X2 əməkdaşları tərəfindən hər ay sərfiyyatın müəyyən edilməsi üçün onun balansında olmayan sayğaca baxış keçirmiş və bu barədə məlum ödəniş bildirişi ona təqdim edilmişdir. Sonra ona heç-bir xəbərdarlıq və ya məlumat verilmədən X2 əməkdaşları tərəfindən məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokol tərtib edilərək, istifadəsində olan sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğac isə yoxlanılması üçün Qəbələ REİSİ-nin laboratoriyasına göndərilmişdir. xx.xx.2022-ci il tarixli, R253328 saylı akta əsasən "xxxx" ASC-nin əməkdaşları Akt komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 180 gün üçün 0.11 manatla 1800 kvt.s (dəyəri 198 manat), 0.13 manatla 5518 kvt.s (dəyəri 717,34 manat) toplamda 915.34 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı akt üzrə ona qanunsuz hesablanmış 915,34 manat cərimənin silinməsini tələb etmiş, iddiasını onun tərəfindən sayğaca kənar xətt qoşulmamsı ilə əsaslandırmış, lakin evində elektrik enerjisinin istehlak olunduğu dövrdə sayğacın sərfiyyatı hesablamamasına dair halı mübahisələndirməmişdir. Məhkəmə, iddia üzrə onu qeyd etməyi zəruri hesab edir ki, istehlak etdiyi elektrik enerjisinin dəyərini ödəməli olan iddiaçının evində elektrik enerjisi istehlak olunsa da, quraşdırılmış sayğacın istehlak olunmuş enerji hesablamaması işin mübahisə edilməyən halıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, yaranmış qüsur nəticəsində dəyəri ödənilməmiş enerji sərfiyyatını 1 ay ərzində ödəməsini iddiaçıdan tələb etməli və ödəniş aparılmadığı halda enerjinin verilməsini dayandırmaqla zərərin qarşısını almaq üçün ağlabatan tədbirlər görməli olan cavabdeh müvafiq hərəkətləri etməyərək zərərin miqdarının artmasına kömək göstərdiyindən, o, itirilmiş enerjinin bərpası üzrə iddiaçıya sərfiyyatı 180 gün üçün hesablamışdır. Məhkəmə qeyd edilənlərə əsasən sərfiyyatın 30 gün (bir ay) üçün ((11A x 0,22 kvt x 0,7 x 24 saat x 30) = 1220 kvt x 0.13 = 158,60 manat) 158,60 manat məbləğində hesablanmalı olduğu nəzərə alaraq, 756,74 manat borcun iddiaçıya əsassız hesablandığı nəticəsinə gəlir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərti ilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktların bir nüsxəsini məişət abonentinə təqdim verir. Akt energi təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktların məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə edilmişdir. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçıya elektrik enerjisinin verilməsi dayandırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs oorclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və yalnız aktlar üzrə iddiaçıya hesablanmış borc onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib olunmuş 07 fevral 2022-ci il tarixli R 253328 saylı Akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 756,74 manat ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar