Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-835/2020 19.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Cavabdeh Rafiq oğlunun iştirakı ilə, iddiaçı ABC Telecom MMC-nin Cavabdeh Rafiq oğluna qarşı “borcun tutulmasına dair” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh Rafiq oğluna qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqavilə üzrə imei kodu **********48477 olan Samsung Galaxy A50 markalı telefon üçün 732 manat ödənilməmiş hissə, 73 manat cərimə olmaqla, cəmi 805 manat borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 835 manat borcun Cavabdeh Rafiq oğlundan alınaraq ABC Telecom MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ABC Telecom MMC-dən xx.xx.2019-cu il tarixli müqavilə üzrə imei kodu **********48477 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 805 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya 732 manat əsas, 73 manat cərimə olmaqla, cəmi 805 manat borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 120 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Odur ki, iddiaçı, xx.xx.2019-cu il tarixli müqavilə üzrə imei kodu **********48477 olan Samsung Galaxy A50 markalı telefon üçün 732 manat ödənilməmiş hissə, 73 manat cərimə olmaqla, cəmi 805 manat borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 835 manat borcun Cavabdeh Rafiq oğlundan alınaraq ABC Telecom MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, iddianı müdafiə etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Rafiq oğlu izahat verib bildirdi ki, o, işləmədiyi üçün maddi imkanı olmamış və borcunu ödəyə bilməmişdir. Odur ki, iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli № 01089956 saylı müqavilədən görünür ki, Cavabdeh Rafiq oğlu ABC Telecom MMC-dən Samsung Galaxy A50 markalı telefon, bir illik qızıl zəmanət və telefon quraşdırma xidməti almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Rafiq oğlunun ABC Telecom MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 732 manat əsas, 73 manat cərimə olmaqla, cəmi 805 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ABC Telecom MMC tərəfindən Cavabdeh Rafiq oğluna xx.xx.2019-cu il tarixli müqavilə üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh Rafiq oğlu iddiaçı ABC Telecom MMC-dən kredit müqaviləsi bağlayaraq Samsung Galaxy A50 markalı telefon almış, lakin müqavilənin şərtlərini pozaraq xəbərdarlıq edilməsinə baxmayaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Nəticədə iddiaçı ABC Telecom MMC-yə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 732 manat əsas, 73 manat cərimə olmaqla, cəmi 805 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iddianın 73 manat cərimə borcu tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğ kredit öhdəliyinə görə tənasübsüz surətdə yüksək dəbbə puludur və cavabdehdən 73 manat məbləğində cərimə pulu deyil, 10 manat məbləğində cərimə borcu tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd edilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh Rafiq oğlundan ABC X1 Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 732 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 742 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh Rafiq oğlundan ABC X1 Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 732 manat əsas, 10 manat cərimə olmaqla, cəmi 742 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-835/2020
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-835/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver