Məhkəmə qərarları › İş №2(074)-56/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-56/2025

09.01.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-56/2025 09.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06 iyun 2006-cı ildə Şamaxı rayonu, Günəşli (keçmiş Saqiyan) kəndində anadan olmuş oğlu Aliyev Ağa Sənan oğlunun sağlamlıq vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən, öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 06 iyun 2006-cı ildə Şamaxı rayonunun Günəşli (keçmiş Saqiyan) kəndində anadan olmuş oğlum X2 hazırda Şamaxı rayonunun Günəşli (keçmiş Saqiyan) kəndində onun himayəsində yaşayır. Oğlu ümumi xəstəliklər səbəbindən Diskinetik serebral iflic diaqnozu ilə dispanser qeydiyyatındadır. Müddətsiz birinci dərəcəli əlildir. Əmək qabiliyyətsizdir. Hazırda on səkkiz yaşı tamam olmuşdur. Sərbəst olaraq öz hüquqlarını həyata keçirə bilmir, başqa şəxslərin köməyinə ehtiyacı olduğu üçün bütün fiziki işlərində o, yardım edir. Buna görə də o məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və bundan sonra da ona qəyyum təyin olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə ərizəçi və maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, maraqlı şəxs bunun səbəbləri barədə məhkəməyə məlumat verməsə də, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belkə ki, iş materiallarında olan AZ-İV 776300 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Aliyev Ağa Sənan oğlu 06 iyun 2006-cı ildə Şamaxı rayonu, Günəşli kəndində anadan olub. Atası Aliyev Sənan Ağa oğlu, anası Ərizəçidır. İş materiallarında olan “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə çıxarışın surətindən görünür ki, Aliyev Ağa Sənan oğlu birinci dərəcəli müddətsiz əlildir. Ona diskinetik serebral iflic diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3103 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 hüquqi şəxsin rəyindən görünür ki, Aliyev Ağa Sənan oğlunda uşaq serebral iflicinin qalıq əlamətləri, əqli geriliklə müəyyən edilir. Aliyev Ağa Sənan oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Aliyev Ağa Sənan oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Aliyev Ağa Sənan oğlu onda müəyyən edilən uşaq serebral iflici, əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, Şamaxı rayonu, Günəşli kəndində yaşayan 06 iyun 2006-cı il təvəllüdlü Aliyev Ağa Sənan oğlunın əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, Aliyev Ağa Sənan oğlu əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin Respublikasının MPM-nin 321.2 maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, onun oğlu Şamaxı rayonu, Günəşli kəndində yaşayan 06 iyun 2006-cı il təvəllüdlü Aliyev Ağa Sənan oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Şamaxı rayonu, Günəşli kəndində yaşayan 06 iyun 2006-cı il təvəllüdlü Aliyev Ağa Sənan oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar