Məhkəmə qərarları › İş №2(074)-677/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-677/2021

11.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-677/2021 11.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İBnin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış borc məbləğinin silinməsi tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət edərək, qanunsuz hesabına vurulmuş 3477,58 manat pulunun iddia müddəti buraxıldığı üçün hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdam rayonundan məcburi qaçqın düşərək Şamaxı rayonunda məskunlaşmışdır. Həmçinin yaşadığı mənzildə qazdan istifadə etmişdir. Qaz istehlakçısıdır. İstifadə etdiyi qazın dəyərini həmişə ödəmişdir. Qazın abunə kodu **********01570 olmaqla onun adındadır. Qaza görə olan borcunu dövlət qaçqınkom idarəsi tərəfindən həmişə ödənilmişdir. Sonradan isə qaza görə ödənişləri hər bir vətəndaş özü tərəfindən ödənilməsinə başlanılmışdır. O, hər ay istifadə etdiyi qazın borcunu ödəmiş, qaza görə heç vaxt borcu olmayıb. Bir neçə ay qabaq ona məlum olmuşdur ki, onun qaz abunə kodunda 3477,58 manat debitor borc vardır. Halbuki, onun o qədər borcu olmayıb. Heç vaxt ona borcla bağlı bildiriş verilməyib. Bundan sonra o, qaz idarəsinə getmiş, orada borcun əsasən 2010-2017-ci illərdə yarandığı bildirilmişdir. O, borcun əsassız olduğunu bildirib və onun hesabında olan borcu silmələrini xahiş etmişdir. Lakin bir nəticə olmayacağını yalnız bu işi məhkəmə qaydasında həlinin mümkün olmasını ona bildirmişlər. O, borcla bağlı **********01570 nömrəli saldosunu əldə etmişdir .Saldoda onun 2017-ci ilin mart ayına 3477,58 manat borcunun olduğu açıq aydın görünür. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qazdan istifadəyə görə yaranmış 3226,18 manat borc məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun ümumilikdə isə 3256,58 manatın tutularaq Cavabdeh hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yaşayan İddiaçı ''Azəriqaz" İstehsalat Birliyinə qarşı Şamaxı rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanaraq abonent koduna vurulmuş 3477,58 manat məbləğin silinməsini xahiş etmişdir. ünvan 2 ünvanda yaşayan İddiaçı iddia ərizəsi rədd edilməli və Cavabdeh qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Cavabdeh Ağsu X5 idarəsinin Şamaxı XS-də abonent kimi qeydiyyatda olan İddiaçı mənzilinə 17.02.2017-ci il tarixdə SMART-kart tipli qaz sayğacı quraşdırılmışdır. 2017-ci il tarixdən hazırkı vaxta kimi abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman həmin məbləğin 50%-i həcmində tutularaq abonent bazasında olan borcdan silinmişdir. Cavabdeh 2017-ci il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Belə ki, cavabdeh tərəfindən 2017-ci ilin əvvəlindən başlayaraq keçən 3 il 9 ay ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Cavabdehin hazırkı vaxta yaranmış 3226,18 manat borcu vardır ki, həmin borc real sayğac göstəricisi əsasında yaranmışdır. Cavabdeh İddiaçı mənzilinə 2010-cu ilin oktyabr ayında sayğac quraşdırımış, abonentin qaçqın statusu olduğundan abonentə 2017-ci il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin cavabdeh 2010-cu ildən 2017-ci il tarixə kimi dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. 2010-cu ilin oktyabr, noyabr və dekabr ayları üçün 63 manat, 2011-çi il üçün 181 manat, 2012-ci ili üçün 168 manat, 2013-cü il üçün 132 manat, 2014-cü ili üçün 150 manat 2015ci ili üçün 168 manat və 2016-cı il üçün 168 manat ayrılmışdır. Lakin abonent İddiaçı ayrılmış İimitdən artıq istifadə edərək 2017-ci ilin fevral ayına kimi 3477 manat borcu yaranmış və yaranmış borc İddiaçı abonent bazasında öz əksini tapmışdır. Ağsu RQİİ-nin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Cavabdehə sayğac quraşdırıldığı tarixdən etibarən cavabdeh istifadə etdiyi təbii qaza görə bir dəfə olsun belə könüllü ödəniş aparmamışdır. Eyni zamanda cavabdeh qazdan istifadə ilə bağlı müvafiq qaydada müqavilə bağlamaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, ona borcu haqqında heç kim məlumat verməyib. Əgər borcu barədə ona məlumat verilsəydi borcunu vaxtında ödəyərdi. Həmçinin bu məbləğdə borcu olduğu halda istifadə etdiyi qazın kəsilməməsi isə çox maraqlıdır. 2017-ci ilədək qaçqın limitindən istifadə etdiyi üçün pul ödəməyib. Daha sonra isə smart kart ilə ödənişlər edib. İlkin iddia ərizəsinin əsaslı olduğunu bildirərək təmin olunmasını, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 qarşılıqlı iddianı müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, qaçqın və məcburi köçkünlərə müəyyən limit ayrılmışdır. Həmin limiti keçən zaman isə borc yazılır və bu barədə bildiriş göndərilir. İddiaçının saldosundan görünür ki, o hər dəfə ayrılmış limitdən artıq istifadə edib, lakin yaranmış borcunu ödəməmişdir. abonentin saldosundə görünən borc təbii qadan istifadə ilə bağlı yaranmış borcdur. Buna görə də ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilkin iddia üzrə iddiaçını və ilkin iddia üzrə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı 17.02.2017-ci il tarixli aktının surətindən görünür ki, ünvan 3 ünvanında İddiaçı fərdi yaşayış evinə verilən qaz xətti üzərində quraşdırılmış Elestr G4T nömrəsi 10044399 saylı qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan 16.05.2021-ci il tarixli 42 nömrəli Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin Şamaxı rayon bölməsinin arayışından görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür və Şamaxı şəhəri, H.Cavid küçəsi ev 19 A mənzil 2 ünvanında müvəqqəti məskunlaşır. İş materiallarında olan abonentin saldosundan görünür ki, cavabdeh İddiaçı təbii qazın istifadə limiti 2010-cu ilin oktyabr, noyabr və dekabr ayları üçün 63 manat, 2011-çi il üçün 181,50 manat, 2012-ci ili üçün 168 manat, 2013-cü il üçün 132 manat, 2014-cü ili üçün 150 manat, 2015-ci ili üçün 168 manat və 2016-cı il üçün 168 manat ayrılmışdır. İş materiallarında olan Şamaxı şəhəri, H.Cavid küçəsi ev 19 A mənzil 2 ünvanında yaşayan abonentin saldosundan görünür ki, abonent hesabına ümumilikdə 3477,58 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "Azəriqaz" Səhmdar Cəmiyyəti (bundan sonra Cavabdeh) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçının yaşadığı fərdi yaşayış evi Cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, daha sonra ilkin iddia üzrə iddiaçının yaşadığı fərdi yaşayış evinə Smart-kart tipli sayğac quraşdırılımışdır. İlkin iddia üzrə iddiaçı təbii qazdan istifadə etsə də, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Abonent saldosundan görünür ki, ilkin iddia üzrə iddiaçı ayrılımış qaçqın limitindən istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Onun təbii qazdan istifadəyə görə 3226,18 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının istifadə etdiyi təbii qaza görə yaranmış borc məbləğinin silinməsi ilə bağlı ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməli, ilkin iddia üzrə cavabdeh isə qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələb etməkdə haqlı olduğundan qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehə aid edilməli və buna görə də qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair ilkin iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. ünvan 1 ünvanda yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qazdan istifadəyə görə yaranmış 3226,18 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30,40 manat pul tutularaq Cavabdeh hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar