Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-80/2024 29.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatda olan və Şamaxı rayonu Bağırlı kəndində yaşayan xx.xx.1997-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu çox ağır dərəcəli əqli gerilik, kobud davranış pozuntuları ilə həm lallıq, həm də, karlıq diaqnozu ilə dispanser qeydiyyatındadır, ömürlük birinci dərəcəli əlildir. Hazırda oğlunun 26 yaşı var, sərbəst olaraq öz hüquqlarını həyata keçirə bilmir, başqa şəxslərin köməyinə ehtiyacı olduğu üçün, bütün fiziki işlərində ona yardım edir. Buna görə də, oğlu Aqil Quliyevin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1997-ci ildə doğulmuş, atası X5, anası isə Ərizəçidır. İş materiallarında olan Şamaxı RİHB-nın Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 rayonunun Çuxuryurd kəndində qeydiyyatdadır və hal-hazırda həmin rayonun Bağırlı kəndində yaşayır. X7 həqiqətən anadangəlmə əlildir. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arayışında göstərilir ki, X4 xx.xx.2015-ci il tarixdən Şamaxı RMX-nın poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində “çox ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə, əlavə köməyə ehtiyacın olması” diaqnozu ilə qeydiyyatdadır, İ qrup ömürlük əlildir. Həmçinin, iş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X3 “kəskin ifadə olunmuş imbesillik dərəcəsində oliqofreniya, kəskin ifadə olunmuş davranış pozuntuları” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 3602 saylı rəyindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, A.A.Quliyev psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Beləliklə, Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş xx.xx.1997-ci il təvəllüdlü X4 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1997ci il təvəllüdlü X4 psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2 maddəsinə görə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla da, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatda olan və Şamaxı rayonu Bağırlı kəndində yaşayan xx.xx.1997-ci il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə, hərəkətlərinin mənasını anlaya bilmədiyindən və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Şamaxı rayonu Çuxuryurd kəndində qeydiyyatda olan və Şamaxı rayonu Bağırlı kəndində yaşayan xx.xx.1997-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-80/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-80/2024
29.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver