Məhkəmə qərarları › İş №2(074)-568/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-568/2023

23.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-568/2023 23.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X1 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və eyni zamanda iddiaçı Nümayəndə2 və İddiaçı2 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və Nümayəndə2 Cavabdeh qarşı mirasın faktiki qəbul etmə faktının müəyyən olunması, miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölüşdürülməsi və miras payların müəyyən olunması tələbinə dair mülki iş üzrə iddiaçılar tərəfindən verilmiş vəsatətə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və Nümayəndə2 Cavabdeh qarşı mirasın faktiki qəbul etmə faktının müəyyən olunması, miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölüşdürülməsi və miras payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmənin hazırlıq iclasında İddiaçı1 nümayəndəsi və eyni zamanda iddiaçı Nümayəndə2 və İddiaçı2 nümayəndəsi Nümayəndə1 vəsatətlə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdirlər. Məhkəmə verilmiş vəsatəti nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar iddia ərizəsinin qaytarılmasına dair ərizə ilə müraciət etdiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1, 349, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və Nümayəndə2 Cavabdeh qarşı mirasın faktiki qəbul etmə faktının müəyyən olunması, miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölüşdürülməsi və miras payların müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar