Məhkəmə qərarları › İş №2(074)-648/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-648/2025

04.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-648/2025 04.09.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X10 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı xx.xx.1978-ci il təvəllüdlü X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı X3 çox ağır dərəcəli anadangəlmə əqli gerilik, revmatoid artrit poliartritik forma, tam hərəkət məhdudluğu diaqnozu qoyulmuş və ona birinci dərəcəli əlillik verilmişdir. Ümumi xəstəliklər səbəbindən sağlamlığında problemlər olduğu üçün, daima kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı olur. Buna görə də, bacısı məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və bundan sonra ona qəyyum təyin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 avqust 1978-ci ildə Saatlı rayonunda doğulmuş, atası X6, anası X5r. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X3 “Çox ağır dərəcəli anadangəlmə əqli gerilik, Revmatoid artrit poliartritik forma, tam hərəkət məhdudluğu” diaqnozu qoyulmuş və ona birinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarilxi 1868 saylı rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik müəyyən edilir. X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, Saatlı rayonunda doğulmuş 01 avqust 1978-ci il təvəllüdlü X4 öz hərəkərlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətində olmadığı ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam təsdiq edilir. Buna görə də, məhkəmə hesab edir ki, onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2 maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da, məhkəmə hesab edir ki, Saatlı rayonunda doğulmuş 01 avqust 1978-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Saatlı rayonunda doğulmuş 01 avqust 1978-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar