Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-585/2025 01.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı Regional “Asan Xidmət” Mərkəzində yerləşən notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi müddətin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Şamaxı Regional “Asan Xidmət” Mərkəzində yerləşən notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 dekabr 1967-ci ildə vəfat etmiş X22 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair onun tərəfindən buraxılmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum babası, yəni atası Xasməmmədin X18na məxsusdur. Orada doğulub, ailə qurub, övladları ilə yaşayır və qanun üzrə vərəsədir. Həmin ünvanda qeydiyyatdadırlar, faktiki olaraq həmin evi yenidən bərpa edib, kommunal xidmətlər üzrə abonent kimi qeydiyyatdadır və ödənişləri o, edir. Faktiki olaraq həmin əmlak ona məxsusdur və istifadəsindədir. Mərhum atası Xasməmməd Nəcəfov vaxtında vərəsəlik məsələsinin həll etmədiyi üçün çətinlik yaranmış və mirasın qəbulu müddəti bu səbəbdən buraxılmışdır. Vərəsəlik məsələsinin həll etmək üçün notariat ofısinə müraciət edib, lakin miras üzrə müddətin keçməsini əsas gətirərək , imtina edilmişdir. Ona görə də, 31 dekabr 1967-ci ildə vəfat etmiş babası Cəfər Nəcəfovdan miras qalmış qeyd etdiyi ünvanda yerləşən fərdi yaşayış evinə dair onun tərəfindəm buraxılmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa edilməsini istəyir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 31 dekabr 1967-ci il tarixdə vəfat etmiş, X38 məxsus ünvan 1 ünvanda yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəyə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Şamaxı Regional “Asan Xidmət” Mərkəzində yerləşən notariat ofisinin nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 izahat verib bildirdi ki, İddiaçı ilə qonşudurlar. O, Zibanın atasını və babasını şəxsən görməyib. Ziba ailəsi və bibisi ilə birlikdə həmin evdə yaşayıb. Bibisi xəstə olub ona Ziba baxıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahat verib bildirdi ki, İddiaçı ilə qonşudurlar. Zibanın babası Cəfər idi. Babası öləndən sonra həmin evdə əmisi yaşayıb. Sonra isə Ziba həmin evdə yaşayıb. Hazırda da həmin evdə Ziba yaşayır. Məhkəmə prosses iştirakçısını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya BB № 208108 daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə sığortalanmışdır. İş materiallarında olan Şamaxı regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 23 saylı notariat əməliyyatı aparmaqdan imtina haqqında qərarından görünür ki, İddiaçı ın xx.xx.1986-cı ildə vəfat etmiş X3nun atası, xx.xx.1967-ci ildə vəfat etmiş X38 məxsus olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən, vərəsə əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul müddətini buraxdığına görə imtina edilmişdir. İş materiallarında olan 21 fevral 2005-ci il tarixli arayışın surətindən görünür ki, X44 31 dekabr 1967-ci ildə vəfat etmişdir. İş materiallarında olan İİİ-ЖГ № 382566 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1986-cı il tarixdə Şamaxı rayonunda vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sovet Sosialist Respublikası Qeydəalma vəsiqəsinin surətindən görünür ki, Şamaxı şəhəri 8 Mart küçəsindəki 8 saylı yaşayış evi X27 adına şəxsi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarında olan İ-ИЕ № 365771 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X44 ilə X1 arasındakı nikah 28 oktyabr 1963-cü il tarixdə Azərbaycan SSR Şamaxı rayon VVAQ bürosunda bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 oktyabr 1963-cü il tarixdə 117 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Nəcəfov”, arvada “Nəcəfova” soyadı verilmişdir. İş materiallarında olan 21 fevral 2005-ci il tarixli arayışın surətindən görünür ki, X2 10 oktyabr 1994-cü ildə vəfat etmişdir. İş materiallarında olan 22 fevral 2005-ci il tarixli arayışın surətindən görünür ki, X14 ilə X15 arasındakı nikah 03 oktyabr 1965-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 oktyabr 1965-ci il tarixdə 107 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Nəcəfov”, arvada “Nəcəfova” soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.1929-cu il təvəllüdlü X5 ailə tərkibi belədir: 1.Arvadı - X28; 2.Qızı - İddiaçı (xx.xx.1954); 3. Qızı - X12 (xx.xx.1957); 4. X6 (xx.xx.1958); 5. Qızı - X7 (xx.xx.1965). İş materiallarında olan 06 iyun 2005-ci il tarixli, 5592 saylı arayışın surətindən görünür ki, mərhum X14 21 dekabr 1986-cı ildə, onun mərhum həyat yoldaşı X28 isə 30 iyun 1999-cu ildə vəfat etmişdir. Mərhumların vəfatından sonra aşağıda adları göstərilən varisləri qalmışdır: 1.Qızı - İddiaçı (xx.xx.1954); 2.Qızı - X12 (xx.xx.1957); 3.Qızı - X6 (xx.xx.1958); 4.Qızı - X7 (xx.xx.1965). İş materiallarında olan AZ-ИЖ № 390973 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. X3, anası X19r. İş materiallarında olan 06 iyun 2005-ci il tarixli, 5595 saylı arayışın surətindən görünür ki, mərhum X29 26 iyun 2003-cü ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra aşağıda adları göstərilən varisləri qalmışdır: 1. Atası - X44 – 31 dekabr 1967-ci ildə vəfat etmişdir; 2. Anası - X2 - 10 oktyabr 1994-cü ildə vəfat etmişdir. İş materiallarında olan 06 iyun 2005-ci il tarixli, 5593 saylı arayışın surətindən görünür ki, mərhum X43 15 fevral 2000-ci ildə, onun mərhum həyat yoldaşı X13 22 dekabr 1999-cu ildə vəfat etmişlər. Mərhumlarun vəfatından sonra aşağıda adları göstərilən varisləri qalmışdır: 1.Oğlu - X45 - 1972-ci il; 2.Qızı - X30 - 1979-cu il; İş materiallarında olan 06 iyun 2005-ci il tarixli, 5594 saylı arayışın surətindən görünür ki, mərhum X31 10 oktyabr 1986-cı ildə vəfat etmişlər. Mərhumlarun vəfatından sonra aşağıda adları göstərilən varisləri qalmışdır: 1.Həyat yoldaşı - X24 - 1943-cü il; 2.Qızı - X16 - 1964-cü il; 3.Oğlu – X25 – xx.xx.1996-cı ildə vəfat edib; 4.Oğlu - X32 1965ci il; İş materiallarında olan 06 iyun 2005-ci il tarixli, 5596 saylı arayışın surətindən görünür ki, mərhum X25 xx.xx.1996-cı ildə vəfat etmişdir. Mərhumun vəfatından sonra aşağıda adları göstərilən varisləri qalmışdır: 1. Atası - X31 – 10 oktyabr 1986-cı ildə vəfat etmişdir; 2. Anası - X24 – 1943-cü il. İş materiallarında olan AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 23 yanvar 1968-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. X9, anası X17r. İş materiallarında olan İV-ЖГ № 427180 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X25 08 fevral 1996-cı il tarixdə Şamaxı şəhərində beyin ödəmi səbəbindən vəfat etmişdir. İş materiallarında olan İ-ИЕ № 415980 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 21 avqust 1922-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. X18, anası X8r. İş materiallarında olan AZ № 086228 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X34 26 iyun 2003-cü il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli elektrik enerjisi satışı üzrə mədaxil qəbzinin surətindən görünür ki, Mahmud Ağa küçəsində yerləşən ünvanda əhali istehlakçı qrupu üzrə ödəyici İddiaçıdır. İş materiallarında olan xx.xx.2003-cü il tarixli elektrik enerjisi satışı üzrə mədaxil qəbzinin surətindən görünür ki, Mahmud Ağa küçəsi, ev 8 ünvanında yerləşən ünvanda əhali istehlakçı qrupu üzrə ödəyici İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının babası X38 məxsus olmuşdur. X44 31 dekabr 1967-ci il tarixdə vəfat etmişdir. Bundan sonra həmin evdə iddiaçının X3 öz ailəsi ilə birlikdə yaşamışdır. X14 isə 21 dekabr 1986-cı ildə vəfat etmişdir. Bundan sonra həmin evdə onun ailəsi yaşamışdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair kommunal ödənişlər 2003-cü ildən İddiaçı tərəfindən həyata keçirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 31 dekabr 1967-ci il tarixdə vəfat etmiş, X38 məxsus ünvan 1 ünvanda yerləşən miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 31 dekabr 1967-ci il tarixdə Şamaxı rayonunda ölmüş X22 miras qalmış ünvan 1 ünvanda yerləşən miras əmlakın qanun üzrə vərəsə İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-585/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-585/2025
01.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver