Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-705/2023 06.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Nüydü kəndində qeydiyyatda olan və yaşayan oğlu – xx.xx.1992-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X6 ruhi xəstədir, ağır dərəcəli əqli gerilik (F72) diaqnozu ilə dispanser qeydiyyatındadır, ömürlük birinci qrup əlildir. Onların ümumi mülkiyyətində torpaq sahəsi var və onun idarəçiliyi ilə bağlı sərbəst olaraq öz hüquqlarını həyata keçirə bilmir. Oğlu əmlakları üzərində sərbəst olaraq sərəncam verə bilmir və başqasının yardımına ehtiyacı vardır. Oğluna qəyyum təyin olunmalıdır. Şamaxı rayon İHBnın Qəyyumluq və himayə orqanına müraciət etmiş və oradan bildirilmişdir ki, məhkəməyə müraciət olunmalıdır. Bundan sonra ona qəyyum təyin oluna bilər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1992-ci ildə doğulmuş, atası X3, anası Ərizəçidır. İş materiallarında olan Şamaxı RİHB-nın Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1992-ci ildə Şamaxı rayonunun Nüydü kəndində anadan olmuş X6 hal-hazırda Şamaxı rayonunun Nüydü kəndində qeydiyyatdadır. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şamaxı rayonu, Nüydi kəndində yaşayan xx.xx.1992-ci il təvəllüdlü X1 RMX-nin Ruhi-əsəb kabinetində “ağır dərəcəli əqli gerilik” (F72.0) diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli sənəddən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X5 “F72 ağır dərəcəli əqli gerilik, ağır dərəcəli əqli gerilik (İQ-24), davranış pozuntuları ilə ağırlaşdırma F72.1, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik (İQ-24), davranış pozuntuları” diaqnozu qoyulmuş və ona müddətsiz birinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilir. xx.xx.1992-ci il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə hərəkətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, N.V.Kərimovu öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Beləliklə, Şamaxı rayonu, Nüydü kəndində anadan olmuş xx.xx.1992-ci il təvəllüdlü X6 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1992ci il təvəllüdlü X6 psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2 maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Şamaxı rayonu Nüydü kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olan və yaşayan xx.xx.1992-ci il təvəllüdlü X6 öz psixi vəziyyətinə görə, hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Şamaxı rayonunun Nüydü kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olan və yaşayan xx.xx.1992-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-705/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-705/2023
06.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver