Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-589/2025 26.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X5 X6 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən əsassız yazılmış 3333.46 manat məbləğində debitor borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1-də yaşayır. Abonent kodu **********01860-dır. Bu evi X1 alıb. Çıxarışı da öz adınadır. Mənzildə sınan sayğac quraşdırılmışdır. Evi təmir etdirdiyinə görə 6 ay sonra köçüb. Smart karta pul vuranda borca çıxıblar. İdarəyə yaxınlaşıb deyiblər ki, əvvəlki ev sahibinin qaza borcu var. O da ev sahibinə yığıb, o deyib ki, Şamaxı rayonunda məskunlaşan məcburi köçkün ailəsidir. İstifadə olunan təbii qazın dəyəri vaxtlı vaxtında Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ödənilib. O, pul verməyəcək. O vaxtadan bəri yüklədiyi puldan borca çıxır. Ödədikləri ödənib. Heç olmasa bundan sonra qalan borcu silinməsinə ona köməklik edilsin. Mövcud qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə görə həmin sayğacda olan hər hası qüsura görə o, abunəçi olaraq məsuliyyət daşımır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh tərəfindən hər hansı akt tərtib edilməmiş, əsassız olaraq ona borc hesablanmışdır. Ona görə də iddia təmin edilməli, qanunsuz hesablanmış borc silinməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Şamaxı Rayon Məhkəməsində iddia qaldıraraq abonent koduna hesablanaraq vurulmuş 3333.46 manat debitor borcun silinməsini xahiş etmişdir. İddia əsassızdır və təmin edilməməlidir. Azəriqaz” X4 X6 İdarəsinin Şamaxı XS-də abonent kimi (abonent kodu: **********01860) qeydiyyatda olan İddiaçı mənzilinə 2010-ci il tarixdə qaz sayğacı quraşdırılmışdır. Abonentin qaçqın statusu olduğundan abonentə 2016-cı il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin cavabdeh 2010-cu ildən 2016-cı ilin dekabr ayına kimi dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. Abonent İddiaçı 2010-cu il tarixdən 2016-cı il tarixə kimi 3331.46 manat borcu yaranmışdır. Belə ki, İddiaçı 2010-cu ili üçün 45 manat, 2011-ci il üçün 210 manat, 2012-ci ili üçün 210 manat, 2013-cü il üçün 210 manat, 2014-cü ili üçün 210 manat 2015-ci ili üçün 210 manat və 2016-cı il üçün 154 manat ayrılmışdır. Lakin abonent İddiaçı ayrılmış limitdən artıq istifadə edərək 2017-cı ilin mart ayına kimi 3331.46 manat manat borcu yaranmış və yaranmış borc abonent bazasında öz əksini tapır. Ağsu RQİİ-nin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Cavabdehə sayğac quraşdırıldığı tarixdən etibarən istifadə etdiyi təbii qaza görə bir dəfə olsun belə könüllü ödəniş aparmamışdır. İddiaçı mənzilinə 2017-cı iin mart ayında SMART-kart tipli qaz sayğacı quraşdırılmışdır. 2017-cı il tarixdən hazırkı vaxta kimi abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman həmin məbləğin 10%-i həcmində ümumilkdə 570 manat tutularaq abonent bazasında olan borcdan silinmişdir. Hal-hazırda abonent İddiaçı 2779 manat borcu vardır. Cavabdeh İddiaçı 2016-cı il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasınından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Belə ki, cavabdeh tərəfindən 2016-cı ilin sentyabr ayından başlayaraq keçən 7 (yeddi) il ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 90,70 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli, XS56-01080/24 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, Azəriqaz İB-yi İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. İş materiallarında olan **********01860 nömrəli sayğac üzrə abonentin saldosundan görünür ki, abonent hesabına ümumilikdə 3331,46 manat borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********01860 nömrəli sayğac üzrə İddiaçı təbii qazın istifadə limiti 2010-cu ili üçün 45 manat, 2011-ci il üçün 210 manat, 2012-ci ili üçün 210 manat, 2013-cü il üçün 210 manat, 2014-cü ili üçün 210 manat 2015-ci ili üçün 210 manat və 2016-cı il üçün 154 manat ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətləri elektrik enerjisi və təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının yaşadığı ev Cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, daha sonra iddiaçının yaşadığı evə Smart-kart tipli sayğac quraşdırılımışdır. İddiaçı təbii qazdan istifadə etsə də, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Abonent saldosundan görünür ki, abonent ayrılımış qaçqın limitindən artıq istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Onun bu əsasla təbii qazdan istifadəyə görə 3331,46 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı “qanunsuz yazılmış borcun silinməsi” tələbi barədə iddiası təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-589/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-589/2025
26.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver