Məhkəmə qərarları › İş №2(074)-791/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-791/2024

13.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-791/2024 13.08.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq“ ASC tərəfindən tərtib olunmuş 27 fevral 2024-cü il tarixli HDM № 038962 saylı akta əsasən, itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 2014 manat borcun silinməsinə dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyasının vətəndaşıdır, ildə bir-iki dəfə Şamaxı şəhərində olan fərdi yaşayış evinə gəlir. Ona məlumat verilmişdir ki, Azərişıq ASC tərəfindən ona 2014 manat borc yazılmışdır. Belə ki, əsas kimi sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi göstərilmişdir. O, Azərbaycanda daimi yaşamadığı üçün, məntiqə uyğun deyil. Aktı da, cavabdehin əməkdaşları özləri tərtib edib, imzalayıbalr. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin olunmamış, məhkəməyə etiraz göndərilərək, iclası iştirakları olmadan keçirilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC etiraz ərizəsində göstərmişdir ki, İddiaçı cavabdeh “Azərışijq" ASC-yə qarşı ‘27 fevral 2024-cü ii tarixli NDM038962 saylı akt əsasında qanunsuz olaraq 'hesablanmış 2014.00 manat borc məbləğinin silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şamaxı şəhəri, Q.Nəbı küçəsində yerləşən fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********04360 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində Azərişıq” ASC-nin əməkdaşları A.Hüseynov və M.Əliyev tərəfindən Şamaxı şəhəri, Q.Nəbı küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydalarf’na uyğun baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir. Belə ki, sayğacın dövrəyə qoşulma ardıcıllığı pozularaq kanar mənbədən “0” xətti verməklə sayğacı dövrədən kənarlaşdırıimaqla "0" yuvasına faza xətti'“faz” у uvasiha isə “0” xətti verilmişdir. Aşkar edilmiş pozuntu i ilə'əlaqədar ‘Elektrik enerjisindən istifadə Qaydalan”nın 8 17 1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü ii tarixli, NDM038962 saylı akt tərtib olunmuşdur xx.xx.2024-cü ıl tarixli, NDM038962 saylı akta əsasən Azərişıq" ASC-nin. Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 120 gün üçün 0.08 manatla 800 kvt.s (dəyəri 64.00 manat). 0 09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 14726 kvt.s (dəyən 1914.38 manat) toplamda 2014.38 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsürun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. İddiaçı aşkar olunmuş qüsura əsasən razılaşaraq itirilmiş enerjinin bərpası məqsədilə 100.00 manatını ödəmişdir. İddiaçının xx.xx.2024-cü il tarixinə elektrik enerjisindən istifadəyə görə 1902.58 manat borcu vardır. Bu da onu deməyə əsas verir ki, İddiaçı tərtib edilmiş qusur aktı ilə razılaşmışdır. “EEİQ”-nın 8.17-1. istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə, elektrik; şəbəkəsinə qanunsuz qoşul iuqda enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-cı və 7 19cu bəndlən nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1m yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşıjsının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on. iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaları və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaloımma.,. on i-c а.зап çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektm- qəbuledicilə'mr gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nın 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən ou Qaydaların 8 17-cı və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta .urulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesaolanmış məoiəği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nüma əndəsi və - ehiakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə. bu barədə a-.aa müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya vi’deoçəkiliş apa: aqla) qeydə alınır İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim .rmək habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna haliku bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə .Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plpmbiarm qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil .(xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır. Yuxanda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki. iddiaçı X2 məxsus Şamaxı şəhəri, Q.Nəbı küçəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2024-cü il tarixli NDM038962 saylı akt “EElQ’-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ünvan 1 ünvanında X5 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********04360 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X3 əməkdaşları tərəfindən sayğaca baxış keçirmiş və fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. 27 fevral 2023-cü il tarixli, NDM 038962 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun İş materiallarında olan 27 fevral 2023-cü il tarixli NDM 038962 nömrəıi aktdan görünür ki, “Elektrik enerjisindən istifadə Qaydalarf’na uyğun baxış keçirilmişdir. Baxış zamanı fərdi yaşayış evinə quraşdırılmış sayğacın dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir. Belə ki, sayğacın dövrəyə qoşulma ardıcıllığı pozularaq kanar mənbədən “0” xətti verməklə sayğacı dövrədən kənarlaşdırılmaqla "0" yuvasına faza xətti '“faza” уuvasına isə “0” xətti verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü ıl tarixli, NDM038962 saylı akta əsasən “Azərişıq" ASC-nin. Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 120 gün üçün 0.08 manatla 800 kvt.s (dəyəri 64.00 manat). 0 09 manatla 400 kvt.s (dəyəri 36.00 manat) və 0.13 manatla 14726 kvt.s (dəyən 1914.38 manat) toplamda 2014.38 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı akt üzrə ona qanunsuz hesablanmış 2014 manat cərimənin silinməsini tələb etmiş, iddiasını onun tərəfindən sayğaca kənar xətt qoşulmaması ilə əsaslandırmışdır. Belə ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş videodiskə baxış keçirilmiş və baxış zamanı, abonent İddiaçı elektrik enerjisindən sayğacdan kənar qoşulması halı müəyyən edilməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçıya elektrik enerjisinin verilməsi dayandırıla bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən elektrik enerjisindən sayğacdan kənar istidasə etməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddia təmin edilməli, hesablanmış borc iddiaçının abunə hesabından silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 40,14 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş 27 fevral 2024-cü il tarixli HDM № 038962 saylı akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 2014 manat məbləğ İddiaçı abunə hesabından silinsin. Cavabdeh "xxxx" ASC-dən 40,14 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar