Məhkəmə qərarları › İş №2(074)-757/2021

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-757/2021

12.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-757/2021 12.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-nə qarşı “aktların etibarsız hesab olunması və qanunsuz hesablanmış borc məbləğinin silinməsi və əsassız alınmış pulun qaytarılması” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB -nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “debitor borcun və qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-nə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağsu X3 İdarəsinin 29 aprel 2020-ci il tarixli ******* saylı və 26 fevral 2021-ci il tarixli ******* saylı aktlarının etibarsız hesab olunması və qanunsuz hesablanmış 1555 manat və 216 manat borc məbləğinin silinməsi və sayğac üçün əsasız olaraq ondan alınmış 140 manat məbləğində pulun ona qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29.04.2020-ci il tarixdə Şamaxı qaz istismarı sahəsinin işçiləri gəlib qaz istismarı qaydalarının pozulması ilə əlaqədar yoxlama aparmışlar. Onun sexinə köhnə vaxtlardan gedən qeyri qanuni xətt aşkar etmişlər. Amma onlarda da gördülər ki, hazırda həmin xətdən istifadə olunmur. Belə ki, əvvəllər onun avtomobillərin təmiri sexində rəngsaz işləri də görülürmüşdür. Həmin vaxt rəngin quruması üçün istilik lazım olurdu. İndi isə buna ehtiyac yoxdur. Hazırda istifadə olunan maşın rənglərinin quruması üçün istiliyə ehtiyac yoxdur. Eyni zamanda o, ancaq dəmirçi işlərini görür. 10 ildən çoxdur ki, qardaşı ilə ayrılmışlar. Yəni, bu xətdən qətiyyən istifadə etmir. Son bir ildə isə ümümiyyətlə sexdə elə də işi olmayıb. Pandemiya dövrü olması ilə əlaqədar müştəri də olmayıb. Qanunsuz da olsa ona 500 manat həmin vaxt ödətdirmişlər. Çünki, evdə azyaşlı nəvələri onunla qaldığından və aprel ayı olsa da havalar soyuq olduğundan 500 manat ödəməsə qazı kəsiləcəyi bildirildiyindən məcbur olub ödəmişdir. Amma işçilər xəttin olduğunu görüblər, ondan istifadə etməyini isə görməmişlər. Ona görə ki, 10 ildən yuxarıdır ki, həmin xəttdən istifadə etmir. Bu akt etibarsız hesab olunmalıdır. Bundan əlavə bu ilin fevral ayında o səhər evdən çıxanda evinə gələn qaz sayğacına yan tərəfdən zərbə vurulub amma plombları yerində idi. Sayğacın yanında bir ədəd bıçağın qoyulduğunu görüb qaz idarəsinə məlumat verib ki, gəlib baxsınlar. Gəlib baxıblar ona deyiblər ki, bir şey yoxdur, onsuz da bu sayğac köhnəlib yenisini qoymalıyıq G.6 markalı sayğacı ona 140 manata satıblar. O biri sayğac köhnə idi, idarə özü dəyişməli idi. Qəbzi də var. Sonra sayğacı dəyişib köhnəni aparmışlar. Daha sonra ona 216 manat əlavə borc yazılıb. Öyrənib ki, köhnə sayğacda plasmas çıxış borusunda deşik aşkarlanıb. Buna görə ona ziyan hesablanıb. Sayğacın saz vəziyyətdə olmasına onlar nəzarət edirlər və məsuliyyət daşıyırlar. O, Cavabdeh yazdıqları ziyan aktını əsassız hesab edir. Bu ziyanla bağlı tərtib olunmuş aktın etibarsız hesab olunmasını və əsassız hesablanmış 216 manat məbləğində borcun silinməsini istəyir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi ev 8 dalan 1 A ünvanda yaşayan İddiaçı mənzilində istifadə edilmiş qeyri qanuni təbii qazdan istifadəyə görə yaranmış 1085 manat manat borc məbləğinin, və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə isə 1115,40 tutularaq ’’Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi ev 8 dalan 1 A ünvanda yaşayan İddiaçı iddia ərizəsi rədd edilməli və Cavabdeh İB-nin qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, Cavabdeh Ağsu X3 İdarəsinin Şamaxı XSdə abonent kimi qeydiyyatda olan İddiaçı mənzilinə SMART-kart tipli qaz sayğacı quraşdırılmışdır. SMART-kart tipli qaz sayğacı quraşdırılmasına baxmayaraq cavabdeh qaz sayğacından kənar təbii qazdan istifadə etmişdir. 29 aprel 2020-ci il tarixdə Ağsu RQİİ-nin Şamaxı XS-nin işçiləri tərəfindən qaz sayğaclarına və qaz xəttlərinə baxış keçirilən zaman İddiaçı sayğacdan kənar təbii qazdan istifadə etməsi müəyyən edilmişdir. Bununla bağlı ******* nömrəli, 29 aprel 2020-ci il tarixli təbii X2nın pozulması haqqında akt tərtib edilmişdir. Akta əsasən abonentin 15552 m3 dəyəri 1555,20 manat dəyərində hesablanaraq abonent bazasında abonent koduna vurulmuşdur. Abonent İddiaçı 29.04.2020-ci il tarixli üzərinə öhdəlik götürərək bildirmişdir ki, mənzilində sayğacdan kənar, qeyri qanuni təbii qazdan istifadə etdiyinə görə hesablanmış dəymiş ziyanla tam razılaşmış və heç bir etirazı olmadığını bildirmiş və hesablanmış 1555,20 manat borc məbləğindən 500 manat ödəniş etmiş qalıq 1055,20 manat borcun hissə-hissə ödəyəcəyinə söz vermişdir. Bundan əlavə 14.01.2021-ci il tarixində Cavabdeh Ağsu RQİİnin ünvan 1 ünvanda yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı 14.01.2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G-4 markalı, 28098866 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 26.02.2021-ci il tarixli, MSK-29/1710-01027-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin plastmas qapaq sınıqdır sayğacın çıxış plastmas borusu deşilməsi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi ev 8 dalan 1 A ünvanda yaşayan İddiaçı isitifadə etdiyi qazın dəyərini ödəməmiş və İddiaçı Şamaxı XS-nin abonent bazasındakı **********10000 nömrəli abonent koduna 216 manat məbləğində istifadə edilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İlkin iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməsə də, cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək 12.10.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə ilkin iddia üzrə iddiaçının və ilkin iddia üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh 05.02.2020-ci il tarixli 03-02/20 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, Cavabdeh İB-yi İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6 markalı, 28098866 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh İB-nin təbii X2nın pozulması haqqında 29 aprel 2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış Elestr G6 nömrəsi 28098866 saylı qaz sayğacına baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar qeyri-qanuni dəmir boru vasitəsilə təbii qazdan istifadə halı aşkar olunmuşdur. İş materiallarında olan 30 aprel 2020-ci il tarixli Ağsu X3 İdarəsinin qərarından görünür ki, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evində itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, 4 ədəd dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, 1 ədəd qeyri standart tutumlu su qızdırıcı maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış 15552 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 29 aprel 2020-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı abonent olduğu Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış Elestr G- 6T nömrəsi 28098866 saylı, sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2020-ci ilin aprel ayı üçün 1555,20 manat və 2021-ci ilin fevral ayı üçün 216 manat debitor borcu yaranmışdır. İş materiallarında olan 29.04.2020-ci il tarixdə İddiaçı tərəfindən tərtib edilmiş ödəlikdən görünür ki, mənzilində sayğacdan kənar, qeyri qanuni təbii qazdan istifadə etdiyinə görə hesablanmış dəymiş ziyanla tam razıdır. Heç bir etirazı yoxdur. Hesablanmış 1555,20 manatın 500 manatını ödəmişdir. Qalan 1055,20 hissə-hissə ödəyəcəyinə və bir daha təbii qazdan qeyri qanuni istifadə etməyəcəyinə söz vermişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının mədaxil qəbzindən görünür ki, İddiaçı sayğacın yenilənməsi üçün 134.03 manat pul ödəmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Cavabdeh İB-nin 14.01.2021-ci il tarixli ******* saylı aktının surətindən görünür ki, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində İddiaçı fərdi yaşayış evinə verilən qaz xətti üzərində quraşdırılmış Elestr G6 nömrəsi 28098866 saylı qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 26 fevral 2021-ci il tarixli qərarından görünür ki, Azəriqaz İB-nin 26 fevral 2021-ci il tarixli № MSK 29/1710-01027-1 saylı rəyinə əsasən Elestr G-6 nömrəsi 28098866 saylı qaz sayğacı yoxlanılan zaman sayğacın hesablama mexaniziminin plasmas qapağı sınıq və sayğacın çıxış plasmas borusunun deşik olduğu aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin təbii X2nın pozulması haqqında 26 fevral 2021-ci il tarixli ******* saylı aktdan görünür ki, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış Elestr G6 nömrəsi 28098866 saylı qaz sayğacına baxış keçirilmişdir. Baxış zamanı sayğacın hesablama mexaniziminin plasmas qapağı sınıq və sayğacın çıxış plasmas borusunun deşik olduğu aşkar olunmuşdur. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli Ağsu X3 İdarəsinin qərarından görünür ki, Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən fərdi yaşayış evində itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən maksimal saatlıq qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış 2160 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 26 fevral 2021-ci il tarixli ******* saylı akt göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X2”nın 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9-cu bəndinə əsasən "Azəriqaz" Səhmdar Cəmiyyəti (bundan sonra Cavabdeh) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş üzrə ilkin iddia üzrə iddiaçının yaşadığı evin qaz ilə təchizatın hesablaşmasını təmin edən sayğacın evdən kənarda quraşdırılması cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericliyin mənasına görə mümkün deyildir. Belə ki, evdən kənarda quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh İB iddiaçının ünvanında quraşdırılmış sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçının yaşadığı fərdi yaşayış evi Cavabdeh tərəfindən təbii qazla təchiz edilmişdir. Həm iddia ərizəsindən həm də, 29.04.2021-ci il tarixli aktdan görünür ki, ilkin iddia üzrə iddiaçı qaz sayğacından kənar təbii qazdan istifadə etmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçının qaz sayğacından kənar təbii qazdan istifadə etməsi ilə əlaqədar 1 ay ərzində itirilmiş qaz sərfiyyatının ödəməsini iddiaçıdan tələb etməli olduğu halda itirilmiş təbii qazın bərpası üzrə iddiaçıya sərfiyyatı 90 gün üçün 15552 m3 dəyəri 1555,20 manatı əsassız hesablamışdır. Məhkəmə qeyd edilənlərə əsasən sərfiyyatın 30 gün (bir ay) üçün (0,8m3 x 24 saat x 30 = 576m3, 1,4m3 x 4 X 24 saat x 30 = 4032m3, 0,8m3 x 24 saat x 30 = 576m3) 5184 : 0,10 = 518,4 manat məbləğində hesablanmalı olduğu nəzərə alaraq, 1036,80 manat borcun iddiaçıya əsassız hesablandığı nəticəsinə gəlir. Belə ki, “X2”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddia qismən təmin edilməli, 29 aprel 2020-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış borcun 1036,80 manat hissəsi, 26 fevral 2021-ci il tarixli akta əsasən hesablanmış 216 manat İddiaçı abunə hesabından silinməli, qaz sayğacının dəyişdirilməsi üçün İddiaçı ödədiyi 134.03 manat pul ilkin iddia üzrə cavabdehdən alınaraq ona qaytarılmalı, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 518,40 manat borc məbləği və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun 20 manatı tutularaq Cavabdehnə ödənilməli, ödənilmiş dövlət rüsumunun 10.40 manat hissəsi isə Cavabdehnə aid edilməli, ilikn və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Ağsu X3 İdarəsinin tərtib etdiyi təbii X2nın pozulması haqqında 29 aprel 2020-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış borcun 1036,80 manat hissəsi və 26 fevral 2021-ci il tarixli akta əsasən hesablanmış 216 manat borc məbləği İddiaçı abunə hesabından silinsin. Qaz sayğacının dəyişdirilməsi üçün İddiaçı ödədiyi 134.03 manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi ev 8 dalan 1 A ünvanda yaşayan İddiaçı mənzilində istifadə edilmiş qeyri qanuni təbii qazdan istifadəyə görə yaranmış 518,40 manat manat borc məbləği və iddia ərizəsi üçün ödənilmiş 20 manat dövlət rüsumu, ümumilikdə isə 538,40 tutularaq ’’Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 10.40 manat hissəsi Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar