Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-552/2020 07.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi ilə, iddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.07.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı soyuducu, paltaryuyan və Hoffmann markalı led televizor üçün 1826 manat ödənilməmiş hissə, 547 manat cərimə olmaqla, ümumilikdə 2373 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2403 manat borcun Cavabdeh alınaraq ABC Telecom MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ABC Telecom MMC ilə bağladığı 08.07.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu, paltaryuyan və Hoffmann markalı led televizor almış və nəticədə 2373 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2743 manat olan Samsung markalı soyuducu, paltaryuyan və Hoffmann markalı led televizor üçün ümumilikdə 2373 manat borc olmaqla, 1826 manat ödənilməmiş hissə, 547 manat cərimə borcu qalmışdır. Cavabdeh cəmi 917 manat ödəniş etmişdir. Odur ki, iddiaçı, 08.07.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı soyuducu, paltaryuyan və Hoffmann markalı led televizor üçün 1826 manat ödənilməmiş hissə, 547 manat cərimə olmaqla, ümumilikdə 2373 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2403 manat borcun Cavabdeh alınaraq ABC Telecom MMC ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ABC Telecom MMC məhkəməyə teleqram göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan 08.07.2019-cu il tarixli № 00768583 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ABC Telecom MMC Samsung markalı soyuducu, Samsung markalı paltaryuyan və Hoffmann markalı led televizor almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-yə 08.07.2019-cu il tarixli müqavilə üzrə 1826 manat əsas, 547 manat cərimə olmaqla, cəmi 2373 manat borcu vardır. İş materiallarında olan 07.12.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 08.07.2019-cu il tarixli müqavilə üzrə borcunu ödəməsi barədə xəbərda edilmişdir. İş materiallarında olan 18.05.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı ABC Telecom MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh iddiaçı ABC Telecom MMC-dən 08.07.2019-cu il tarixli müqavilə ilə Samsung markalı soyuducu, paltaryuyan və Hoffmann markalı led televizor almış, lakin müqavilə üzrə öhdəliklərini xəbərdarlıq edilməsinə baxmayaraq tam və vaxtında yerinə yetirməkdən boyun qaçırmışdır. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 08.07.2019-cu il tarixli müqavilə üzrə 1826 manat əsas, 547 manat cərimə olmaqla, cəmi 2373 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPM-in) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın 547 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 547 manat məbləğində cərimə pulu deyil, 10 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh ABC Telecom MMC-nin xeyrinə 08.07.2019-cu il tarixli müqavilə üzrə 1826 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 1836 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, iddianın qalan hissəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh ABC Telecom MMC-nin xeyrinə 08.07.2019-cu il tarixli müqavilə üzrə 1826 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 1836 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-552/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-552/2020
07.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver