Məhkəmə qərarları › İş №2(074)-616/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-616/2021

01.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-616/2021 01.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Cavabdeh tərtib etdiyi təbii X4nın pozulması haqqında 30 iyul 2020-ci il tarixdə ******* saylı akta əsasən itirilmiş qaz sərfıyyatı kimi hesablanmış 2160 m3, yəni 216 manat məbləğində hesablanmış ziyan məbləğinin abunə hesabından silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. 04 fevral 2020-ci il tarixdə X1 Ağsu X5 İdarəsi Şamaxi Xidmət Sahəsinin əməkdaşları evinə verilən qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Bu zaman qaz xəttinin üzərində quraşdırılmış Elestr G 6T ******* saylı qaz sayğacı qaz xəttinin üzərindən açılaraq yeni qaz sayğacı quraşdırılmışdır. O, da evinə verilən qaz xəttinin üzərində yeni sayğac quraşdırıldığını zənn etmişdir. Lakin bunların fikri tamamailə fərqli imiş. Bu yaxınlarda evinə verilən bildirişdən müəyyən etmişdir ki, onun 216 manat akt üzrə borcu vardır. Bu borcun necə yarandığını, necə hesablandığını araşdırmış və ona məlum olmuşdur ki, X1 Ağsu X5 İdarəsi Şamaxi Xidmət Sahəsinin işçiləri 30.07.2020-ci il tarixdə təbii X4nın pozulması haqqında ******* saylı akt tərtib etmişlər. Akt zamanı müəyyən olunmuşdur ki, sayğacın hesablama mexaniziminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi təbii qaz itkisinin olduğu müəyyən olunmuşdur. Əgər belə bir hal baş vermişdisə niyə onun iştirakı həmin akt tərtib olunan zaman təmin edilməmişdir. O, yalnız bu yaxınlarda həmin aktın surətini min əziyyətlə əldə etmişdir. Eyni zamanda Ağsu X5 İdarəsi tərəfindən 30 iyul 2020-ci il tarixdə ona itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən qaz sərfi 4 m3 saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 30 iyul 2020-ci il tarixdə ******* saylı Akt göstərilmişdir. Bundan başqa, müdaxilə olunması göstərilən sayğac onun yaşadığı fərdi yaşayış evinin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Həmçinin o və ailə üzvləri tərəfindən həmin sayğaca müdaxilə etməkləri araşdırılmadan onun iştirakı olmadan və hətda aktda imzası belə olmadan ona akt tərtib olunmuş və onun əsasında heç bir əsası olmayan debitor borc hesablanmışdır. Sayğac labarotoriyaya göndərilmiş, əgər belə bir hal var idisə niyə onun iştirakı təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, onun iddiası tamamilə əsaslıdır. Buna görə də təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan İddiaçı Şamaxı rayon məhkəməsinə iddia qaldıraraq hesablanmış 216 manat cərimə məbləğin silinməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində yaşadığı Şamaxı rayonunun Şəhriyar qəsəbəsində mənzilinə quraşdırılmış qaz sayğacının Şamaxı XS-nin əməkdaşları tərəfindən açılaraq götürüldüyünü, bundan sonra onun ünvanına məktub gəldiyini, həmin məktubda təbii qazdan qeyri-qanuni istifadəyə görə 216 manat pulun silinməsini xahiş etmişdir. İddia əsassızdır və təmin edilməməlidir. Belə ki, 04.02.2020-ci il tarixində Cavabdeh Ağsu RQİİ-nin Şamaxı XS-nin əməkdaşları Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 04.02.2020-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G-6 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 29/1710-02293 saylı 30.07.2020-ci il tarixli akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfən əzilməsi, və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkar olunmuş, qaz itkisi əmələ gəlmiş sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən İddiaçı yaşadığı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 30.07.2020-cu il tarixli, ******* nömrəli “Təbii X4nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ- nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 30 iyul 2020-ci il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı adına olan Şamaxı XSnin abonent bazasındakı **********0240 nömrəli abonent koduna 2160 m3-216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin C12 may 2011-ci il tarixli 80 nömrəli X4 haqqında Qərarın 6.5 bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə,qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, cavabdeh Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan İddiaçı hesablanmış 216 manat məbləğin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 04.02.2020-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, İddiaçı evində olan “Elster” tipli, G-6 markalı ******* nömrəli qaz sayğacı “Zenner” markalı **********2 nömrəli qaz sayğacı ilə əvəz olunmuşdur. “Elster” tipli, G-6 markalı ******* nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh 30.07.2020-ci il tarixli № MSK-29/1710-02293-1 saylı qaz sayğacının yoxlanılması barədə aktın surətindən görünür ki, “Elster” tipli, G-6 markalı ******* nömrəli qaz sayğacının yoxlanılması zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii X4nın pozulması haqqında 30.07.2020-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, Cavabdeh 29/1710-02293-1 saylı aktına əsasən aşkarlanmış qüsur zamanı dəymiş ziyanın hesablanması qərara alınmışdır. Bu zaman həmin mənzildə qaz piltəsi PQ- 4, radiator peçi və tutumlu su qızdırıcısı olunmuşdur. Dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan 30.07.2020-ci il tarixli Ağsu X5 İdarəsinin qərarından görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddət 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 30.07.2020-ci il tarixli № ******* nömrəli akt göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evində quraşdırılmış sayğacda qüsurların olduğunu müəyyən edən cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən qaz sərfiyyatına görə ona 216 manat borc hesablamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X4nın təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “X4”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi İddiaçı yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış həmin borc Cavabdeh tərəfindən silinməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliliklə də məhkəmə hesab edir ki, İddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, eləcə də 30.07.2020-ci il tarixli № ******* akt X4nın tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən, iddia təmin edilməli, akt etibarsız sayılmalı, sərfiyyat üzrə hesablanmış 216 manat borc İddiaçı abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh Ağsu X5 İdarəsinin tərtib etdiyi təbii X4nın pozulması haqqında 30.07.2020-ci il tarixli № ******* saylı akt etibarsız hesab olunsun, həmin akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 216 manat məbləğində borc İddiaçı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar