Məhkəmə qərarları › İş №2(074)-768/2020

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-768/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-768/2020 12.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı FİNCA Azerbaijan MM QBKT Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 2532 manat, faiz borcuna görə 773 manat, cərimə borcuna görə 76,80 manat olmaqla, cəmi 3381,80 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun FİNCA Azerbaijan MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin nümayəndəsi X1 iddianı müdafiə edərək izahat verib bildirdi ki, iddiaçı FİNCA Azerbaijan MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********5139 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 28 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2600 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən, borclunun hər ay 145 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində Fincard adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh borc məbləği əsas borc üzrə 2532 manat, faiz borcuna görə 773 manat, cərimə borcuna görə 76,80 manat olmaqla, cəmi 3381,80 manat təşkil edir. Cavabdeh ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmişdir və FİNCA Azerbaijan MMM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. Odur ki, iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verib bildirdi ki, onun maddi vəziyyəti pisləşdiyi üçün banka olan borcunu ödəyə bilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № **********5139 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh FİNCA Azerbaijan MM QBKT-dən biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyəsinin yaxşılaşdırılması üçün illik 28 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2600 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh FİNCA Azerbaijan MM QBKT-yə əsas borc üzrə 2532 manat, faiz borcuna görə 773 manat, cərimə borcuna görə 76,80 manat olmaqla, cəmi 3381,80 manat məbləğində borcu vardır. İş materiallarında olan asan ödəniş sistemi portalından çıxarışdan görünür ki, FİNCA Azerbaijan MM QBKT hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh iddiaçı FİNCA Azerbaijan MM QBKT-dən illik 28 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2600 manat məbləğində kredit götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi şəkildə yerinə yetirmədiyi üçün iddiaçı FİNCA Azerbaijan MM QBKT-yə əsas borc üzrə 2532 manat, faiz borcuna görə 773 manat, cərimə borcuna görə 76,80 manat olmaqla, cəmi 3381,80 manat məbləğində borcu qalmışdır. İddiaçı məhkəməyə müraciət edən zaman 30 manat dövlət rüsumu tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının MPM-in 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin xeyrinə əsas borc üzrə 2532 manat, faiz borcuna görə 773 manat, cərimə borcuna görə 76,80 manat olmaqla, cəmi 3381,80 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh iddiaçı FİNCA Azerbaijan MM QBKT-nin xeyrinə əsas borc üzrə 2532 manat, faiz borcuna görə 773 manat, cərimə borcuna görə 76,80 manat olmaqla, cəmi 3381,80 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar