Məhkəmə qərarları › İş №2(074)-824/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-824/2023

16.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-824/2023 16.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətalıyeva Fidan Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13 yanvar 2023-cü il tarixli 285668 saylı aktı əsassız hesab olunmaqla qanunsuz olaraq hesablanmış 580,00 manat borcun silinməsinə dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı rayonu Quşçu kəndində yaşayır. Həyətində qanuni qaydada istifadə etdiyi 2 ədəd elektrik sayğacı var. Biri 3 fazalı şəxsi həyətyanı sahəsində istifadə etdiyi sayğac, digəri isə ev üçün istifadə olunur. Keçən ilin dekabr ayının əvvəlləri idi. Həyətə çıxıb su nasosunu qoşmaq istəyən zaman görüb ki, sayğacın giriş və çıxış naqilləri əriyib. O, dərhal giriş və çıxış naqillərini kəsib sayğacdan ayırıb ki, ciddi fəsadlar törətməsin. Sonra kəndin elektriki Nizami Nəhmətova zəng edib, vəziyyəti ona bildirib. O, dərhal, xətləri yoxlayıb. Nizami Nəhmətov hardasa qısa qapanma olduğundan xətləri ayırmağını bildirib. Ayırmadığı təqdirdə ev örtüyünün yana biləcəyini söyləyib. Nizami Nəhmətova xətləri qoşmağını deyib. Nizami Nəhmətov isə beton dirəkdir, çıxa bilməyəcəyini, onsuzda 10-15 günə xətlərin hamısının dəyişdirilərək kabelləşmə olacağını və onda bu sayğacın da buradan çıxacağını söyləyib. Bundan sonra o, başqa söz deməyib. Bir neçə gün sonra görüb ki, su nasosu işləməsə təsərrüfat işləri alınmayacaq. Ona görə evin sayğacından fazanı götürüb, ”nol” xəttini isə 3 fazanın “nol” xəttindən götürmək istəyib. Qoşmamışdan əvvəl xətləri yoxlayıb, amma görüb ki, hər üç xətdə yüksək gərginlik var. Ona görə də qoşmayıb. Şamaxı şəhərinə gəlib oradan naqil alıb və geri qayıdıb evdən işıq xətti çəkib. 13 yanvar 2023-cü il tarixində X2 işçiləri gəlib baxanda həmin xətti görən zaman bildiriblər ki, o, bu naqillə yəqin ki, sayğacdan kənar istifadə edir. O, olduğu kimi məsələni izah edib. Onlar da çıxıb gediblər. 23 yanvar 2023-cü il tarixində yenidən iddiaçının həyətinə gəliblər. Evdə heç kəs olmayıb. Çıxıb evin xəttini də kəsiblər. iddiaçıya evdən zəng edib məlumat veriblər. İddiaçı həmin vaxt Şamaxı şəhərində olub. Elektrik şəbəkəsinə gedib. Orada bildiriblər ki, 580,00 manat borc hesablanıb. Borcu ödədiyi təqdirdə elektrik xətti bərpa olunacaq. İddiaçı bununla razılaşmayıb. Çünki qısa qapanma nəticəsində xətt sıradan çıxıb. İddiaçı da heç bir kvt. da olsun bu xəttən istifadə etməyib. Ümumiyyətlə, heç etmək də mümkün deyil. Aktı da İddiaçı yanında yazmamışlar. Gedib öz idarələrində yazmışlar. İddiaçı qaynar xəttə zəng edəndən sonra gəlib xətti qoşmuşlar. Hesab edir ki, bu akt tamamilə əsassız yazılmış bir aktdır və hesablanmış 580,00 manat borc məbləği də silinməlidir. Bu yaxınlarda iddiaçı yenidən Azərişıqa müraciət edib. Ona verilən cavablarından da görünür ki, iddiaçı haqlıdır. Eyni zamanda iddiaçıya bu problemi həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunub. Ona görə də ona bu əsasdan borc hesablanmasını qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh “Azərişıq’’ ASC-yə qarşı “R285668” saylı akt əsasında əsassız hesablanmış 580,00 manat borcun hesabından silinməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şamaxı rayonu Quşçu kəndində yaşadığı fərdi yaşayış evi “Azərişıq'’ Açıq Səhmdar Cəmiyyətinin enerji satış bazasında İddiaçı adına olmaqla **********00172 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları R.Nəbiyev, E.Əhmədov və R.Şahməmmədov tərəfindən Şamaxı rayonu Quşçu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 13.01 2023-cü il tarixli, R285668 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, R285668 saylı akta əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 300 gün üçün 0,08 manatla 2000 kvt.s (dəyəri 160,00 manat), 0,09 manatla 1000 kvt.s (dəyəri 90,00 manat) və 0,13 manatla 2544 kvt.s (dəyəri 330,72 manat) toplamda 580,72 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçı məxsus Şamaxı rayon Quşçu kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2023-cü il tarixli R285668 saylı akt "EEİQ"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Akt əsasında “artıq hesablanmış 580,00 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Şamaxı rayon Quşçu kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan **********00172 saylı abunə haqqında məlumat sənədindən görünür ki, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sayğac oxunması üzrə 533,00 manat, aktlar üzrə 589,60 manat borcu vardır. İddiaçı 538,58 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, R285668 saylı aktın surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları R.Nəbiyev, E.Əhmədov və R.Şahməmmədov tərəfindən Şamaxı rayonu Quşçu kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika nazirliyi X1 Agentliyi Kürdəmir filialının İddiaçı ünvanladığı məktubdan görünür ki, elektrik enerjisinə görə yaranmış borcun araşdırılmasına köməklik göstərilməsi barədə müvafiq sənədlərin təhlili zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixində enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən sizə məxsus həyətyanı sahənin suvarılması üçün həyətdə quraşdırılmış LUN21 tipli, 76947667 nömrəli hesablaşma elektrik sayğacına (abonent kodu - **********00172) baxış keçirilərkən sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə olunduğu əsas götürülərək 285668 nömrəli akt tərtib olunmuşdur. Lakin, akt tərəfinizdən imzalanmamışdır. Eyni zamanda akt tərtib olunarkən aparılmış video çəkilişin tərəfimizdən təhlili zamanı elektrik enerjisindən sayğacdan kənar istifadə halı müşahidə olunmamışdır. Akta əsasən 300 günlük hesabat aparılaraq, 580,72 manat məbləğ (itirilmiş elektrik enerjisinin miqdarı 5544 kVts) enerji hesabınıza əlavə edilmişdir. Aparılmış video çəkilişdə, yuxarıda göstərilən pozuntu halınınm sübut olunmadığını nəzərə alaraq 285668 nömrəli akta əsasən hesablanmış 580,72 manat məbləğin enerji hesabınızdan silinməsi, eləcə də, elektrik sayğacınızın Qaydaların 7.10-cu bəndinin tələblərinə uyğun olaraq yaşayış evinin hasarının xaricinə quraşdırılması məqsədilə tərəfimizdən "xxxx" ASC-yə göndərilmiş məktublara əsaslandırılmış cavab verilməmişdir. Belə ki, cavab məktubunda, abonent dövriyyəsində xx.xx.2022-ci il tarixindən sayğac göstəricisinin dəyişmədiyi, enerji sərfiyyatının qeydə alınmadığı, bu səbəbdən 285668 nömrəli akta əsasən aparılmış hesabatın “Elektrik enerjisindən istifadə Qaydalarının (Qaydalar) tələblərinə uyğun aparıldığı bildirilmişdir. Bildiririk ki, sayğac göstəricisinin dəyişməməsi elektrik enerjisindən sayğacdan kənar istifadə olunduğuna əsas vermir. Bundan əlavə, 285668 nömrəli akt tərtib olunduğu tarixdən (xx.xx.2023-cü il) sonra növbəti aylarda da (xx.xx.2023-cü il, xx.xx.2023cü il və xx.xx.2023-cü il) sayğac göstəricisi dəyişməmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, səhmdar cəmiyyətin elektron bazasında İddiaçı adına Şamaxı rayonu Quşçu kəndində qeydiyyata alınan **********00172 və **********00173 nömrəli abunə kodlarının əhali istehlakçısı qrupuna aid olmasına dair məlumat vardır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Şamaxı rayonu Quşçu kəndində X3 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********00172 və **********00173 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X2 əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və onun fərdi yaşayış evində olan sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etdiyi əsas götürülərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 300 gün üçün 0.08 manatla 2000 kvt s (dəyəri 160.00 manat), 0.09 manatla 1000 kvt s (dəyəri 90.00 manat) və 0.13 manatla 2544 kvt s (dəyəri 330.72 manat) toplamda 580.72 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Lakin İddiaçı sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsinə dair cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə iş materiallarında olan Azərbaycan Respublikasının Energetika nazirliyi X1 Agentliyi Kürdəmir filialının İddiaçı ünvanladığı məktubda akt tərtib olunarkən aparılmış video çəkilişin təhlili zamanı elektrik enerjisindən sayğacdan kənar istifadə halı müşahidə olunmadığı göstərilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13 yanvar 2023-cü il tarixli 285668 saylı aktına əsasən hesablanmış 580,00 manat borc İddiaçı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 13 yanvar 2023-cü il tarixli R285668 saylı Akta əsasən itirilmiş enerji sərfiyyətı kimi hesablanmış 580,00 manat pul İddiaçı abunə hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar