Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-82/2024 16.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı qıızının Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı hesablanmış borc məbləğinin silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqqında xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il il tarixli ******* saylı akta, 27 yanvar 2020-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlara əsasən qanunsuz hesablanmış 8570,0 manat məbləğində hesablanmış ziyan məbləğinin abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Müxtəlif tarixlərdə X1 X3 İstismarı İdarəsi şamaxı Xidmət Sahəsinin əməkdaşları evinə verilən qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirmişlər. Bu zaman qaz xəttinin üzəfində quraşdırılmış qaz sayğacı qaz xəttinin üzərindən açılaraq yeni qaz sayğacı quraşdırılmışdır. O, həmin aktlar tərtib olunan zaman evdə olmamış və qaz sayğacının nə üçün dəyişdirdiklərini bilmir. Bu yaxınlarda evinə verilən bildirişdən müəyyən etmişdir ki, onun 8570.00 manat borcu vardır. Bu borcun necə yarandığını, necə hesablandığını araşdırmış və məlum olmuşdur ki, X1 X3 İstismarı İdarəsi Şamaxi Xidmət Sahəsinin işçiləri xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 28704 m3, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 12960 m3, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən 7344 m3 j xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 17280 m3 ümumilkdə 8570.00 manat borc yazılmışdır. Əgər belə bir hallar baş vermişdirsə niyə onun iştirakı həmin akt tərtib olunan zaman təmin edilməmişdir. Yalnız bu yaxınlarda həmin aktın surətini əldə etmişdir. Bundan başqa, müdaxillə olunması göstərilən sayğac onun yaşadığı fərdi yaşayış evinin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Həmçinin qeyd edir ki, o və ailə üzvləri tərəfindən həmin sayğaaca müdaxilə etməsi araşdırılmadan, onun iştirakım olmadan və hətta aktda onun imzası belə olmadan ona akt tərtib olunmuş və onun əsasında heç bir əsası olmayan debitor borc hesablanmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh tərəfindən 31 yanvar 2021-ci il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, İddiaçı məxsus ünvan 3 abonent kodu **********00221 yerləşən fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 7344 kub metr olmaqla ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən 29 iyul 2022-ci il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, İddiaçı məxsus ünvan 3 abonent kodu **********00221 yerləşən fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 17280 kub metr olmaqla ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən 28 fevral 2023-cü il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, İddiaçı məxsus ünvan 3 abonent kodu **********00221 yerləşən fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 12960 kub metr olmaqla ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən 28 aprel 2023-cü il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, İddiaçı məxsus ünvan 3 abonent kodu **********00221 yerləşən fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 28704 kub metr olmaqla ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 yanvar 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, Cavabdeh rəyinə əsasən, sayğaca qeyri qanuni müdaxilə halı aşkar edildiyindən, dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 05 iyul 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, Cavabdeh rəyinə əsasən, sayğaca qeyri qanuni müdaxilə halı aşkar edildiyindən, dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2023cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, Cavabdeh rəyinə əsasən, sayğaca qeyri qanuni müdaxilə halı aşkar edildiyindən, dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 aprel 2023cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, Cavabdeh rəyinə əsasən, sayğaca qeyri qanuni müdaxilə halı aşkar edildiyindən, dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 08 iyul 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı fərdi yaşayış evində quraşdırılmış G-4 markalı A**********675 nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 25 noyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı fərdi yaşayış evində quraşdırılmış G-4 markalı **********116 nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan abonent İddiaçı 2023-cü ildə 1555,29 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan abonent İddiaçı 2023-cü ildə 4999,68 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan abonent İddiaçı 2022-cü ildə 2073,60 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2024-cü il tarixli 3-16-16/2-3/104 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edillən borunun üzərində müdaxilə nəticəsinə yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və sayğacdan kənar qaz xətti aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6 və 4.7-ci bəndlərinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxdıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək, araşdırılan sübutlara hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, qaz sayğacına müdaxilə olunmasında iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 734,40 manat, xx.xx.2022-ci il tarilxi ******* saylı akta əsasən hesablanmış 2073,60 manat, 28 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 1555,29 manat və 30 aprel 2023-cü il tarilxi ******* saylı akta əsasən hesablanmış 3444,48 manat borc məbləği İddiaçın abunə hesabından silinməlidir. Cavabdeh X1ndən 65 manat məbləğində ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyiynin Məhkəmə Ekspertizası Mərkəzinə köçürlməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da, cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatdan yuxarı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 98,08 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən hesablanmış 734,40 manat, xx.xx.2022-ci il tarilxi ******* saylı akta əsasən hesablanmış 2073,60 manat, 28 fevral 2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 1555,29 manat və 30 aprel 2023-cü il tarilxi ******* saylı akta əsasən hesablanmış 3444,48 manat borc məbləği İddiaçın abunə hesabından silinsin. Cavabdeh X1ndən 65 manat məbləğində ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyiynin Məhkəmə Ekspertizası Mərkəzinə köçürlsün. Cavabdehndən 98,08 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-82/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-82/2024
16.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver