Məhkəmə qərarları › İş №2(074)-70/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-70/2023

06.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-70/2023 06.03.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova ZüleyxaKamil qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi (maraqlı şəxs Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1, ev 78 mənzil 6-da yaşayan oğlu xx.xx.1989-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Elvin adlı xəstə bir oğlu vardır, xx.xx.1989-cu il təvəllüdlüdür. Anadangəlmə xəstədir. Uşaq beyin serebral iflicinin qalıqları, aşağı ətrafların paraplegiyası, əsas xəstəlik fonunda nitqin pozulması və intellektin enməsi diaqnozu ilə xəstəxana qeydiyyatındadır və ömürlük birinci qrup əlildir.Özözünü idarə edə bilmir. Yaza bilmir, danışa bilmir, lazım olanda sənədlərə imza edə bilmir. Onunla bağlı hər hansı bir iş olarkən onlar heçnə edə bilmirlər. Ondan qəyyumluq sənədi tələb edir. Bu səbəbdən hazırda ona qəyyum təyin olunmalıdır. İcra hakimiyyəti yanında Qəyyumluq və himayə orqanına müraciət edib. Ona bildirildi ki, məhkəməyə müraciət edilməlidir, məhkəmə oğlunun fəaliyyət qabiliyyətli şəxs olub-olmamasını müəyyən edilməlidir. Göstərir ki, oğlu həqiqətən də uşaqlıqdan serebral iflicdir. Beyin iflici keçirmişdir. Əqli gerilik var. Qulaqları eşidir, ancaq heç nə anlamır və danışmır. Düzdür ruhi xəstə kimi ruhi əsəb kabinetində qeydiyyatda deyil, amma nevroloji kabinetdə uşaq serebral iflici, spastik paraplegiya diaqnozu, nitqin tutulması və intellektin enməsi diaqnozu ilə qeydiyyatdadır. Özünü idarə etmək iqtidarında deyil. Məhkəmə istəsə onun barəsində ekspertiza təyin edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi qıznın nümayəndəsi X5 ərizənin əsaslı olduğunu bildirərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XİV-ЖГ №435403 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1989-cu il də Şamaxı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 3322 saylı rəyindən görünür ki, X4 dərin dərəcəli əqli gerilik müəyyən edilir. X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 müəyyən edilən dərin dərəcəli əqli gerilik, ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, ünvan 1, ev 78 mənzil 6-da yaşayan xx.xx.1989-cu il təvəllüdlü X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin nümayəndəsinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X6 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin Respublikasının MPM-nin 321.2 maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, oğlu ünvan 1, ev 78 mənzil 6-da yaşayan xx.xx.1989-cu il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 2 ünvanında yaşayan xx.xx.1989-cu il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar