Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-598/2022 09.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-005A ******* kodlu şəhadətnamənin Ərizəçi, mərhumə anası X4 və mərhumə qızlm Ağayeva (Əskərova) Gülnar Ələmqulu qızına məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, Ərizəçi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə müraciət edərək, Azərbaycan Respublikası Şamaxı rayonu X18 29 yanvar 1999-cı il tarixli,01 nömrəli qərarı ilə 0,31 ha torpaq sahəsi fərdi yaşayış evi tikilməsi üçün mülkiyyətə verilməsinə dair JN-005A KOD ******* nömrəli Şəhadətnamədə onu Ərizəçi, mərhumə anası X13, məhrumə qızı Ağayeva (Əskərova) Gülnar Ələmqulu qızı kimi qeyd olunmalı olduğu halda, səhvən X5, X6 və X1 yazılmışdır. Aktda səhvin düzəlişlə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin xx.xx.2022-cı il tarixli, **********17 məktubla imtina edilmişdir. Cavab olaraq bildirdilər ki, sənədi verən orqan- Dövlət Torpaq və Xəritəçəkmə komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri mümkündür. Sənədlərdə uyğunsuzluq olduğu üçün icraatından imtina olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********17 saylı məktubla hüququ faktin müəyyən olunması üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Dahda sonra Ərizəçi ərizəsinə dəqiqləşmə verərək, torpağın mülkiyyətə verilməsinə dair JN-005A ******* kodlu şəhadətnamənin Ərizəçi, Zeynalov (Əskərov) Ariz Xudaverdi oğluna, Ağayeva (Əskərova) Gülnar Ələmqulu qızına, X13, X19, X20, Dadaşova (Əskərova) Günel Ələmqulu qızı, X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş digər ərizəçi və maraqlı şəxs DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən digər ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli **********17 saylı məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-005A ******* nömrəli dövlət aktında özünüzün və ailə üzvlərinn adları düzgün göstərilməmişdir. Sənədləri verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyrimümkündür. İş materiallarında olan Şamaxı rayon İHB-nin Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Şamaxı rayonu, B.Xınıslı kəndində Ərizəçi ailə üzvləri: X19, X14, X20, X24, X13, X2 ibarətdir. İş materiallarında olan JN-005A ******* nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi, X21, X22, X8, X15, X16, X9 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1999-cu il № 01 saylı qərarı ilə 0.31 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İİ 091939 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-ci il tarixdə Şamaxı rayonu, Xınıslı kəndində anadan olmuş, Şamaxı rayonu, Böyük Xınıslı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçilərin adı, onlara məxsus bütün sənədlərdə “Ərizəçi, Zeynalov (Əskərov) Ariz Xudaverdi oğluna, Ağayeva (Əskərova) Gülnar Ələmqulu qızına, X13, X19, X20, Dadaşova (Əskərova) Günel Ələmqulu qızı, X28” kimi göstərilsə də, JN-005A ******* nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında onların adı “X5, X21, X22, X8, X15, X16, X23” kimi göstərilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X5, X21, X22, X8, X15, X16, X23” ilə digər sənədlərdə göstərilən “Ərizəçi, Zeynalov (Əskərov) Ariz Xudaverdi oğluna, Ağayeva (Əskərova) Gülnar Ələmqulu qızına, X13, X19, X20, Dadaşova (Əskərova) Günel Ələmqulu qızı, X10”nın eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçi tərəfindən, onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmirlər. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair JN-005A ******* nömrəli dövlət aktının Ərizəçi, Zeynalov (Əskərov) Ariz Xudaverdi oğluna, Ağayeva (Əskərova) Gülnar Ələmqulu qızına, X4, X11, X12, Dadaşova (Əskərova) Günel Ələmqulu qızına və X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-005A ******* nömrəli şəhadətnamənin Ərizəçi, Zeynalov (Əskərov) Ariz Xudaverdi oğluna, Ağayeva (Əskərova) Gülnar Ələmqulu qızına, X4, X11, X12, Dadaşova (Əskərova) Günel Ələmqulu qızına və X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-598/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-598/2022
09.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver