Məhkəmə qərarları › İş №2(074)-591/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-591/2020

13.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-591/2020 13.07.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, ərizəçilər Ərizəçi1, Bəkirova (Alıyeva) İlahə Hüseyin qızı və Ərizəçi3 maraqlı tərəf DƏDRX-nin 14 saylı ərazi idarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair” mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Bəkirova (Alıyeva) İlahə Hüseyin qızı və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0060 KOD 41000028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında 2- ci sırada qeyd edilmiş x22 AZ-İİ № 042556 saylı ölüm - haqqındakı şəhadətnamədə qeyd edilən x37 ilə 3-cü sırada qeyd edilmiş x5 AZ-İİ № 037312 saylı ölüm haqqındakı şəhadətnamədə qeyd edilən x13 ilə, 4-cü sırada qeyd edilmiş Ərizəçi1 Mövlud qızının AZE № 0******* saylı şəxsiyyət vəsiqəsindəki Ərizəçi1 ilə 5-ci sırada qeyd edilmiş x6 AZE № ******** saylı şəxsiyyət vəsiqəsindəki Bəkirova (Alıyeva) İlahə Hüseyin qızı ilə 6- cı sırada qeyd edilmiş x3 AZE № ******** saylı şəxsiyyət vəsiqəsindəki Əliyeva (Alıyeva) Samira Hüseyn qızı ilə eyni şəxs olması faktmm müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçilər tələbin dəqiqləşməsinə dair məhkəməyə ərizə təqdim edərək, JN-0060 KOD 41000028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının AZ-lİ № 042556 saylı ölüm haqqındakı şəhadətnamədə qeyd edilən x24, AZ-İİ № 037312 saylı ölüm haqqındakı şəhadətnamədə qeyd edilən x9, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsindəki Ərizəçi1, AZE №******** saylı şəxsiyyət vəsiqəsindəki Bəkirova (Alıyeva) İlahə Hüseyin qızına, AZE №******** saylı şəxsiyyət vəsiqəsindəki Əliyeva (Alıyeva) Samira Hüseyn qızına məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, onlara JN-0060 KOD 41000028 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Bununla yanaşı bildirirlər ki, həmin şəhadətnamədə səhvən ata adlarında və bəzi adlarda yalnışlıqlar var. Belə ki, Dövlət Aktında 2-ci sırada qeyd edilmiş x4 Mürəstə Alı qızı olmalı idi. Üçüncü sırada qeyd edilmiş x1 Sineyvar İsmayıl qızı kimi qeyd edilməli idi. Dördüncü sırada qeyd edilmiş Ərizəçi1 Mövlud qızı Ərizəçi1 kimi qeyd edilməli idi. Bundan başqa dövlət aktının 4-cü və 5-ci sıralarında qeyd edilən x16 və x11 əslində x25 və x8 qeyd edilməli idi. Bu da hazırda onların öz mülkiyyətlərində olan torpaq sahəsi üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. Belə ki, torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqi əməliyyat aparmaq istədikdə şəxsiyyət vəsiqəsindəki ata adı. ad və soyadlarda Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə yazılan ata adı və sov adla uyğun gəlmədiyi üçün bundan imtina edilir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, JN-0060 KOD 41000028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının AZ-lı № 042556 saylı ölüm haqqındakı şəhadətnamədə qeyd edilən x24, AZ-İİ № 037312 saylı ölüm haqqındakı şəhadətnamədə qeyd edilən x9, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsindəki Ərizəçi1, AZE №******** saylı şəxsiyyət vəsiqəsindəki Bəkirova (Alıyeva) İlahə Hüseyin qızına, AZE №******** saylı şəxsiyyət vəsiqəsindəki Əliyeva (Alıyeva) Samira Hüseyn qızına məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və ərizələrinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qisimdə dindirilmiş x27 və x20 ifadə verib bidirdilər ki, ərizəçiləri qonşuluqdan tanıyırlar. Onların ünvan 2ində torpaqları var və həmin torpağın mövcudluğuna dair sənədlərdə onların adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qisimdə dindirilmiş x10 ifadə verib bildirdi ki, ərizəçiləri tanıyıram. Ərizəçilər Kərkənc kəndində həmkəndliləridir. Onlara aid Kərkəncdə torpaq sahələri var. Torpaq sənədlərində adlarında səhvlər olduğunu eşitmişdir. Məhkəmə, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan JN-0060 KOD 41000028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, x28, x38, x17, Ərizəçi1 Mövlud qızı, x18, x7 Şamaxı rayon x19 18 dekabr 1998-ci il tarixli 18 saylı qərarı ilə 5,86 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1965-ci il tarixində Gürcüstan, Dmanisi Şindilər kəndində doğulmuşdur. ünvan 2ində yaşayır. İş materiallarında olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci il tarixində ünvan 2ində doğulmuşdur. ünvan 1 H.Əliyev AD.AAHM ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1989-cu il tarixində Rusiya Federasiyası, Krasnodar vilayətində doğulmuşdur. ünvan 2i ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ № 037312 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x13 20.10.2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 042556 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x37 07.05.2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 042555 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x28 22.05.2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 058704 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x42 ilə x25 12 iyun 2015-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Bəkirov, arvada Bəkirova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ № 996563 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x41 ilə x26 25 sentyabr 2014-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Şamaxı RİHB-nın Kərkənc kənd İƏD üzrə nümayəndəliyinin 12 iyun 2020-ci il tarixli 93 saylı arayışından görünür ki, JN-0060 KOD 41000028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktında qeyd edilmiş x22 AZ-İİ № 042556 saylı ölüm haqqındakı şəhadətnamədə qeyd edilən x37 ilə, x5 AZ-İİ № 037312 saylı ölüm haqqındakı şəhadətnamədə qeyd edilən x13 ilə, Ərizəçi1 Mövlud qızının AZE № 0******* saylı şəxsiyyət vəsiqəsindəki Ərizəçi1 ilə, x6 AZE № ******** saylı şəxsiyyət vəsiqəsindəki Bəkirova (Alıyeva) İlahə Hüseyin qızı ilə, x3 AZE № ******** saylı şəxsiyyət vəsiqəsindəki Əliyeva (Alıyeva) Samira Hüseyn qızı ilə eyni şəxslərdir. İş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin 17 yanvar 2020-ci il tarixli **********58 saylı x21 ünvanlanmış məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xərjtəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon x19 18.12.1998-ci il raixli 18 saylı qərarına əsasən hazırlanmış JN-0060, kod 41000028 nömrəli dövlət aktında ailə üzvlərinizin adları düzgün göstərilməmişdir. Sənədləri verən orqan- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi səlahiyyəti müvafiq məhkəmə orqanlarının səlahiyyətinə aiddir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon x19 18.12.1998-ci il raixli 18 saylı qərarı ilə x28, x38, x17, Ərizəçi1 Mövlud qızı, x18, x7 Şamaxı rayon x19 18 dekabr 1998-ci il tarixli 18 saylı qərarı ilə 5,86 ha torpaq sahəsi verilmişdir. Dövlət Aktında 2-ci sırada qeyd edilmiş x4 Mürəstə Alı qızı, üçüncü sırada qeyd edilmiş x1 Sineyvar İsmayıl qızı, kimi dördüncü sırada qeyd edilmiş Ərizəçi1 Mövlud qızı Ərizəçi1 kimi dövlət aktının 4-cü və 5-ci sıralarında qeyd edilən x16 və x11 əslində x25 və x8 qeyd edilməli olduğu halda adlar qeyd olunan zaman texniki yalnışlığa yol verilmişdir. Səhvin düzəldilməsi ilə bağlı DƏDRX-nin 14 saylı x43 müraciət etsələrdə, sənədi verən orqan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə və sənədlərdə uyğunsuzluq olduğu üçün ərizənin icrasından imtina olunmuşdur. Belə olan halda JN-0060 KOD 41000028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının x24, x9, Ərizəçi1, Bəkirova (Alıyeva) İlahə Hüseyin qızına, Əliyeva (Alıyeva) Samira Hüseyn qızına məxsus olması faktı işdə olan sənədlərlə və şahid ifadələri ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində nəzərdə tutulmuş qaydada qiymətləndirərək hesab edir ki, JN-0060 KOD 41000028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının x24, x9, Ərizəçi1, Bəkirova (Alıyeva) İlahə Hüseyin qızına, Əliyeva (Alıyeva) Samira Hüseyn qızına məxsus olması faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. JN-0060 KOD 41000028 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktının x24, x9, Ərizəçi1, Bəkirova (Alıyeva) İlahə Hüseyin qızına, Əliyeva (Alıyeva) Samira Hüseyn qızına məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar