Məhkəmə qərarları › İş №2(074)-55/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-55/2024

30.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-55/2024 30.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsi tələbinə dair ilk iddia, Cavabdeh İddiaçı qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 28 iyun 2019-cu il tarixli ******* saylı və 17 may 2022-ci il tarixli ******* saylı aktlar əsasında müvafiq olaraq hesablanmış 226,80 və 790,56 manat və əsassız olaraq hesablanmış 994 manat olmaqla, ümumi 2011,36 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan İddiaçı qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanaraq, abonent koduna vurulmuş 226,80 manat borc məbləğinin, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 994,60 manat borc məbləğinin, mənzildə istifadə edilmiş təbii qaza görə 758,76 manat və iddia ərizəsi üçün ödənilmiş 40,12 manaqt dövlət rüsumunun, ümumilikdə 2020,28 manat vəsaitin tutularaq, Cavabdeh hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri Təbriz küçəsi ev 44 onun evidir. Abonent kodu **********00442 qaz idarəsində İlkin Xəlilovun adına olubdur. Hər il bir dəfə yüksək miqdarda borc yazılıb. Onlar evə köçəndə, evin 900 manat borcu olubdur. Heç vaxt qazdan istifadə etməmişlər. Özü tək qadın olmuş, oğlu və qızı ilə başqa evdə yaşamışdır. Şamaxı rayonu Qaz idarəsinin işçiləri biliblər ki, həmin evdə heç kim yaşamır. 2019-cu ilin fevral ayında ona demişlər ki, debitor borca görə sayğac qoyulmalıdır və sayğacı quraşdırıb getmişdirlər. Onlar sayğacı açıb, yenisi ilə əvəz etdilər. 2019-cu ilin iyun ayında məlum oldu ki, onun şəxsi hesabına 226.8 manat cərimə yazılmışdır. O, qaz idarəsinə getmiş və məlum olmuşdur ki, Azəriqaz İB tərəfindən qanunsuz olaraq xx.xx.2019 cu ildə Cavabdeh İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktında G-4- markalı ******* nömrəli sayğacın hesablama mexanizminə vurulan plomb kəsildiyinə görə, təbii qaz itkisi yaranmış və həmin akta əsasən 226,80 manat məbləğində cərimə edilmişdir. 17 may 2022 ci ildə onrala xəbər ediblər ki, guya onlar qeyri-qanuni qazdan istifadə edirlər. Onların şəxsi hesabına xx.xx.2022 ci tarixli ******* nömrəli aktla 790.56 manat cərimə yazılıbdır ki, guya 2 ildir ki, onlar smart karta pul vurmur. Lakin, qaz idarəsinin işçiləri ayda 2 dəfə sayğaclara baxır və qanunsuz xətt olubsa, bunu necə görməyiblər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində ’’Azəriqaz” X3 RQlİ-nin ünvan 2 ünvanda yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MSK-29/1710-01150- 1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qapağına vurulan plomb kəsilib və təbii qaz itgisi yaranmışdır. Həmin akta əsasən İddiaçı qıznın mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2019-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİl-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 28 iyun 2019-cu il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Şamaxı XS-nin abonent bazasındakı **********00442 nömrəli abonent koduna 2268 m3-226.80 (iki yüz iyirmi altı manat səksən qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan əlavə Cavabdeh Ağsu X6 İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və halı təstibləyən foto çəkilişlər aparılmışdır. Cavabdeh Ağsu X6 İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 994.60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Cavabdehin nümayəndəsi X4 təqdim edilmiş sənədlərin işə əlavə edilməsini və iştirakı olmadan işə baxılmasını, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia qismən təmin olunmaldıır. Belə ki, iş materiallarında olan Qaz sayğacının çıxarılması və istismara qəbulu haqqında 25 fevral 2019-cu il tarilxi ******* nömrəli aktdan görünür ki, abonent kodu **********00442 olan mənzilin G-4 markalı ******* nömrəli sayğacı çıxarılaraq, baxışa göndərilmiş və yeni qaz sayğacı quraşdırılaraq, abonentə təhvil verilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, İddiaçı 2022-ci ilin may ayı üçün 790,56 manat borc hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, İddiaçı Şamaxı şəhəri Təbriz küçəsi 44 saylı evində sayğacdan kənar xətt ilə qeyri-qanuni qazdan istifadə halı aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 29 may 2022-ci il tarixli hesabatdan görünür ki, İddiaçı Təbriz küçəsində yerləşən fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 4860 kub metr olmaqla ödənilməsi qərara alınmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, İddiaçı Şamaxı şəhəri Təbriz küçəsi 44 saylı evində Meterologiya Departamentində sayğacların müayinəsi laboratoriyasının 29/710-01950-2 saylı rəyinə əsasən, sayğacın mexanizmini hərəkətə gətirən qollar kənar təsir nəticəsində zədələnmişdir, sayğacdan kənar xətt ilə qeyri qanuni qazdan istifadə halı aşkar olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair hesabatdan görünür ki, İddiaçı Təbriz küçəsində yerləşən fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 2268 kub metr olmaqla ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli 3-16-16/2-3/30 saylı məhkəmə-trasoloji ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz, zədə və sayğacdan kənar qaz xətti aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə olunmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Güründüyü kimi, məhkəmə-trasoloji ekspertizanın rəyi ilə istehlakçı İddiaçı ünvanında olan qaz borusunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədənin və sayğacdan kənar qaz xəttinin aşkar edilmədiyi müəyyən edilmişdir. Həmçinin, istehlakçı İddiaçı tərəfindən istifadə edilmiş təbii qazın dəyəri olan 994,60 manat borcun Cavabdeh İB-nin hesabına ödənilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, qaz sayğacına müdaxilə olunmasında iddiaçının təqsiri sübuta yetirilmədiyindən, həmçinin, iddiaçı tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin ödənilmədiyi müəyyən edildiyindən, ilk iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş 28 iyun 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 226,80 manat və xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 790,56 manat borc məbləği İddiaçı abunə hesabından silinməli, qarşılıqlı iddia ərizəsi qismən təmin olunaraq, cavabdeh İddiaçı istifadə edilmiş təbii qazın dəyəri olaraq 994,60 manat borc məbləği tutularaq, iddiaçı Cavabdeh İB hesabına ödənilməli, qalan hissədə ilk və qarşılıqlı iddia təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda, ekspertiza tədqiqatının dəyəri olaraq 35 manat pul Cavabdehndən və 30 manat pul isə İddiaçı tutularaq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 28 iyun 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 226,80 manat və xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 790,56 manat borc məbləği İddiaçı abunə hesabından silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı istifadə edilmiş təbii qazın dəyəri olan 994,60 manat borc məbləği tutularaq, iddiaçı Cavabdeh İB hesabına ödənilsin. İlk və qarşılıqlı iddia qalan hissədə təmin olunmasın. İlk iddia üzrə Cavabdehndən 30,17 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 35 manat pul Cavabdehndən, 30 manat pul isə İddiaçı tutularaq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar