Məhkəmə qərarları › İş №2(074)-640/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-640/2020

10.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-640/2020 10.08.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair” mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, torpaq üzərində mülkiyyət hüququna dair JN-181 saylı 41006038 kodlu Dövlət Aktının X6, X2 ilə birlikdə həm də mərhum atası X3, mərhum qardaşı X4 və ona, Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşməsinə dair ərizə təqdim edərək, torpaq üzərində mülkiyyət hüququna dair JN-181 saylı 41006038 kodlu Dövlət Aktının X6, X2 ilə birlikdə həm də mərhum atası X3, mərhum qardaşı X5 və ona, Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahat verib bildirdi ki, atası X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Atasından miras qalmış torpaq sahəsinə vərəsəlik açdırmaq istəyirlər. Torpağa mülkiyyət hüququna dair JN-181 saylı 41006038 kodlu Dövlət aktını Notariusa təqdim edərkən məlum olmuşdur ki, dövlət Aktında adları olan üç nəfərin adlarında ata adlarında səhvlər var. Belə ki, mərhum atası Bilalov Məlikməmmədin atasının adı Hacat olduğu halda Hacı yazılmış, mərhum qardaşının adı Raman əvəzinə Ramin, onun adı isə Maqsud əvəzinə Maxsud kimi qeyd olunmuşdur. Səhvin düzəldilməsi üçün DƏDRX-nin 14 saylı ərazi idarəsinə müraciət etmiş, səhvin düzəldilməsindən imtina olunmuşdur. Bildirmişlər ki, məhkəməyə müraciət olunmalıdır. Şamaxı rayon X12 xx xxxxxxx 1998-ci il tarixli 16 saylı qərarı ilə Torpaq üzərində mülkiyyət hüququna dair JN-181 saylı 41006038 kodlu Dövlət Aktına əsasən Dağ Bağırlı kəndində 0,74 ha torpaq sahəsi ailəsinin mülkiyyətinə verilmişdir. Atasının ata adı Hacatdır. İslahat vaxtı texniki səhv olmuş Hacat əvəzinə Hacı, Raman əvəzinə Ramin, Maqsud əvəzinə Maxsud kimi yazılmışdır. Belə olmasına baxmayaraq hamı bilir ki, Torpaq üzərində mülkiyyət hüququna dair JN-181 saylı 41006038 kodlu Dövlət Aktında göstərilən torpaq sahəsi X6, X2 ilə birlikdə həmdə mərhum atası X3, X5 və ona, Ərizəçi məxsusdur. Odur ki, torpaq üzərində mülkiyyət hüququna dair JN-181 saylı 41006038 kodlu Dövlət Aktının X6, X2 ilə birlikdə həm də mərhum atası X3, mərhum qardaşı X5 və ona, Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qisimdə dindirilmiş X22 və X25 ifadə verib bidirdilər ki, ərizəçini tanıyırlar. Ərizəçinin mərhum atasının adının X8, mərhum qardaşı X5 və ərizəçinin adının Ərizəçi kimi tanıdıqlarını bildirdilər. Məhkəmə proses iştirakçılarını, şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan JN-1xx xxx 41006038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X11, X6, X9, X7, X1 Şamaxı rayon X12 xx xxxxxxx 1998-ci il tarixli 16 nömrəli qərarı ilə 0,74 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin xx xxxx 2020-ci il tarixli № 05/Q-483/69 saylı arayışından görünür ki, X8 xx.xx.1963-cü ildə Şamaxı rayonu Bağırlı kəndində anadan olmuşdur. Atası X13, anası X17r. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin xx xxxx 2020-ci il tarixli № 05/Q-478/69 saylı arayışından görünür ki, X10 xx.xx.1984-cü ildə Şamaxı rayonu Dağ- Bağırlı kəndində anadan olmuşdur. Atası X13, anası X17r. İş materiallarında olan V-ЖГ № 312038 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxxxx 2000-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 076218 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Şamaxı rayonu Dağ-Bağırlı kəndində doğulmuşdur. İş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin xx xxx 2020-ci il tarixli **********89 saylı məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Şamaxı rayon X12 xx.xx.1998-ci il tarixli 16 saylı qərarına əsasən hazırlanmış JN- 181 , kod 41006038 nömrəli dövlət aktında sizin və ailə üzvlərinizin adları düzgün göstərilməmişdir. Sənədləri verən orqan- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyri-mümkündür. Sənədlərinizdə uyğunsuzluq olduğu üçün Sizin ərizənizin icrasından imtina olunur. Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Şamaxı rayon X12 xx xxxxxxx 1998-ci il tarixli 16 nömrəli qərarı ilə X11, X6, X9, X7, X1 0,74 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN-1xx xxx 41006038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin aktda mərhum atası Bilalov Məlikməmmədin atasının adı Hacat olduğu halda Hacı yazılmış, mərhum qardaşının adı Raman əvəzinə Ramin, öz adı isə Maqsud əvəzinə Maxsud kimi göstərilmişdir. Həmin sənədin düzəldilməsi ilə bağlı DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə müraciət etsələrdə sənədi verən orqan Dövlət Torpaq və Xəritəçəkmə komitəsi ləğv olunduğundan adlarda olan səhvin düzəldilməsinin qeyri mümkün olduğu bildirilmişdir. JN-1xx xxx 41006038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X6, X2 ilə birlikdə həm də mərhum X3, mərhum X5 və Ərizəçi məxsus olması faktı işdə olan sənədlərlə və şahid ifadələri ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində nəzərdə tutulmuş qaydada qiymətləndirərək hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şamaxı rayon Şöbəsi tərəfindən hazırlanmış JN-1xx xxx 41006038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X6, X2 ilə birlikdə həm də mərhum X3, mərhum X5 və Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şamaxı rayon Şöbəsi tərəfindən hazırlanmış JN-1xx xxx 41006038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X6, X2 ilə birlikdə həm də mərhum X3, mərhum X5 və Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar