Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-543/2020 01.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçilər Ərizəçi2, Ərizəçi1 iştirakı ilə, ərizəçilər Ərizəçi2, Ərizəçi1 maraqlı tərəf DƏDRX-nin 14 saylı ərazi idarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair” mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2, Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-013A saylı 41004018 kodlu Şəhadətnamənin orada adları qeyd olunan Bayramov Süleyman Köçəri oğlu, x4, x5, x10, x2, x11, x12, x13, x6, x14 və x22 ilə birlikdə həm də onlara, Ərizəçi2, x23 və Ərizəçi1 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi2, Ərizəçi1 ərizəni müdafiə edərək izahat verib bildirdilər ki, ata evlərinin 0,23 ha həyətyanı torpaq sahəsi Şamaxı rayon Aqrar islahat komisiyasının 05 oktyabr 1998-ci il tarixli 332 saylı qərarı ilə bütün ailə üzvlərinin, 14 nəfər ailə üzvünün mülkiyyətinə verilmişdir. Hazırda həmin torpaq sahəsini yenidən dövlət qeydiyyatına aldırmaq istəyirlər. Sənədləri DƏDRX-nin 14 saylı x39 təqdim etmişlər. Mülkiyyətin yenidən qeydiyyata almaqdan imtina olunmuşdur. Səbəb olaraq göstərilmişdir ki, onlara məxsus JN-013 A saylı 41004018 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adım Sevil əvəzinə Günel kimi, mərhum anası Nisənin adı Nisə əvəzinə “İfsə “kimi və Camalənin adı isə Camalə əvəzinə “Cəçmalə” kimi yazılmışdır. Həmin sənəddə düzəliş edilməsini xahiş etsələrdə onlar bu düzəlişi etmədilər və bildirmişlər ki, məhkəməyə müraciət olunmalıdır, məhkəmə həmin sənədlərin Dövlət Aktında adları göstərilən digər şəxslərlə birlikdə eyni zamanda onlara, x16, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktını müəyyən etməlidir. Adı sənəd üzrə Sevil, anasının adı isə Nisədir. JN-013 A saylı 41004018 kodlu Torpağin mülkiyyətə verilməsinə dair Şəhadətnamədə isə səhvən adı Günel, anasının adı “İfsə”, Camalənin adı isə Cəçmalə kimi yazılmışdır. Bunlar texniki səhvlərdir. Ailədə Günel, Cəçmalə və ya İfsə adlı başqa heç kəs yoxdur. Bu sənəddəki torpaq sahəsi də hal-hazırda sənəddə adları göstərilən digər şəxslərlə birlikdə sahibliklərində və istifadələrindədir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-013A saylı 41004018 kodlu Şəhadətnamənin orada adları qeyd olunan Bayramov Süleyman Köçəri oğlu, x4, x5, x10, x2, x11, x12, x13, x6, x14 və x22 ilə birlikdə həm də onlara, Ərizəçi2, x23 və Ərizəçi1 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qisimdə dindirilmiş x1 və x24 ifadə verib bildirdilər ki, ərizəçiləri tanıyırlar. Oların mərhum anasının adı Nisə, özlərinin adı isə tam olaraq Ərizəçi2, Ərizəçi1 olduğunu təsdiq etdilər. Məhkəmə, ərizəçiləri, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1971-ci il tarixində Şamaxı rayonu Bağırlı kəndində doğulmuşdur. Şamaxı rayonu Bağırlı kəndində yaşayır. İş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1982-ci il tarixində Şamaxı rayonu Bağırlı kəndində doğulmuşdur. Şamaxı rayonu Bağırlı kəndində yaşayır. İş materiallarında olan Xİİİ-ЖГ № 481153 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1971-ci il tarixində Şamaxı rayonu Bağırlı kəndində doğulmuşdur. x37 Köçəri oğlu, anası x17r. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 19 may 2020-ci il tarixli arayışından görünür ki, x31 və Ərizəçi2 nikahı haqqında 27 yanvar 2011-ci il tarixli 02 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Nəsirov, arvada Nəsirova soyadı verilmişdir. İş materiallarında olan Vİİİ-ЖГ № 451138 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x15 xx.xx.1982-ci il tarixində Şamaxı rayonu Bağırlı kəndində doğulmuşdur. Atası x25, anası x18r. İş materiallarında olan İİ-AZ № 045083 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, x10 ilə x15 06.01.2003-cü il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan AZ-İİ № 066380 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x23 03.01.2015-ci il tarixdə ölmüşdür. İş materiallarında olan JN-013A KOD 41004018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bayramov Süleyman Köçəri oğlu, x26, x7, x4, x5, x10, x2, x11, x12, x13, x6, x14, x3, x19 Şamaxı rayon x9 05 oktyabr 1998-ci il tarixli 332 saylı qərarı ilə 0,23 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin 15 may 2020-ci il tarixli **********43 saylı Ərizəçi2 ünvanlanmış məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon x9 15 10.1998-ci il tarixli 332 saylı qərarına əsasən hazırlanmış JN-013 A, kod 41004018 nömrəli şəhadətnamədə onun və ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədləri, verən orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyrimümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi səlahiyyəti müvafiq məhkəmə orqanlarının səlahiyyətinə aiddir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon x9 05 oktyabr 1998-ci il tarixli 332 saylı qərarı ilə Bayramov Süleyman Köçəri oğlu, x26, x7, x4, x5, x10, x2, x11, x12, x13, x6, x14, x3, x19 0,23 ha torpaq sahəsi verilmişdir. Ərizəçi2 adı Sevil əvəzinə “Günel” kimi, onun mərhum anasının adı isə Nisə əvəzinə “İfsə “kimi və Ərizəçi1 adı “Cəçmalə” kimi yazılmışdır. Səhvin düzəldilməsi ilə bağlı DƏDRX-nin 14 saylı x39 müraciət etsələrdə, sənədi verən orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə və sənədlərdə uyğunsuzluq olduğu üçün ərizənin icrasından imtina olunmuşdur. Belə olan halda JN-013A KOD 41004018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Bayramov Süleyman Köçəri oğlu, x4, x5, x10, x2, x11, x12, x13, x6, x14 və x22 ilə birlikdə həm də ərizəçilər Ərizəçi2, Ərizəçi1 və mərhum x16 məxsus olması faktı işdə olan sənədlərlə və şahid ifadələri ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində nəzərdə tutulmuş qaydada qiymətləndirərək hesab edir ki, JN-013A KOD 41004018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Bayramov Süleyman Köçəri oğlu, x4, x5, x10, x2, x11, x12, x13, x6, x14 və x22 ilə birlikdə həm də ərizəçilər Ərizəçi2, Ərizəçi1 və mərhum x16 məxsus olması faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. JN-013A KOD 41004018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Bayramov Süleyman Köçəri oğlu, x4, x5, x10, x2, x11, x12, x13, x6, x14 və x22 ilə birlikdə həm də ərizəçilər Ərizəçi2, Ərizəçi1 və mərhum x16 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-543/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-543/2020
01.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver