Məhkəmə qərarları › İş №2(074)-633/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-633/2025

19.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-633/2025 19.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız borcun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti əməkdaşlarının ona tətbiq etdiyi 31 yanvar 2025-ci il tarixli, 371371 saylı aktında “abonentin sayğacından yük keçdiyi halda sayğacın keçən yükü qeyd etməməsi” iddiasının əsassız olması və onların bu əsasda dəymiş ziyana dair ona yazdıqları 650 (altı yüz əlli) manat cərimə borcunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 31 yanvar 2025-ci il tarixli, 371371 saylı aktın ona verilmiş surətindən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən istifadələrində olan PAUD-MP106 tipli, **********1 nömrəli elektrik sayğacına (abonent kodu **********00248) baxış keçirilən zaman “abonentin sayğacından yük keçdiyi halda sayğac keçən yükü qeyd etməyir" bəhanəsi ilə ona ümumilikdə 650 (altı yüz əlli) manat cərimə yazıldığı bildirilmişdir. Lakin, həmin cərimə borcu barədə ona hər hansı sənəd vermədilər. Həmin aktda yazılanlardan görünür ki, əməkdaşlar tərəfindən sayğacdan keçən yük ampermetrlə ölçülmüşdür və həmin sayğacın dəyişdirilərək SMART sayğacı ilə əvəz edilməsi qərara alınmışdır. Bildirir ki, həmin vaxt "xxxx" ASC-nin əməkdaşlarının törətdiyi qanunsuz əməl odur ki, onlar cərimə yazmaq üçün heç bir bəhanə tapmamış və sonradan isə yazıblar ki, guya sayğac ondan keçən yükü qeyd etmir. Bildirir ki, o, ümumiyyətlə elektrik şəbəkəsindəki sayğaca qətiyyən yaxın getmir və heç vaxt ona müdaxilə etməmişdir. "Azərişıq” ASC-nin əməkdaşlarının özləri də gördülər ki, o, sayğaca müdaxilə etməyərək heç bir qeyri-qanuni əməllər törətməmişdir. Lakin sonradan onlar xəbər göndərdilər ki, o, 650 (altı yüz əlli) manat cərimə borcunu ödəməlidir, əgər ödəməsə istifadə etdiyi elektrik enerjisi xəttini ümumi şəbəkədən ayıra bilərlər. Məhkəməyə bildirir ki, ona verilmiş aktın surətində yazılanlar və həmçinin ona 650 manat cərimə yazılması tam əsassızdır. Belə ki, əgər elektrik sayğacının istismar müddəti başa çatdığına görə işləmirsə və yaxud bu sayğac əvvəldən texniki qüsurlu olubsa, bu onun təqsiri deyildir. Digər tərəfdən əvvəldən texniki qüsurlu olması ilə əlaqədar işləmirdisə, belə halda bu fakt əvvəldən tez bilinərdi. Deməli sözügedən sayğac əgər guya ondan keçən yükü qeyd etmirsə, deməli onun istismar müddəti bitdiyinə görə işləmirdi. Bunlar isə onun təqsirli olmağı anlamına gəlmədiyinə görə o, heç bir halda cərimə edilməməlidir. Odur ki, ona yazılmış 650 manat cərimə borcu ləğv edilməlidir. Qeyd edir ki, "Azərişıq” ASC-nin əməkdaşları onlara bu aktın adi surətini verdilər. Ona görə də məhkəmədən xahiş edir ki, ona yazılmış cərimə aktının təsdiq olunmuş nüsxəsinin, həmçinin ödəniş cədvəli varsa onun da təsdiq olunmuş nüsxəsinin, o cümlədən cərimə borcu barədə sənədin iş materiallarına daxil edilməsi üçün "Azərişıq” ASC-yə sorğu göndərilməsi təmin edilməlidir. Məhkəməyə yekun olaraq bildirir ki, son illərdə Şamaxı rayonunda "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisi istifadəçilərinə qarşı belə haqsız əməllər baş alıb getməkdədir. Abonentlərə əsassız cərimələr yazılması göz qabağındadır və bu kimi çoxsaylı qanunsuz əməllər "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən qəsdən törədilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız olaraq hesablanmış 650.00 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şamaxı rayonu, Quşçu kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00248 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2025-ci il tarixində "Azərişıq” ASC-nin əməkdaşları E.Əhmədov və R.Nəbiyev tərəfindən Şamaxı rayonu, Quşçu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacından yük keçdiyi halda sayğacın keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar "Elektrik enerjisindən istifadə Qaydalarfnın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2025-ci il tarixli, R371371 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2025-ci il tarixində Şamaxı EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli, R371371 saylı akta əsasən "Azərişıq” ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 100 gün üçün üçün 0.084 manatla 667 kvt.s (dəyəri 56.03 manat), 0.10 manatla 333 kvt.s (dəyəri 33.30 manat) və 0.15 manatla 3731 kvt.s (dəyəri 559.65 manat) toplamda 648.98 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. "EEİQ"-nın 8.17-2-ci yarımbəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, Şamaxı rayonu, Quşçu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2025-ci ıl tarixli R371371 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 31 yanvar 2025-ci il tarixli, R371371 saylı aktın surətindən görünür ki, “EEİQ” uyğun olaraq abonentin elektrik sayğacına baxış keçirilən zaman abonentin sayğacından yük keçdiyi halda sayğacın keçən yükü qeyd etmədiyi məlum olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Şamaxı rayonu, Quşçu kəndində X2 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********00248 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X1 əməkdaşları tərəfindən sayğaca baxış keçirmiş və baxış zamanı abonentin sayğacından yük keçdiyi halda sayğacın keçən yükü qeyd etmədiyi aşkar edilmişdir. 31 yanvar 2025-ci il tarixli, R371371 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 100 gün üçün üçün 0.084 manatla 667 kvt.s (dəyəri 56.03 manat), 0.10 manatla 333 kvt.s (dəyəri 33.30 manat) və 0.15 manatla 3731 kvt.s (dəyəri 559.65 manat) toplamda 648.98 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Lakin İddiaçı sayğacından yük keçdiyi halda sayğacın keçən yükü qeyd etməməsi və sayğacın bu qüsurunun olmasında məhz istehlakçının təqsirini təsdiq edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin İddiaçı 648,98 manat itirilmiş enerji dəyəri hesablandığı halda o, 650 manat cərimə borcunun silinməsini xahiş etmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə olunması halı təsdiq edilmədiyindən, 648,98 manat borc İddiaçı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 31 yanvar 2025-ci il tarixli, R371371 saylı akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 648,98 manat pul İddiaçı abunə hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar