Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-59/2024 11.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, gediş-gəliş yolunun bərpasına iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavadbeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrində 18 noyabr 2020-ci il tarixdə ********** nömrə ilə qeydə alınmış Çıxarışa əsasən, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə aid yolda cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikintinin (qaraj) onun hesaına sökülməsi, eləcə də həmin yolun avtomobil, piyadalar üçün bərpa edilərək istifadəyə yararlı vəziyyətə salınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 0,0550 ha həyətyani torpaq sahəsi ona məxsusdur, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində 18 noyabr 2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmış və DƏDRX-ti tərəfindən çıxarış verilmişdir. Həmin ünvanda tikinti aparmaq istəyir. Qonşuluqda yaşayan Cavabdeh onlara gedən yolda qanunsiz tikinti(qaraj) tikmiş, eyni zamanda qapısı istiqamətində yola müdaxilə edərək piləkan inşa etdirmişdir. Faktiki olaraq bonların ünvana gələn gediş gəliş yolunun bağlamışdır. Ona dəfələrlə xəbərdarlı edilməşinə baxmayaraq yolda tikilmiş qanunsuz tikintini sökməkdən imtina edir. Faktiki olaraq mülkiyyətindən məhrum edilmiş, istifadə edə bilmir və yol bağlanmışdır. Ona görə də, tikintinin sökülməsini və yolun bərpa edilməsini məhkəmə qaydasında istəyir. Məhkəmə baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək onun məhkəmə tərəfindən təsdiq olunmasını xahiş etmişlər. Mövcud iddia tələbi üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən tərəflər razılaşırlar ki, iddiaçı X2, Cavabdeh tərəfindən X1 məxsus ünvan 2 ünvanda yerləşən 0,0550 ha həyətyanı torpaq sahəsinin hüquqi ünvanı qarşısında inşa edilmiş qarajın sökülməsini və həmin qarajın sağ tərəfində inşa edilmiş pilləkanın qismən sökülərək 1,50 m enliyində yerləşdiyi yerdə saxlanmasını qəbul edir. İddiaçı bu şərtlə iddia tələbindən imtina edir. Cavabdeh iddiaçı X1 məxsus ünvan 2 ünvanda yerləşən 0,0550 ha həyətyanı torpaq sahəsinin hüquqi ünvanı qarşısında inşa edilmiş qarajın şökülməsinə və həmin qarajın sağ tərəfində inşa edilmiş pilləkanın qismən sökülərək 1,50 m enliyində yerləşdiyi yerdə saxlanılmasına razıdır. Tərəflər barışıq sazişinin şərtlərinə əməl olunmadıqda həmin sazişin məcburi icraya yönəldilməsinə etiraz etmirlər. Barışıq sazişi tərəflərin könüllü iradə ifadəsini əks etdirməklə tərtib olunmuşdur Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə tərəflər arasında barışıq sazişi bağlandığından, həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 tərəflər arasında barışıq sazişi bağlandığından, həmin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı tərəflər bu barədə yazılı ərizələrini məhkəməyə təqdim etməklə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişi təsdiq olunmalı və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 52.3, 261-262, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı qanunsuz tikintinin sökülməsi, gediş-gəliş yolunun bərpasına dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıda göstərilən şərtlərlə təsdiq edilsin:
1. İddiaçı X2, Cavabdeh tərəfindən X1 məxsus Şamaxı şəhəri, ünvan 4 ünvanı qarşısında inşa edilmiş qarajın sökülməsini və həmin qarajın sağ tərəfində inşa edilmiş pilləkanın qismən sökülərək 1,50 m enliyində yerləşdiyi yerdə saxlanmasını qəbul edir. İddiaçı bu şərtlə iddia tələbindən imtina edir.
2. Cavabdeh iddiaçı X1 məxsus ünvan 2 ünvanda yerləşən 0,0550 ha həyətyanı torpaq sahəsinin hüquqi ünvanı qarşısında inşa edilmiş qarajın şökülməsinə və həmin qarajın sağ tərəfində inşa edilmiş pilləkanın qismən sökülərək 1,50 m enliyində yerləşdiyi yerdə saxlanılmasına razıdır.
3. Tərəflər barışıq sazişinin şərtlərinə əməl olunmadıqda həmin sazişin məcburi icraya yönəldilməsinə etiraz etmirlər.
4. Barışıq sazişi tərəflərin könüllü iradə ifadəsini əks etdirməklə tərtib olunmuşdur. İddiaçı Cavabdeh qarşı qanunsuz tikintinin sökülməsi, gediş-gəliş yolunun bərpası tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan 10 gün müddətinə Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Fərid Yaqubov