Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-83/2023 09.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli ******* saylı aktına əsasən hesablanmış 2073,60 manat borc məbləğinin silinməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, işlətdikləri qaz sayğacı küçədədir, mərhum həyat yoldaşı Əhmədov Alikin adınadır. Yoldaşı xx.xx.2020-ci il tarixdə COVİD-19 virusundan vəfat etmişdir. Bu ilin iyul ayında qaz idarəsinin işçiləri həyətə gəmiş, qaz xəttinə baxış keçirmişlər. Köhnə vaxtlarda olmuş, lakin çoxdan ağzı bağlanmış xətti göstərərək bildirmişlər ki, kənar xətt olub. Onlar da sayğacın ağzının bağlı olduğunu göstərmiş, bildirmişlər ki, sayğaclar həyətdə olanda borusu oradan çəkilmiş, sonradan sayğacı çölə çıxarıb, borunun ağzını bağlamışlar. Həmin xətt işləmir. Amma onlar əhəmiyyət vermədilər. Üstündən 2 ay keçəndən sonra eşitmişdir ki, işlənməyən, çoxdan bağlanmış xəttə görə, mərhum əri Alikin adına 2073.60 manat ziyan yazılıb və yazılan aktda da göstərilib ki, guya Əhmədov Alik aktı imzalamaqdan imtina edib. Bu ki, açıq aşkar yalandır. Əri 2 il əvvəl vəfat edib. O aktı necə imzalaya bilərdi və ya imzalamaqdan imtina edə bilərdi. Bunlar yalandır. Heç orada akt və ya başqa sənəd də yazılmayıb. Gəlib baxıb çıxıb getmişlər. Aktı da sonra özləri istədikləri kimi yazmışlar. Əgər bunda bir günahı olsaydı yəqin ki, inzibati qaydada məsuliyyətə cəlb edilərdilər. Təqdim olunan fotoşəklin isə onun ünvana heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz ərizəsi göndərərk bildirmişdir ki, Cavabdeh xx.xx.2013-ci il tarixli, ***-**-** saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə Müqavilə” (bundan sonra Müqavilə) əsasında X2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana Cavabdeh Ağsu X8 İdarəsinin Şamaxı Xidmət Sahəsinə tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin qeyd olunan ünvanda yaşayan şəxslər tərəfindən Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələbləri pozularaq istifadəyə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışlar. Cavabdeh Ağsu X8 İdarəsinin Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X6n pozulması haqqında” aktlar tərtib edilmişdir. Akt tərətib edilən zaman istellakçının vəfat etməsi barədə mənzil sahibləri tərəfindən Birliyin əməkdaşlarına heç bir məlumat verilməmişdir. Bu səbəbdən də qanunsuz istifadə faktı barədə sənədləşmə X1 adına sənədləşdirilmişdir. Abonentin vəfat etməsi idiaçı məhkəməyə müraciət edəndən sonra məlum olunmuşdur. Halbuki, müqvilə bağlanan şəxs vəfat etdikdə istehlakçının varisi tərəfindən Xidmət Sahəsinə məlumat verilməli və yeni alqı satqı müqaviləsi bağlanmalıdır. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2073.60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İddiaçıya Birliyin işçiləri tərəfindən 2073.60 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Odur ki, X2 hesablanmış 2073.60 manat məbləğin silinməsi tələbinə dair İddiaçı iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını diləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh xx.xx.2013-cü il tarixli 266-06.13 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”-nin surətindən görünür ki, Cavabdeh İB-yi X2 məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan AZ-İİ 114448 saylı ölüm haqqında şəhadətnmənin surətindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Şirvanşah İbrahim küçəsi ev 24 fərdi yaşayış evi Kim Zoia və İddiaçı birgə mülkiyyətindədir. İş materiallarında olan təbii X6nın pozulması haqqında xx.xx.2022-ci il tarixli № ******* saylı aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən sayğacdan kənar xətt ilə təbii qazdan qeyri-qanuni istifadə halı aşkarlanmışdır. Dəymiş ziyanın hesablanması və qeyrqanuni qaz xəttinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Ağsu X8 İdarəsinin qərarından görünür ki, Alik Əhmədova istifadə olunmuş qazın dəyəri 180 gün müddətin və sutkanın 24 saatı qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 17280 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2022-ci il tarixli № ******* saylı akt göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X6nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “X6”nın 5.2-ci bəndində əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2 və 6.1.7-ci yarımbənləri istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İB-nin işçiləri xx.xx.2022-ci il tarixdə hesablaşma qaz sayğacına baxış keçirmək məqsədi ilə Şamaxı şəhəri Ş.İbrahimov küçəsi 24 yerləşən iddiaçının abonenti olduğu fərdi yaşayış evində olmuşlar. Həmin vaxt sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaq halı müəyyən edildiyindən fakt rəsmiləşdirilmiş və itirilmiş qazın bərpası məqsədilə abonentə sayğacdan kənar istifadə edilmiş qazın 180 gün üçün ümumilikdə 2073,60 manat borc hesablanmışdır. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, iddiaçıya verilən qazın dəyərini tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməli olan və sayğacdan əvvəl qaz xəttinə qoşulma olduğunu xx.xx.2022-ci il tarixdə müəyyən edən cavabdeh əvvəlki ay qaz istehlakında iddiaçının hər hansı qüsurunu aşkar etmədiyindən, hesablaşmanı xx.xx.2022-ci il tarixdən əvvəlki 1 ay üçün yenidən aparmalı olsa da, hesablaşmanı 180 gün üçün aparmış, nəticədə iddiaçıya 1728 manat borcu əsassız olaraq artıq hesablamışdır. Eyni zamanda iş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının evində istifadə edilən qaza görə 2018-ci ildə 463,60 manat, 2019-cu ildə 461,90 manat, 2020-ci ildə 464,60 manat, 2021ci ildə 450,45 manat ödəniş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 1728 manat borc iddiaçının abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 195-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Ağsu X8 İdarəsinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* nömrəli akta hesablanmış 1728 manat İddiaçı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-83/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-83/2023
09.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver