Məhkəmə qərarları › İş №2(074)-849/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-849/2023

25.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-849/2023 25.09.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərişıq“ ASC tərəfindən 19 may 2022-ci il tarixdə yazılmış 253598 saylı akta əsasən hesablanmış 258 manat borcun əsassız hesab olunmaqla silinməsinə dair qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı şəhəri, Quşçu kəndində qeydiyyatdadır. Lakin faktiki olaraq Şamaxı şəhəri 48 ”a” məhəlləsində yaşayır. Evində olan işiq sayğacı onun adınadır və küçədə qoyulmuşdur. O, çobançılıqla məşğul olur. Ona görə də ilin qış aylarını qışlaqda, yay aylarını isə yaylaqda olur. Şamaxı şəhərində işi olanda olur. 17 may 2023-cü il tarixdə Şamaxıda evdə idilər, ancaq yaylağa hazırlaşırmışlar. İşıq İdarəsinin işçiləri gəlmişlər. Deyiblər ki, o, yaylaq-qışlaq gəzir. Ona smart tipli sayğac sərf edir. Sayğacı dəyişmək istəyirlər. Demişdir ki, özünüz bilərsiniz. Onlar sayğacı dəyişmişlər yenisini, SMART tiplisini qoymuşlar, sonra onlar ailəlikcə yaylağa getmişlər. İyunun axırında gəlmişdir. Uşaqlar Şamaxıda idi, deyiblər ki, işıqlar yanmır. 100 manat ödəmişdir, qəbzində görmüşdür ki, 80 manatı tutuldu, 20 manatı karta oturdu. 1 gün qalıb yenə yaylağa getmişdir ki, heyvanları Cabanı kəndinə gətirsin. 3-4 gün olar ki, geri qayıtmışdır. Görmüşdür ki, yenə işıq yanmır. Kəsdiyi qurban əti də soyuducuda xarab olub. Belə insafsızlıq olmaz. Məcbur olub 100 manat da ödəmişdir. Amma işıqları yenə yanmamışdır. Və pulun hamısı da tutulmuşdur. O, başa düşməmişdir ki, bu nə məsələdir. İşıq İdarəsinə getmişdir. Vəziyyəti öyrənmişdir. Deyiblər ki, onun sayğacı əriyib. Ona görə ona 258 manat manat borc məbləği hesablanmışdır. Demişdir ki, o heç bir ildə bu qədər işıq yandırmır, ikincisi də yanında çıxarılıb. O sayğacda ərinmiş yer olsa idi, ona göstərərdilər. Əlavə olaraq sayğac küçədə qoyulub. O, ona cavabdel deyil. Özü də 2-ci qrup əlildir. Əlavə olaraq vəfat etmiş oğlunun 4 uşağına da o, baxır. Cavabeh "xxxx" ASC özüdür. Ona görə də ona bu əsasdan borc hesablanmasını qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və ona uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “akt əsasında artıq hesablanmış 258.00 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şamaxı şəhəri “48a” ünvanında yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********07671 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2022-ci il tarixində “Azərişıq" ASC-nin əməkdaşları Z.Quliyev və T Məmmədov tərəfindən Şamaxı şəhəri, “48a” ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə 'Elektrik enerjisindən istifadə Qaydalarfna uyğun baxış keçirilmişdir. Baxış zamanı sayğacın əriyib yararsız hala düşdüyü aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydalarf’nın 8.17 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, R253598 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2022-ci il tarixində Şamaxı EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 162822 saylı protokol tərtib edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli R253598 saylı akta əsasən ‘Azərişıq’ ASC-nin Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 90 gün üçün 0.08 manatla 600 kvt s (dəyəri 48.00 manat), 0.09 manatla 300 kvt.s (dəyəri 27.00 manat) və 0 13 manatla 1110 kvt s (dəyəri 144 30 manat) toplamda 219.30 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ ıstehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Abonentin "abunə haqqında" məlumatına nəzər saldıqda 12.12 2021-ci il tarixdən 11.06 2022-ci il tarixə qədər 144 gün üçün sərfiyyatın olmadığı, lakin qüsur bərpa edildikdən sonrakı dövr üzrə hər ay sərfiyyatının olduğu görünür. İddiaçı iddia tələbində silinəcək məbləği 258.00 manat göstərmişdir. Bildirir ki, iddiaçıya qeyd olunan akt əsasında 219.30 manat hesabat aparılmışdır. İddiaçı yaşadığı Şamaxı şəhəri, “48a” ünvanında yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2022-ci il tarixli R253598 saylı akt "EEİQ"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ eneıjitəchizatı müəssisəsinə ödənilməlidir. Odur ki, İddiaçı cavabdeh “Azərişıq ASC-yə qarşı “akt əsasında artıq hesablanmış 258.00 manat borcun hesabından silinməsi tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Şamaxı şəhəri, 48 a məhəllədə yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan **********07671 saylı abunə haqqında məlumat sənədindən görünür ki, İddiaçı "xxxx" ASC-yə sayğac oxunması üzrə 694,06 manat, aktlar üzrə 297,52 manat borcu vardır. İddiaçı 984,09 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 253598 saylı aktın surətindən görünür ki, "xxxx" ASC-nin Şimal-Qərb RETSl-nin Şamaxı EŞ-nin əməkdaşları Z.Quliyev və T.Məmmədov tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış zamanı abonentin sayğaıcının əridiyi və yararsız hala düşdüyü aşkar edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Şamaxı şəhəri 48 a məhəlləsində X2 tərəfindən mülkiyyətində olan mənzilə quraşdırılmış sayğac vasitəsi ilə **********07671 abunə kodu altında elektrik enerjisindən istifadə edir. X1 əməkdaşları tərəfindən sayğaca baxış keçirmiş və onun fərdi yaşayış evində olan sayğacın əriyib yararsız hala düşdüyü aşkar edilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 90 gün üçün 0.08 manatla 600 kvt s (dəyəri 48.00 manat), 0.09 manatla 300 kvt.s (dəyəri 27.00 manat) və 0 13 manatla 1110 kvt s (dəyəri 144 30 manat) toplamda 219.30 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı akt üzrə ona qanunsuz hesablanmış 258 manat cərimənin silinməsini tələb etmiş, iddiasını küçədə quraşdırılmış sayğac üçün istehlakçının cavabdehlik daşımaması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, yaranmış qüsur nəticəsində dəyəri ödənilməmiş enerji sərfiyyatını 1 ay ərzində ödəməsini iddiaçıdan tələb etməli və ödəniş aparılmadığı halda enerjinin verilməsini dayandırmaqla zərərin qarşısını almaq üçün ağlabatan tədbirlər görməli olan cavabdeh müvafiq hərəkətləri etməyərək zərərin miqdarının artmasına kömək göstərdiyindən, o, itirilmiş enerjinin bərpası üzrə iddiaçıya sərfiyyatı 90 gün üçün hesablamışdır. Məhkəmə qeyd edilənlərə əsasən sərfiyyatın 30 gün (bir ay) üçün 603 kvt : 27 gün x 30 gün) = 670 kvt x 0.13 = 87.1 manat) 87.1 manat məbləğində hesablanmalı olduğu nəzərə alaraq, 132.2 manat borcun iddiaçıya əsassız hesablandığı nəticəsinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 132.2 manat pul iddiaçının abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçıya elektrik enerjisinin verilməsi dayandırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib olunmuş 19 may 2022-ci il tarixdə yazılmış 253598 saylı Akta əsasən itirilmiş enerji sərfiyyatı kimi hesablanmış 132,2 manat ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar