Məhkəmə qərarları › İş №2(074)-633/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-633/2023

24.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-633/2023 24.07.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, torpaq üzərində mülkiyyət hüququna dair JN-283 saylı 41006018 kodlu Dövlət Aktının aktda adları olan X7, X6 və X12 ilə birlikdə ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Aqrar islahat komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə ona və ailə üzvlərinə 2,16 ha torpaq sahəsi verilmişdir. Torpaq üzərində mülkiyyət hüququna dair JN-283 saylı 41006018 kodlu Dövlət Aktına əsasən Göylər kəndi ərazisində olan 2,16 ha torpaq sahəsi onların ailəsinin mülkiyyətinə verilmişdir. Hazırda həmin torpağa çıxarış almaq istəyirlər. Dövlət Aktını Daşınmaz əmlakın Dövlət reyest xidmətinə təqdim edərkən məlum oldu ki, orada onun adı, soyadı və ata adı düzgün yazılmamışdır. Belə ki, Ərizəçi əvəzinə X1 yazılmışdır. DƏDRXnin 14 saylı Ərazi İdarəsindən səhvin düzəlməsini xahiş etdi. Lakin DƏDRX-nin 14 saylı Ərazi İdarəsi bu səhvi düzəltməkdən imtina etdi. Bildirdilər ki, məhkəməyə müraciət olunmalıdır. Onun adı, soyadı Ərizəçidır. xx.xx.1960-cı il tarixdə Salyan rayonu Parça-Xələc kəndində doğulmuşdur. 1991-ci ildə Göylər kəndində yaşayan X5 ərə getmişdir. Hal-hazırda həmin kənddə yaşayır. Nikahları yoxdur. Odur ki, torpaq islahatı keçirilən zaman soyadını səhvən ərinin soyadı ilə Xəlilov kimi yazmışlar, adı, soyadı da səhv yazılmışdır. Göylər kəndində, X3 ailəsində X8 adlı şəxs yoxdur və ümumiyyətlə olmamışdır. Bu elə o özüdür. Torpaq üzərində mülkiyyət hüququna dair JN-283 saylı 41006018 kodlu Dövlət Aktı da həmin aktda göstərilən X7, X6, X12 ilə birlikdə ona, yəni, Ərizəçi məxsusdur. Azadxan həyat yoldaşı, Səltənətlə Rəşid isə övladlarıdır. Torpaq üzərində mülkiyyət hüququna dair JN-283 saylı 41006018 kodlu Dövlət Aktında göstərilən torpaq sahəsi də faktiki olaraq verildiyi gündən onların istifadəsindədir. Bunu təsdiq edəcək kifayət qədər sənədləri və şahidləri var. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı şəxs DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-0283 KOD 41006018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X7, X6, X8, X10 Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə 2,16 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 24 yanvar 2023-ciü il **********39 saylı məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş JN-0283, kod 41006018 nömrəli dövlət aktında onların və ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri-mümkündür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Salyan rayonunda doğulmuşdur. İş materiallarında olan Şamaxı RİHB-nin Göylər kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-75-26/2-34-2023 saylı arayışından görünür ki, torpaq islahatı zamanı onun ailə üzvləri Ərizəçi adları Şamaxı rayonun Göylər kəndi ərazisində torpaq sahəsi almaq hüquqi olan subyektlərin siyahısında texniki səhv olaraq düzgün qeyd olunmamışdır. X8 adında şəxs heç vaxt Şamaxı rayonun Göylər kənd ərazisində yaşamamış. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının 22 fevral 2023-cü il tarixli 3-48-11 F/ 2-X-44-14 saylı Arxiv Çıxarışından görünür ki, Şamaxı rayon Göylər kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996- 2000-ci illərin şəxs hesab 1933№-li təsərrüfatbaına kitabında X3 təsərrüfatında ailə tərkibi: X7-ailə başçısı, X2-arvadı, X4-arvadı, X6-qızı, X12-oğlu, X13-oğludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi adı, soyadı atasının adı ona məxsus bütün sənədlərdə Ərizəçi kimi göstərilsə də, Torpağın mülkiyyətə verilməsinə dair JN-0283 saylı 41006018 kodlu Dövlət aktında adlarında və soyadlarında səhvlər vardır. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “Ərizəçi” ilə digər sənədlərdə göstərilən “X8”nun eyni şəxslər olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı ərizəçi tərəfindən, onlara aid olan sənədlər kimi məhkəməyə təqdim olunmuşdur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyri-mümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, torpağın mülkiyyətə verilməsinə dair, JN-0283 41006018 nömrəli dövlət aktının X7, X6 və X12 ilə birlikdə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 305- 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair, JN-0283 41006018 nömrəli dövlət aktının X7, X6 və X12 ilə birlikdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar