Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-79/2024 25.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması” barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan, xx.xx.2005-ci ildə Ağsu rayonunda anadan olmuş qızı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı X3 ağır dərəcəli əqli gerilik (İQ-34), daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları diaqnozu ilə dispanser qeydiyatındadır, müddətsiz birinci dərəcəli əlildir. Hazırda qızının 18 yaşı tamam olmuşdur. Sərbəst olaraq öz hüquqlarının həyata keçirə bilmir, başqa şəxslərin köməyinə ehtiyac olduğu üçün, bütün fiziki işlərində o, yardım edir. Ona görə də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli və bundan sonra, ona qəyyum təyin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2005-ci ildə Ağsu rayonunun Dədəli kəndində doğulmuş, atası X5, anası Ərizəçidır. İş materiallarında olan Şamaxı RİHB-nın şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 sentyabr 2023-cü il tarixli 5-75-12/2-1798/2023 saylı arayışından görünür ki, X4 xx.xx.2005-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X2 “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, daima ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə, kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı var” diaqnozu qoyulmuş, müddətsiz birinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin 12 dekabr 2023-cü il tarixli, 3452 saylı rəyindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. A.Z.Qarayevanı psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Beləliklə, xx.xx.2005-ci il təvəllüdlü X3 əqli cəhətdən xəstə olması nəticəsində, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.2005-ci il təvəllüdlü X3 psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2 maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da, məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2005-ci ildə Ağsu rayonu, Dədəli kəndində anadan olmuş X3 öz psixi vəziyyətinə görə, hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yaşayan, xx.xx.2005-ci ildə Ağsu rayonunda anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-79/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-79/2024
25.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver