Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-841/2025 23.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X22 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X8, cavabdeh və eyni zamanda, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Cavabdeh2, onun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vərəsəlik hüququnun tanınması, mirasdan payın müəyyən edilməsi, digər vərəsələrin miras paydan məhrum olunması və miras payın üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı vərəsəlik hüququnun tanınması, mirasdan payın müəyyən edilməsi, digər vərəsələrin miras paydan məhrum olunması və miras payın üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun vərəsəlik hüququnun tanınması, mirasın onun tərəfindən qəbul edilməsi, digər vərəsələrin miras əmlakı qəbul etmədikləri üçün, miras paydan məhrum olunması, miras payın üzərində onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1963-cü il tarixdə X2nın adına qeydiyyata alınmışdır. 1990-cı ildə isə X1nun adına texniki pasport verilmişdir. X2 xx.xx.1975-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra X1 miras qalmış evi faktiki qəbul edərək, orada yaşamışdır. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X1 vəfat etdikdən sonra, ondan başqa ailə üzvləri olaraq Cavabdeh2, X15 və X11 qalmışdır. Ondan başqa heç bir vərəsə nə qanun üzrə, nə də faktiki olaraq miras əmlakı bu günə qədər qəbul etməmişdir. O, anadan olandan bu günə qədər daima həmin evdə yaşamış və daimi qeydiyyatda olmuşdur. Digər vərəsələr mirasın qəbulu müddətini ötürmüşdürlər. Atasının sağlığında və onun ölümündən sonra, evi yenidən tikib bərpa etmişdir. Belə ki, zəlzələ vaxtı ev tamamilə uçub dağılmışdır. Ataanasını o dəfn edib, ehsanını tək vermişdir. Miras qalan evə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə, X21 Xidmət Mərkəzində notariat ofisinə müraciət etmiş, lakin notarius onun miras əmlak faktiki qəbul edən yeganə vərəsə olduğunu nəzərə almayıb, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair notariat əməliyyatının aparılmasından imtina etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X8 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh və eyni zamanda, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Cavabdeh2 və onun nümayəndəsi X13 iddia tələbini qismən qəbul edərək, bildirdilər ki, ünvan 1 ünvanında yerləşən ev 1963-cü il tarixdə X2nın adına qeydə alınmış, 1990-cı il tarixdə isə həmin mülkə X1nun adına texniki pasport hazırlanmışdır. O və bacıları Cavabdeh3 və Cavabdeh4 X6 vərəsəsidir və ondan qalan mirasda onların da payı vardır. Belə ki, qardaşı İddiaçı iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyildir. O və digər vərəsələr olan bacıları nənələri Şirin Dəmirovanın vəfatından sonra, atası ilə birlikdə nənəsinə məxsus evdə yaşamışdırlar. Sonradan, həmin iki mərtəbəli evi atası Əvəzlə birlikdə evin tikintisində yaxından iştirak etmiş, iddiaçı Çingiz isə həmin vaxt uşaq olmuş, sonradan isə həqiqi hərbi xidmətdə olmuşdur. Demək olar ki, o evin təmirində iştirak edən ustalarla birlikdə işləmişdir. O və bacıları atası Əvəz vəfat edənə kimi və sonra da, həmin evdə yaşamışlar. Ona görə də hesab edir ki, həmin mübahisəli miras evdən onların da payı müəyyən olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh X21 Xidmət Mərkəzində notariat ofisinin notariusu məhkəməyə gəlməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 175,5 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət olaraq X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1975-ci ildə vəfat etmişdir. İş materiallarında olan Notariat əməliyyatı aparmaqdan imtina edilməsi haqqında 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, miras qoyan X9 məxsus Şamaxı şəhərində yerləşən daşınmaz əmlaka dair Cavabdeh2, İddiaçı, Cavabdeh4 və Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1963-cü il tarixdə X6 adına qeydiyyata alınmışdır. X12 xx.xx.1975-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra miras qoyanın nəvələri – hazırki iş üzrə tərəflər İddiaçı, Cavabdeh2, Abdullayeva (Dəmirova) Süsən Əvəz qızı və Səfərova (Dəmirova) Mehriban Əvəz qızı miras qalmış qeyd olunan əmlakı faktiki qəbul edərək, orada yaşamışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini faktiki olaraq qəbul etmələri müəyyən edildiyindən, onların vərəsəlik hüququ tanınmalı, X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 1/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh2, 1/4 hissədə Cavabdeh3 və 1/4 hissədə Cavabdeh4 payı müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi “digər vərəsələrin miras paydan məhrum olunması və miras payın üzərində mülkiyyət hüququnun tanınması” hissəsində əsassız olduğundan, həmin hissədə iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ tanınsın. X4 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 1/4 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh2, 1/4 hissədə Cavabdeh3 və 1/4 hissədə Cavabdeh4 payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-841/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-841/2025
23.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver