Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-569/2024 03.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 11 dekabr 2023-cü il tarixli, ******* saylı akta əsasən, hesablanmış 2151,36 manat borc məbləğinin onun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh təşkilatın əməkdaşları 11 dekabr 2023-cü il tarixdə onun yaşadığı ünvana gələrək, guya onun tərəfindən qaz xəttindən qanunsuz istifadə etməsini aşkar etmişdirlər. Bu barədə akt tərtib edilmiş və 2151,36 manat ziyan müəyyən edilmişdir. Lakin, o, qaz xəttinə heç bir müdaxilə etməmişdir. Odur ki, borc əsassız olduğundan, silinməlidir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia tələbini əsassız hesab edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə ünvanladığı müraciətində, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 11 dekabr 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvanda yerləşən evinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, abonentin qazdan istifadə qaydalarına zidd olaraq, sayğacdan kənar, qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən 29 dekabr 2023-cü il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, İddiaçı məxsus ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 17928 kub metr olmaqla, ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent İddiaçı 2023-cü ilin dekabr ayına 2151,36 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli, 3-16-16/2-3/1059 saylı rəydə göstərilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana biln zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Göründüyü kimi, abonentin qazdan istifadə qaydalarına zidd olaraq, sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə cavabdehin dəlilləri ekspert rəyi ilə təkzib olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının sayğacdan kənar, qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsində təqsiri sübuta yetirilmədiyindən, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş 11 dekabr 2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 2151,36 manat borc məbləği İddiaçı abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan artıq olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 41,51 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda, Cavabdehndən 110 manat məbləğində ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyiynin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 11 dekabr 2023-cü il tarixli, ******* saylı akta əsasən, hesablanmış 2151,36 manat borc məbləği İddiaçı abunə hesabından silinsin. Cavabdehndən 41,51 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 110 manat pul Cavabdehndən tutularaq, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-569/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-569/2024
03.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver