Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-617/2023 13.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Şahdağ Milli Parkının nümayəndəsi X1, Cavabdeh və onun qanuni nümayəndəsi X3 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının Şahdağ Milli Parkının Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Şahdağ Milli Parkı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 51,49 manat ziyan məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının Şahdağ Milli Parkının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun qanuni nümayəndəsi X5 iddianın əsassız olduğunu bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə, iddiaçı tərəfindən verilən iddia ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsində Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməmiş, eyni zamanda həmin nöqsanlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Şahdağ Milli Parkının Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, iddia ərizəsində cavabdeh qismində Cavabdeh göstərilsə də, X2 51,49 manat ziyan məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikasının Şahdağ Milli Parkının Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-617/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-617/2023
13.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver