Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-678/2025 12.06.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 19 iyul 2024cü il tarixli ******* saylı akt əsasında hesablanmış 889,92 manat borc məbləğinin onun abunə hesabından silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şamaxı şəhəri, 48 saylı məhəllə ev 26-da yaşayır və abonent olaraq təbii qazdan istifadə edir. 2024-cü ilin aprel aında Cavabdeh İB-nin əməkdaşları gəlib, sayğacı dəyişmiş və bundan sonra ona 889,92 manat cərimə hesablamışdırlar. O, bunu tam əsassız hesab edir. Belə ki, onun ünvanında heç bir qeyri-qanuni xətt olmayıbdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəməyə gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işə işitirakı olmadan baxlmasını xahiş etmişdir. Eyni zamanda, cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz ərizəsi təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 iyul 2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Şamaxı şəhəri, 48 a məhəlləsində yerləşən fərdi yaşayış evinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, abonentin ünvanında sayğacın çıxış plasmas borusunun fiziki təsir nəticəsində deşildiyi müəyyən edilmiş, dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, İddiaçı məxsus Şamaxı şəhəri 48 a məhəlləsində yerləşən fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 7416 kub metr olmaqla ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, Şamaxı şəhəri, 48 a məhəlləsindəa yerləşən fərdi yaşayış evində yaşayan abonent İddiaçı 2024-cü ilin avqust ayına 889,92 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, istehlakçının təbii qazdan qeyri-qanuni istifadə etməsi halı öz təsdiqini tapmadığından, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş 19 iyul 2024-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 889,92 manat borc məbləği İddiaçı abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda, 30 manat həcmində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş 19 iyul 2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 889,92 manat borc məbləği İddiaçı abunə hesabından silinsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-678/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-678/2025
12.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver