Məhkəmə qərarları › İş №2(074)-54/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-54/2022

06.01.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-54/2022 06.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması və üzərinə qəyyum təyin olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) ərizə ilə məhkəməyə müraciət edərək, 17 aprel 1972-ci il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilməsi və onun qardaşı Mahir İsmayılova qəyyum təyin olunmağı barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahat verib bildirdi ki, 17 aprel 1972-ci ildə Ağdam şəhərində anadan olmuş, Ağdam şəhəri Fizuli küçəsi 62 saylı evdə qeydiyyatda olan, faktiki Şamaxı rayonu Çuxuryurd kəndində məcburi köçkün kimi məskunlaşmış X10 onun doğma qardaşıdır. Onlar Ağdam rayonundan məcburi köçkündür. Qardaşı 1992-ci ildə Qarabağ döyüşlərində iştirak edib, qolunu itirib, müharibə vaxtı yaşadığı stress və həyacanlardan ruhi xəstədir, o, özünü idarə edə bilmir, İ qrup əlildir. Ona xroniki paranoid forma, fasiləsiz gedişli dioqnozu qoyulmuşdur. Şamaxı rayon X7- Əsəb kabinetində qeydiyyatdadır. Qardaşına bütün fiziki işlərdə o yardım edir. Bundan başqa ruhi xəstə olması səbəbindən öz hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Mülkiyyətində olan əmlakların idarəçiliyi ilə bağlı müstəqil şəkildə hərəkət edə bilmir. Ona qəyyum təyin olunmalıdır. Bunun məhkəmədən kənar həll olunması mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İ-ЖГ 331595 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 17.04.1972-ci il tarixdə Ağdam şəhərində anadan olmuşdur. X4, anası X1r. İş materiallarında olan 0920 saylı Qarabağ Əllillər Cəmiyyətinin vəsiqəsinin surətindən görünür ki, X10 Azərbaycan Respublikasının bütövlüyü və müstəqilliyi uğrunda Qarabağda və Sərhədyanı Rayonlarda gedən döyüşlərdə iştirak etmiş və 1 qrup əlil olmuşdur. İş materiallarında olan 09.07.2021-ci il tarixli **********1 saylı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsinin 11 saylı Regional ərazi filialının araşından görünür ki, X10 ƏƏSMN-nin DSMF PHŞ-nin 11 Regional ərazi filialından birinci qrup əlilliyə görə ömürlük 265 manat 67 qəpik məbləğində əmək pensiyası alır. İş materiallarında olan 09.07.2021-ci il tarixli 154 saylı Şamaxı rayon İcra Hakimiyyəti Başçısının X13 Ərazi Nümayəndəliyinin arayışından görünür ki, 17.04.1972-ci il təvəllüdlü Ağdam rayonundan Şamaxı rayonunun Çuxuryurd kəndinə köçmüş X3 rayonu Çuxuryurd kəndində müvəqqəti yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Stasionar (Ambulator) kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X10 İ qrup əlildir və ona xroniki paranoid forma, fasiləsiz gedişli dioqnozu qoyulmuşdur. İş materiallarında olan 16.12.2009-cu il tarixli 05/2-1473-01 saylı Qeydiyyat və Notariat idarəsinin arayışının surətindən görünür ki, Ərizəçi xx xxxxx 1963-cü ildə Ağdam rayonunda anadan olmuşdur. Bu barədə 6 may 1963-cü il traixdə Ağdam rayon Qeydiyyat Şöbəsində 242 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 30.11.2021-ci il tarixli 2825 saylı rəyindən görünür ki, X6 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X6 müəyyən edilən Şizofreniya paranoid forma, psixi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan 17 aprel 1972-ci il təvəllüdlü X5 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X10 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair hissədə ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin Respublikasının MPM-nin 321.2 maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçinın ərizəsi qismən təmin edilməli, oğlu Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan 17 aprel 1972-ci il təvəllüdlü X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Şamaxı rayonu Çuxuryurd kəndində yaşayan 17 aprel 1972-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar