Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 2(074)-781/2023 02.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbi barədə ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağsu X5 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) məbləğində cərimənin silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında bildirdi ki, atası İddiaçıxx.xx.2023-cü il tarixdə dünyasını dəyişmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbi barədə mülki iş üzrə İddiaçı öldüyündən mülki işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir Sadalanan qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə öldüyündən və hazırki mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbi barədə ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbi barədə mülki iş üzrə İddiaçı öldüyündən mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-781/2023
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №2(074)-781/2023
02.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver