Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-714/2021 26.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs DƏDRX-nin 14 saylı Ərazi İdarəsi) “sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair” ərizəsi üzrə mülki işə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, X5 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN- 0020, kod 41013048 nömrəli şəhadətnamənin ona məxsus olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun X3 adına Şamaxı rayon Məlcək kəndi ərazisində torpaq sahəsi vardır. Atasının xəstəliyi səbəbi ilə həmin torpaq sahəsini satıb, müalicə üçün xərcləmək istəyirlər. Lakin, torpağı satmaq üçün sənədlərini Notariusa təqdim edən zaman onlara təqdim etdikləri torpağın mülkiyyətə verilməsinə dair JN-0020, kod 41013048 nömrəli şəhadətnamədə adlarında müəyyən səhvlər olduğu, onun adının “Qahir” əvəzinə “Tahir”, bacısı hal-hazırda AA seriyalı № ******* saylı şəxsiyyət vəsiqəsinin sahibi X6 isə adının isə “Səmiyyə” əvəzinə “Səlimə” yazıldığı, bu səbəbdən də əməliyyat aparılmasının mümkün olmadığı bildirilmişdir. Onlar şəhadətnamədəki bu səhvi düzəltmək üçün DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyi üçün hazırda bunun mümkün olmadığı, bu səbəbdən də məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Onun əsl soyadı Ərizəçidur. Bacısı X1 isə dəyişiklikdən öncə X7 olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verərək bildirdi ki, ərizə tamamilə əsaslıdır. Şəhadətnamədə adları səhv yazılmışdır. Onun adının “Qahir” əvəzinə “Tahir”, bacısının adı isə “Səmiyyə” əvəzinə “Səlimə” yazılmışdır. Şəhadətnamədə səhvlər olduğunu torpaq sahəsini satmaq istəyərkən müəyyən etmişdir. Buna görə də ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi onun qonşusudur. Onların ailələrində “Tahir” adında şəxs yaşamayıb. Ərizəçinin əsl adı Qahirdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş maraqlı tərəf DƏDRX-nin 14 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan АЗ 443557 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Şamaxı rayonu, Məlcək kəndində anadan olmuşdur. X3, anası X12r. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Şamaxı rayonu, Məlcək kəndində anadan olmuş, Şamaxı rayonu, Məlcək kəndində qeydiyyatdadır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Mirikənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəyi tərəfindən Ərizəçi verilmiş 14.09.2020-ci il tarixli 469 nömrəli arayışından görünür ki, aqrar islahat zamanı onun və bacısının adları texniki səhv olaraq X13 və Mikayılova Səbinə kimi göstərilmişdir. Əslində Ərizəçi və X7 olmalıdır. Məlcək kəndində X13 və X9 adında şəxslər yaşamamışdır. İş materiallarında olan JN-0020, kod 41013048 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, X8, X17, X10, X13 və X11 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il № 30 saylı qərarı ilə 2.68 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 14 saylı ərazi idarəsinin 08 sentyabr 2021-ci il tarixli **********21 saylı məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış JN-0020, kod 41013048 nömrəli dövlət aktında ailə üzvlərinin adları düzgün göstərilməmişdir. Sənədi verən orqan-Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvlərin düzəldilməsi qeyrimümkündür. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Mirikənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəyi tərəfindən Ərizəçi verilmiş 24.08.2021-ci il tarixli 391 nömrəli arayışından görünür ki, o, arvadı-X14, oğlu-X15, atası-X8, anası-X17 və bacısı-X4 ibarət ailə üzvləri ilə birlikdə Şamaxı rayon Məlcək kəndində yaşayırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı, ona məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, JN-0020, kod 41013048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında onun adı “X13” kimi göstərilmişdir. Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən “X13” ilə digər sənədlərdə göstərilən “Ərizəçi”nun eyni şəxs olması şübhə doğurmur. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Sənədi verən orqan- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyinə görə, adlarda olan səhvin düzəldilməsi qeyrimümkün olmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, X5 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-0020, kod 41013048 nömrəli dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0020, kod 41013048 nömrəli dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-714/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-714/2021
26.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver