Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-713/2020 02.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçının Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi və aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi və aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X5 onun himayəsinə verilməsi və 18 yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi, alimentin tutulmasının ərizənin məhkəməyə daxil olduğu gündən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verib bildirdi ki, o, cavabdehlə 2008-ci ilin iyul ayında faktiki nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X7 anadan olmuş, 2014-cü ilin yanvar ayına kimi faktiki nikahları davam etmiş, daha sonra münasibətləri pisləşmiş təxminən 2016-cı ilin sentyabr ayında cavabdeh onun evindən çıxaraq öz valideynlərinin evinə getmiş, ikinci övladı xx.xx.2017-ci il təvəllüdlü X7 cavabdehin öz valideynlərinin evində dünyaya gəlmişdir. Cavabdeh 2017-ci ildə Şamaxı rayon Məhkəməsinə atalığın müəyyən olunması və aliment tələbi ilə müraciət etmiş və Şamaxı rayon Məhkəməsinin xx xxx 2017-ci il qətnaməsilə atalıq müəyyən olunmuş hər uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün hər bir uşağa 80 manat olmaqla, cəmi 160 manat alimentin tutulması qət edilmişdir. Lakin xx.xx.2010-cu il təvəllüdlü X9 2016-cı ildən bu günə kimi öz yanında yaşamış, bu hal cavabdehin Şamaxı rayon İcra və Probasiya Şöbəsində yazdığı ərizədə də, öz təsdiqini tapmışdır. Özü isə hal-hazırda ikinci dəfə rəsmi olaraq ailə nikaha daxil olmuş, həmin nikahdan bir övladı dünyaya gəlmiş, odur ki, ailə qarşısında olan öhdəliyi artmış, heç bir yerdə işləmədiyi üçün maddi vəziyyəti ağırlaşmışdır. Odur ki, iddiaçı, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, o,xx.xx.2010-cu il təvəllüdlü X9 atası İddiaçı yanındadır. Belə ki, atası onu onun əlindən alaraq əvvəlcə Bakı şəhərin sonra isə Ağsu rayonuna aparmışdır. Məhkəmə iclasında fikri dinlənilən tərəflərin faktiki nikahından doğulmuş xx.xx.2010cu il təvəllüdlü X9 anası Cavabdeh onu atıb getdiyi və dörd yaşından bəri anasını görmədiyini bildirdi. Atasının yanında qalmaq istədiyini qeyd etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İİ № 222745 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6rasındakı nikah xx.xx.2017-ci il tarixdə Sumqayıt Asan xidmət mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1902 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Eynalov, arvada Eynalova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV № 392856 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X8 xx.xx.2018-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X4r. İş materiallarında olan AZ-İV № 151023 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9xx.xx.2010-cu ildəŞamaxı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olanŞamaxı rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(074)- 398/2018 qətnaməsinin surətindən görünür ki, Cavabdeh doğulmuş xx xxxx 2010-cu il təvəllüdlü Səid və xx xxxxxx 2017-ci il təvəllüdlü Yusif adlı uşaqların atasının xx xxxxxx 1983-cü ildəŞamaxı rayonu Məlcək kəndində anadan olmuş İddiaçı olduğu müəyyən olunmuş, İddiaçı xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxx 2010-cu il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 80 manat olmaqla cəmi 160 manat sabit pul mələğində aliment alınıb Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olanCavabdeh Şamaxı rayon İcra və Probasiya şöbəsinə verdiyi xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh ərizə ilə İddiaçı ilə birgə nikahlarından doğulmuş Səid adlı oğlunun atası İddiaçı yanında olduğunu bildirmiş və həmin tarixədək iki uşağa görə ümumilikdə hər ay 160 manat sabit pul məbləğində tutulması lazım olan alimentin 1 uşağa görə ona aylıq 80 manat ödənilməsinə heç bir etirazının olmamasını qeyd etmişdir. İş materiallarında olan Şamaxı rayon Məşğulluq Mərkəzinin xx.xx.2020-ci il tarixli № **********3 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən mərkəzdə işaxtaran kimi qeydiyyatdan keçmişdir. Hal-hazıradək işsizlik müavinatı almamış və adına əmək müqaviləsi bağlanılmamışdır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyanın rəyindən görünür ki, komissiya xx.xx.2010-cu il təvəllüdlü X5 atası İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinəəsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinəəsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, xx xxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü Səid və xx.xx.2017-ci il təvəllüdlü Yusif adlı uşaqların atasının İddiaçı olduğu müəyyən edilmiş və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ataları İddiaçı hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat sabit pul mələğində aliment alınıb Cavabdeh verilməsi qət edilmiş, lakin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 faktiki olaraq atası İddiaçı yanında qalmışdır. Bu fakt Cavabdeh Şamaxı rayon İcra və Probasiya şöbəsinə verdiyi xx.xx.2019-cu il tarixli ərizə ilə öz təsdiqini tapmışdır. İddiaçı isə sonradan yenidən ailə qurmuş və sonrakı nikahdan xx.xx.2018-ci il təvəllüdlü X8 anadan olmuşdur. Hazırda isə İddiaçıikinci ailə qurduğunu, həmin nikahdan bir övladının dünyaya gəldiyini, odur ki, ailə qarşısında olan öhdəliyinin artdığını, heç bir yerdə işləmədiyi üçün maddi vəziyyətinin ağırlaşdığını əsas gətirərək, Cavabdeh ilə birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X5 onun yanında saxlanılmasını və onun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 80 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında fikri dinlənilən faktiki nikahdan doğulmuş Səid Eynallı atası İddiaçı yanında qalmaq istədiyini bildirmiş, həmçinin iş üzrə rəy vermiş qəyyumluq və himayəçilik komissiyası da Səid Eynallının atası İddiaçı yanında qalmasını məqsədəmüvafiq hesab etmişdir. AM-in 75.1-ci maddəsinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə görə isə uşaqların saxlanması üçün vəsait valideyinlərdən məhkəmə qaydasında tutula bilər. AM-in 78.1-ci maddəsinə görə aliment verməyə borclu olan valideyinin qazancı və sair gəliri yoxdursa alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş faktlara məcmu halında qiymət verərək hesab edir ki, həm qəyyumluq və himayəçilik komissiyasının rəyi, həmdə məhkəmə iclasında fikri dinlənilmiş Səid Eynallının fikri nəzərə alınmaqla, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 atası-İddiaçı yanında saxlanılmalı, onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməli, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 iddiaçının (atasının)-İddiaçı yanında qalsın. Cavabdeh xx xxxx 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-713/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-713/2020
02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver